Məhkəmə qərarları › İş №3(059)-30/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-30/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-30/2023 27.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə xx xxxxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X5 küçəsi, ev 113 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 icra sənədi üzrə borclu Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(002)-1977/2016 saylı icra vərəqəsinə əsasən yeni yaranmış 5616 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən 27 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(002)-1977/2016 saylı icra sənədinə əsasən hər ay 234 manat məbləğində aliment Şəxs tutularaq, Zərərçəkmiş şəxs ödənilməlidir. Sözügedən icra sənədi 03 oktyabr 2016-cı il tarixdə şöbənin icraatına daxil olmuşdur. Şəxs aliment borcunu ödəmədiyi üçün barəsində 10 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, habelə məhkəmənin həmin tarixli qərarı ilə ona inzibati tənbeh olaraq 10 gün müddətində həbs təyin edilmişdir. Bundan sonra, Şəxs barəsində cinayət işi başlanılması üçün təqdimat verilsə də, sonuncu tələbkara olan 5897 manat aliment borcunu ödədiyindən iş üzrə icraata xitam verilmişdir. Daha sonra, yaranmış aliment borcu Şəxs əmək haqqına yönəldilsə də, sonuncu 2020-ci il avqust ayında işdən çıxdığında tutulmanın aparılması mümkün olmamış, habelə həmin vaxt üçün yaranmış 3408 manat aliment borcuna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, habelə məhkəmənin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə də ona inzibati tənbeh olaraq 10 gün müddətində həbs təyin edilmişdir. Bundan başqa, yaranmış 4344 aliment borcunu ödəməsi üçün Şəxs kifayət qədər vaxt verilsə də, sonuncunu borcu ödəmədiyindən, barəsində cinayət işi başlanılması üçün istintaq idarəsində təqdimat verilmiş, habelə həmin təqdimata əsasən Şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda Şəxs sözügedən icra vərəqəsinə əsasən yeni yaranmış 5616 manat aliment borcu son iki il ərzində yaranmışdır. Bundan əlavə, Şəxs olduğu yeri müəyyən edə bilmədiklərindən, barəsində axtarışı haqqında qərar qəbul edilmiş, habelə o, 27 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Belə ki, cəzaçəkmə müəssisəsindən azad oldunduqdan sonra 6 ay işsiz qalsa da, təxminən 1-2 ay olar kərpic zavodda qeyrirəsmi işə başlamış, habelə zavoddan əmək haqqı vaxtında ödənilmədiyindən, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyətlə də ayda təxminən 250 manat qazanc əldə edir. Bundan başqa, cəzaçəkmə müəssisəsindən azad oldunduqdan sonra ona 1200 manat məbləğində birdəfəlik pul müavinəti verilsə də, o, həmin məbləğdən də aliment borcunu ödəməmişdir. Bundan əlavə, işsiz kimi məşğul mərkəzindən ona elektrik işi təklif edilsə də, həmin işi bacarmadığı üçün imtina etmişdir. Eyni zamanda, o, 27 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ilə 8 il olar ayrılmış, bundan sonra, himayəsində 2 azyaşlı övladı qalsa da, Şəxs bu müddət ərzində ona vaxtlı-vaxtından aliment ödənişi etməmişdir. Hazırda aliment borcunun hissə-hissə də olsa ödənilməsini tələb edir, həmçinin Şəxs aliment borcunu ödəmədiyi üçün şikayətçidir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(002)-1977/2016 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 21 fevral 2023-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 3(059)-62/2017 saylı qərarının, Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin müstəntiqinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 14 mart 2018-ci il tarixli qərarının, Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 3(059)-181/2020 saylı qərarının surətlərindən görünür ki, Tağıyev X2 Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin müstəntiqinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 14 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə barəsində olan cinayət işinin icraatına xitam verilmiş, həmçinin Siyəzən Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 10 gün müddətində həbs təyin edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş, Siyəzən Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(059)-47/2021 saylı hömünün, eləcə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 7(002)-1023/2021 saylı qərarının surətlərindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar törətməklə, Siyəzən Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli, 3(059)-62/2017 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3(059)-181/2020 saylı qərarları ilə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsini, həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(002)-1977/2016 icra sənədini qərəzli olaraq icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirdiyinə görə Siyəzən Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 1(059)-47/2021 saylı hökmü ilə məhkum edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Eyni zamanda qeyd edirəm ki, Şəxs 27 fevral 2023-cü il tarixdə, saat 11.00 radələrindən faktiki saxlanılması və bundan sonra sərbəst buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 27 fevral 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar