Məhkəmə qərarları › İş №3(059)-296/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-296/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-296/2024 03.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e td i m : Şəxs 21 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-də üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkçənin sağ iç cibindən bir ədəd sellofan bükülünün içərisindən qalıq çəkisi 0,57 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən 03 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon X7 Bölməsinin sabiq müstəntiqi Şahid Lətifov tərəfindən cinayət işinə başlanmasının rədd edilməsi haqqında 07 mart 2024-cü il tarixli qərar əsasında X6 barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 21 fevral 2024cü il tarixdə Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkillərinə daxil olmuş əməliyyat məlumatı əsasında X6 rayon Polis Şöbəsinə gətirilmiş, orada ona hüquq və vəzifələri izah olunmaqla yanaşı, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkcənin sağ iç cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra bu bükülü müvafiq qaydada qablaşdırılaraq, aidiyyəti ekspertizaya göndərilmiş, habelə ekspert rəyinə əsasən bükümün içərisindəki kütlə təmiz çəkisi 0,61 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Bundan başqa, Siyəzən RPŞ-nin sabiq polis sahə rəisi Nurlan Rzayev tərəfindən Zahid İskəndərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən icraat başlanmış, habelə bununla bağlı sonuncuya rəsmi bildiriş göndərilməsə də, onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, barəsində inzibati icraatın başlanıldığı bildirilmişdir. Lakin, Zahid İskəndərov rayon Polis Şöbəsinə gəlmədiyi üçün, icraat dayandırılmışdır. Bundan sonra, icraat təzələnmiş, habelə Zahid İskəndərov barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, Zahid İskəndərova tənbeh olaraq bir ay müddətində həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı şəhər probasiya idarəsi tərəfindən çağırılarkən xəstəxanada olduğundan bu çağırışa gedə bilməmiş, buna görə də, barəsində axtarış elan edilmişdir. O, 21 fevral 2024-cü il tarixdə yaşadığı evdə olmuş, habelə həmin an xəstəliyi ilə bağlı dərman qəbul etmişdir. Bu zaman polis əməkdaşları yaşadığı evə daxil olaraq, onu rayon Polis Şöbəsinə aparmış və bir gün şöbədə saxladıqdan sonra, növbəti gün Bakı şəhər probasiya idarəsinin əməkdaşlarına təhvil vermişlər. Bundan əlavə, rayon Polis Şöbəsinə aparılarkən üzərində narkotik vasitə olmamış, habelə şöbənin sabiq CAB-ın rəisi Fikrət Məstəliyev ona narkotik vasitə verərək, “sakitləşməsini” istəmişdir. Ona görə də onun müayinəsi zamanı narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Həmçinin qeyd edir ki, o, ağır psixi xəstəlikdən əziyyət çəkir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokolun sürətindən görünür ki, Şəxs 21 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qolsuz gödəkcənin sağ iç cibindən bir ədəd sellofan bükülünün içərisində qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/301 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “Şübhəli şəxs: Şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı gödəkcəsinin sağ iç cibindən aşkar olunmuş...” yazılar və imzalar olan zərfdə 02 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,29 qram və 0,32 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi təmiz çəkisi 0,61 qramdır. Tədqiqata cəmi 0,04 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,57 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 22 fevral 2024-cü il tarixdə verilmiş 1205 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin surətindən görünür ki, Şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.5-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs psixi xəstəliyi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarın, eləcə də, həmin tarixli protokolun surətlərindən görünür ki, Şəxs 21 fevral 2024-cü il tarixdə, saat 19:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, saat 10:20-də Şəxs azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. İş materiallarında olan 07 mart 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs 21 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qolsuz gödəkcənin sağ iç cibindən bir ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 0,57 qram olan az miqdarda narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi ilə bağlı toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS 027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) görünür ki, xx.xx.2024-cü il tarixə X4 əhvalın üzvü mənşəli (affektiv) pozğunluğu müşahidə olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 206-cı maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, sözügedən hadisələr ilə bağlı hər hansı bir təzyiq və təsir olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Zahid İskəndərov işin faktiki halları ilə əlaqədar göstərilənlərə etiraz etməmiş, əksinə həmin protokolu imzalamaqla, təqsirini inkar etməmişdir. Hətta o, 21 fevral 2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsində izahat verərkən Bakı şəhərinin Binəqədi rayonun ərazisində olarkən yerdən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan büküm tapdığını və həmin bükümü şəxsi istifadəsi üçün özü götürdüyünü, 21 fevral 2024-cü il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində, yaşadığı evin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq, rayon Polis Şöbəsinə aparıldığını, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkcənin sağ iç cibindən bir ədəd sellofan bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuananın aşkar olunaraq götürüldüyünü etiraf etmiş, habelə sonda izahatı oxuduğunu qeyd etməklə yanaşı, bunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X3 “əhvalın üzvü mənşəli (affektiv) pozğunluğu” xəstəliyindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun barəsində məsuliyyəti ağırlaşdıran halların olmamasını, “əhvalın üzvü mənşəli (affektiv) pozğunluğu” xəstəliyindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 21 fevral 2024-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuş, daha sonra, 22 fevral 2024-cü il tarixdə, saat 10:20-də azad olunmuşdur. Hazırda, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamaqla, 300 manat miqdarında müəyyən edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən Şəxs aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,57 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin, Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məhkəmə xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 55, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs götürülmüş, qalıq çəkisi 0,57 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar