Məhkəmə qərarları › İş №3(059)-302/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-302/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-302/2023 16.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu 06 oktyabr 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonu, Yenikənd Ə/D, Tuğay kəndində qeydiyyatda olan Talıbov Abdulla Rəfael oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Talıbov Abdulla Rəfael oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olunmasına dair 26 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15327197 nömrəli qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə, Talıbov Abdulla Rəfael oğlunun barəsində Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Talıbov Abdulla Rəfael oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Hökumət ödəniş portalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin Nazirliyin qurumları tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarlar üzrə şəxslərin ödənilməmiş cərimələrinin olubolmaması yoxlanılarkən müəyyən edildi ki, EQ 15327197 saylı qaimə ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinin İV hissəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğu məsələsini həll edir. İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Talıbov Abdulla Rəfael oğlu 26 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15327197 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə cəriməni tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldı: Talıbov Abdulla Rəfael oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar