Məhkəmə qərarları › İş №3(059)-3/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-3/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-3/2021 23.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxx 1968-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2(031)-208/2015 saylı icra vərəqəsinə əsasən tələbkar X1 borclu Şəxs tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilməklə, sonuncudan hər uşaq üçün ayda 70 manat məbləğində aliment alınıb, 02 avqust 2013-cü il təvəllüdlü Mehribanın və 08 avqust 2014-cü il təvəllüdlü Sənanın saxlanması üçün Sahibə Hüseynovaya verilməlidir. Lakin, borclu Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Şabran Rayon Məhkəməsinin 31 mart 2015-ci il tarixli icra sənədini icra etmir və 13 aprel 2017-ci il tarixə 1200 manat aliment borcunu ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra şöbəsinin böyük icra məmuru X2 tərəfindən 13 aprel 2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olduğu yerin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətandaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Bununla əlaqədar, iştirakı məcburi olan Şəxs olduğu yer müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat Siyəzən Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə Şəxs gətirilənədək dayandırılmış, həmçinin qərarın icrası Siyəzən rayon Polis Şöbəsinə həvalə olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı icra edilmədiyi üçün məhkəmə tərəfindən Siyəzən rayon Polis Şöbəsinə xatırlatmalar göndərilmiş, lakin Şəxs məhkəməyə gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Sözügedən Məcəllənin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Məhkəmə inzibati xəta haqqında material üzrə işə baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması bir ildən artıq davam etdiyindən sonuncunun barəsindəki inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5, 104.8, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar