Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-295/2024 03.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil, Tələbkarın nümayəndəsi X2, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədinə əsasən hər ay 220 manat, 28 mart 2023-cü il tarixli, 2(059)-98/2023 saylı icra sənədinə əsasən isə hər ay 300 manat aliment borcunu tələbkar Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızına ödəməkdən yayındığı üçün, sonuncuya 6700 manat məbləğində aliment borcu yaranmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(059)-287/2019 saylı və 20 fevral 2023-cü il tarixli 2(059)-98/2023 saylı icra vərəqələri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə müvafiq olaraq 19 iyul 2019-cu il və 28 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış və həmin bildirişlər borcluya çatdırılmışdır. Qeyd edilən icra sənədləri 28 mart 2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Həmin vaxtlarda aliment borcu hissə-hissə Şəxs tərəfindən icra edilsə də, 2023-cü ilin may ayında aliment borcu 6 min manatı ötmüşdür. Onun razılığı ilə ona məxsus “Mercedes Benz” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil 6000 manat müqabilində Aygün Əliyevaya (İsgəndərovaya) təhvil verilmiş, həmin avtomobil Zərərçəkmiş şəxs adına rəsmiləşdirilərək 6000 manat aliment borcundan ödənilmiş hesab edilmişdir. Lakin həmin vaxtdan indiyə qədər dəfələrlə müraciət edilməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Hazırda 6700 manat aliment borcu mövcuddur. Sonra protokolu tərtib etmiş şəxs protokol üzrə məhkəmənin mülahizəsinə əsasən qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, məhkəmə qətnaməsində övladlarının anasının yanında və himayəsində saxlanılması qət edilsə də, tələbkar iki ilə yaxın müddətdir ki, Sumqayıt şəhərində vətəndaş nikahında, övladları isə sonuncunun valideynləri ilə birgə Siyəzən şəhərində yaşayır. O, məhkəmə çəkişməsindən kənar olmaq üçün övladlarının onun himayəsində verilməsi ilə bağlı iddia qaldırmamışdır. Əvvələr alimentlə bağlı ödəniş etsə də, 2023-cü ilin may ayından hər hansı ödəniş etməmişdir. Səbəb odur ki, övladları anasının deyil, nənə-babasının himayəsində yaşayır və onun tərəfindən ödənilən aliment uşaqlarının ehtiyacları üçün sərf edilmir. Əksinə tələbkarın valideynləri həmin məbləği özlərinin məişət ehtiyaclarının ödənilməsinə sərf edirlər. Buna sübut olaraq bildirmək istəyir ki, ona məxsus avtomobil aliment borcunun əvəzində tələbkara satıldıqdan sonra, övladları ona zəng edərək, geyimlərinin olmadığını bildirmişdir. Bundan başqa tələbkar alimentin ödənilməsi ilə bağlı ona hər hansı müraciət etməmişdir. Eyni zamanda o, aliment məbləğini ödəməsə də, uşaqlarının şəxsi ehtiyaclarını ödəyir. Sonuncu dəfə sentyabr ayında uşaqların məktəb ləvazimatlarını almışdır. Bundan başqa o icra məmuruna aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı şifahi müraciət etsə də, barəsində hazırki protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi X5 izahatında göstərmişdir ki, tələbkar olan qızı Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızı Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecinin İİİ kurs tələbəsi olmaqla yanaşı, Sumqayıt şəhərində kirayədə yaşayır, habelə sonuncu həftə sonları yaşadığı evə, övladlarının yanına gəlir. 2023-cü ilin may ayı üçün Şəxs yaranmış 7779 manat aliment borcunun müqabilində, o, 6000 manat məbləğində avtomobili onlara təqdim etmiş, 6000 manat aliment borcundan silinsə də, qalıq qalan 1779 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Həmin gündən bugünə onlara hər hansı aliment ödənilməmiş, nəticədə aliment borcu 6699 manata çatmışdır. İcra məmurunun yanında olan zaman o, icra məmuruna aliment borcunu ödəməyəcəyini bildirmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(059)-287/2019 saylı və 20 fevral 2023-cü il tarixli 2(059)-98/2023 saylı icra vərəqələri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə müvafiq olaraq 19 iyul 2019-cu il və 28 mart 2023-cü il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış və həmin bildirişlər borcluya çatdırılmışdır. Qeyd edilən icra sənədləri 28 mart 2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən icra vərəqələrinin icrası üzrə xx.xx.2019-cu ildə 250 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 350 manat və xx.xx.2021-ci il tarixdə 400 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. İş materiallarında olan Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızının nümayəndəsi X2 22 iyun 2023-cü il tarixli ərizəsinin, "xxxx" MMC-nin “X6” haqqında 12 may 2023-cü il tarixli, 28/03 nömrəli protokolunun və Siyəzən rayon icra və probasiya şöbəsinin 16 iyun 2023-cü il tarixli, 777/2023 saylı məktubunun surətlərindən görünür ki, “Mercedes Benz” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil 6000 manat müqabilində Aygün Əliyevaya (İsgəndərovaya) təhvil verilmiş, onun adına rəsmiləşdirilərək 6000 manat aliment borcundan ödənilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən aliment borcunun üzürlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, onun təqsirinin dərəcəsini, həmçinin 6700 manat aliment borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıcağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 03 dekabr 2024-cü il tarixdən saat 16:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-295/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-295/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver