Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-306/2023 27.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı Siyəzən şəhəri, H.Əliyev küçəsi, ev 149 olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Şəxs ASC Mərkəzi Bankın 07 sentyabr 2023-cü il tarixli, 6- 1-26/2-6767/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 02 noyabr 2023-cü il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta törətməsi barədə protokol tərtib olunmuşdur. Sözügedən inzibati xəta haqqında protokolda Şəxs ASC tərəfindən inzibati xətanın törədildiyi vaxt 29 sentyabr 2023-cü il tarix göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə hüquqlarını təmsil etdiyi ASC-ni İXM-nin 548.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, "xxxx" MMC-nin X4 filialının 06 dekabr 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən göndərilmiş xəbərdarlıq məktubunun yanlışlıqla səhv ünvana çatdırıldığı, habelə həmin məktubun X4 filialının əməkdaşı olan Şahid1 tərəfindən tanımadıqları Şahid2 adlı şəxsə 21 sentyabr 2023-cü il tarixdə təqdim edildiyi müəyyən olunmuşdur. Belə ki, rəhbəri olduğu Şəxs ASC-nin Şahid2 adlı əməkdaşı olmamaqla, yanaşı regional poçt filialının həmin məktubundan sonuncunun "xxxx" ASCnin mühafizəçisi kimi işləməsi müəyyən edilmişdir. Eyni zamanda, Şəxs ASC ilə "xxxx" ASC arasında təxminən 50-100 m məsafə vardır ki, bu aralıqda X2 Xidmətinin inzibati binası yerləşir. Bundan əlavə, sənədlərdə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə də, onlara məxsus olmamış, habelə araşdırma zamanı “Getcontact” mobil tətbiqi ilə yoxlanılarkən həmin mobil nömrənin tanımadığı bir xanıma məxsus olmasını müəyyən etmişdir. Beləliklə, məhkəməyədək Azərbaycan Respublikası Mərkəzi Bankının sözügedən məktubundan xəbəri olmadığı, habelə həmin məktub ona çatdırılmadığı üçün tələb olunan hesabatı verməmişdir. Eyni zamanda, sədri olduğu ASC-nin fəaliyyəti dayandırıldığı üçün bu cür hesabatın zəruriliyindən məlumatı olmamaqla, bərabər onları bununla bağlı xəbərdar edən olmamış, həmçinin bu cür hadisə ilk dəfə baş vermişdir. Bundan əlavə, hesabatları tərtib edərək, məlumatlı olduqdan sonra, Azərbaycan Respublikası Mərkəzi Bankına elektron formada təqdim etmiş, həmçinin poçt vasitəsilə də, göndərmişdir. Göndərilmiş hesabatlar Mərkəzi Bank tərəfindən 11 dekabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, göstərilən halların nəzərə alınaraq, hesabatın üzrlü səbəbdən verilməməsi kimi qiymətləndirilib, iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin həmin şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, həmçinin, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Şəxs ASC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən Şahid1 izahatında göstərdi ki, Nümayəndə Siyəzən rayonunun sakini kimi tanıyır. Belə ki, zərfin üzərində yazılan ünvan 3 ünvanının "xxxx" ASC-yə məxsus olmasını düşünərək, sözügedən zərfi digər əməkdaşlara təqdim etməyə icazə verilmədiyindən bu ASC-nin mühafizəçisi işləyən Şahid2 təqdim etmişdir. Bundan başqa, məktubu təqdim edərkən Şahid2 zərfin üzərini oxuyaraq, onların olmasını təsdiqləməklə, xəbərnaməyə və poçtun reyestrinə imza edərək qəbul etmişdir. Bu mənada düşünür ki, əgər zərfi yanlışlıqla təqdim etmiş olsaydı, həmin məktub səhvən verildiyi üçün ASC tərəfindən geri qaytarılardı. Həmçinin, sözügedən ərazidə qonşuluqda yaşayan şəxslərdən qeyd edilən ünvanı maraqlanmış və hər kəs bu ünvanın "xxxx" ASC-yə məxsus olmasını bildirmişdir. Bundan əlavə, Şəxs və "xxxx" ASC eyni küçədə, yəni hər iki ASC ünvan 3 ünvanında yerləşir. Eyni zamanda, Şəxs ASC-nin binasının üzərində bu ASC-nin olmasını təsdiqləyən hər hansı lövhə yoxdur, habelə o bina hazırda soğan anbarı kimi istifadə edilir. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında göstərdi ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 15-16:00 radələrində işdə olarkən poçtda çalışan Şahid1 müvafiq məktubu gətirib ona təqdim etmiş, habelə o, məktubu poçt xəbərnaməsinə imza edərək, qəbul etdikdən sonra, Şəxs ASC-yə aid olmaqla, Şahid1 tərəfindən ona təqdim edilmiş zərfin üzərini oxumadan məktubun mühafizə etdiyi "xxxx" ASC-yə aid olduğunu düşünüb, onu ASC-nin Aytac adlı mühasibinə vermişdir. Bundan əlavə, o, Nümayəndə əvvəllər tanımamış, həmçinin onu ilk dəfə yalnız hazırkı məhkəmə iclasında görmüşdür. Eyni zamanda, onun mühafizə etdiyi müəssisənin yaxınlığında Şəxs ASC-nin olmasından da məlumatı olmamışdır. İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış 07 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6767/2023 nömrəli məktubunun surətindən görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Eyni zamanda qeyd olunanlar nəzərə alınaraq, Şəxs ASC-dən 2022-ci ilə dair emitentin illik hesabatının 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. İşdə olan poçt xəbərnaməsinin surətindən görünür ki, Şəxs ASC-yə ünvanlanmış bu məktub 21 sentyabr 2023-cü il tarixdə “Şahid2” tərəfindən qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X4 Filialının 06 dekabr 2023-cü il tarixli, 3-27-109/53xx/xx-2023 saylı məktubundan görünür ki, 21 sentyabr 2023-cü il tarixdə SX006128141AZ ştrix kodla Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanan məktub Siyəzən RPF-ə daxil olmuşdur. Məsələ ilə bağlı Siyəzən RPF-ə təhkim olunmuş X6 işçisi (poçtalyon) Şahid1 izahatı alınaraq müəyyən edilmişdir ki, sözügedən məktubun üzərində ünvanı dəqiq göstərilmədiyindən , eləcə də ASC-nin sədrinin adı, soyadı qeyd edilmədiyindən xidmət ərazisində o, ASC-nin ünvanını dəqiqləşdirmək üçün bir neçə nəfərdən soruşduqda, ona Şəxs ASC ilə "xxxx" ASC-nin eyni həyətdə yerləşdiyi bildirilmişdir. Ona görə də Şahid1 məktubu F-8 jurnalına imza etdirməklə, "xxxx" ASC-nin mühafizəçisi Şahid2 təhvil vermişdir. İşdə olan “X5” MMC-nin hüquq şöbəsinin müdiri X1 Siyəzən Rayon Məhkəməsinə “Gov.az Webmail” vasitəsilə 19 dekabr 2023-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, Şahid2 adlı şəxs ünvan 9 ünvanında yerləşən və "X5" MMC-yə məxsus olan, lakin faktiki olaraq həmin istehsalat kompleksindən istifadə edən "X7" MMC-nin rəsmi qaydada əmək müqaviləsi ilə fəaliyyət göstərən mühafizəçisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati xətaya səbəb olan əməldir. Bu Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yenə bu Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, inzibati xətalar haqqında qanunvericilik inzibati xəta hadisəsinin baş verməsini və bunun əsasında inzibati məsuliyyətin yaranma əsasını dəqiq müəyyən etmişdir. Belə ki, inzibati xəta hadisəsi şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan və təqsirli sayılan əməl kimi qəbul olunur. Qanunvericilik eyni zamanda, xəta hadisəsinin subyektini də dəqiq müəyyən etmişdir ki, bu da inzibati xəta nəticəsində baş vermiş qanun pozuntusunun tənbehsiz qalmamasını şərtləndirir. Bu mənada, toplanmaqla, tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı 07 sentyabr 2023-cü il tarixli məktubla Şəxs ASC-dən 2022-ci ilə dair emitentin illik hesabatının onlara təqdim edilməsini tələb etsə də, sözügedən məktub aidiyyəti üzrə ASC-yə deyil, "xxxx" ASC-yə təqdim edilmiş, həmçinin bu məktub sonuncu ASC-də mühafizəçi olmaqla, inzibati xəta törətməsi ehtimal olunan ASC ilə hər hansı bir formada bağlılığı olmayan Şahid2 tərəfindən qəbul edilərək çalışdığı ASC-yə təhvil verilmiş, habelə, məktubun həqiqətdə qeyd olunan ASC-yə aid olmaması aydınlaşdırılmadığından, o cümlədən məktub yanlış hüquqi şəxsə təqdim edildiyindən Şəxs ASC Mərkəzi Bankın tələbindən məlumatsız qalmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə Şəxs ASC tərəfindən təqdim edilməməsinin düşünülməsi, habelə bununla, ASC-nin inzibati məsuliyyətə cəlb edilməsi əsassız olardı. Yuxarıda qeyd edilənlərin təhlilindən aydın olur ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-ni düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti kimi qəbul etmişdir. Bu halda isə Şəxs ASC-nin qəsdən və ya ehtiyatsızlıqdan təqsirli hesab edilməklə inzibati xəta sayılan əməl törətməsi istisna edilir. Belə ki, İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə hesab edirəm ki, Şəxs ASC-nin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin, qeyd edirəm ki, faktiki olaraq tələb edilməməsinə, habelə bu barədə rəsmi qaydada xəbərdar olunmamasına baxmayaraq, Şəxs ASC 2022-ci ilə dair emitentin illik hesabatını Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməsini təmin etmiş, eyni zamanda elektron formatda göndərilmiş bu hesabat aidiyyəti vergi orqanı tərəfindən də qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-306/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-306/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver