Məhkəmə qərarları › İş №3(059)-3/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-3/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-3/2025 06.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 24 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21941631 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra edilmədiyi üçün Siyəzən rayon Polis Şöbəsi tərəfindən onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə 02 noyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Siyəzən Rayon Polis şöbəsindən daxil olmuş, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, inzibati iş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilərək məhkəmə baxışı 06 yanvar 2025-ci il tarixə təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək cərimə edilməsindən məlumatlı olmasa da, məhkəmə bildirişi yaşadığı ünvana göndərildikdən sonra, bu barədə məlumatlı olduğunu, bundan sonra, həmin cəriməni ödədiyini, odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AsanPay” ödəniş portalından çıxarılaraq iş materiallarına əlavə olunmuş məlumatın surətindən müəyyən edilmişdir ki, EQ seriyalı, 21941631 nömrəli qaimə ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs EQ seriyalı, 21941631 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cəriməni tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar