Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-315/2024 19.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1962-ci il tarixdə Salyan rayonu, Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə işləməyən, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 17 iyul 2024-cü il tarixdə, saat 23:12 radələrində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 105-ci kilometrliyində Şəxs idarə etdiyi “Mersedes Axor” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “Kamaz 5511” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, sonuncu avtomobilin sürücüsü X3 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış və 17 avqust 2024-cü il tarixdə Şəxs əməlində cinayət tərkibi olmadığından, onun haqqında cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının İ Tağımının polis baş mayoru Vüqar Əskərov oğlu tərəfindən 17 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Zərərçəkmiş şəxs X2, eləcədə protokolu tərtib etmiş orqan, Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Alay nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirib barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Kürdəmir Asan Xidmət tərəfindən verilmiş BC seriyalı 858750 nömrəli sürücülük vəsiqəsinin, BDYPİ Qİİ tərəfindən verilmiş, BB seriyalı 580869 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 17 iyul 2024-cü il tarixli, 161 nömrəli aktın surətlərindən görünür ki, Şəxs “X6 1840” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobili 12 iyul 2023-cü il tarixdən 01 oktyabr 2032-ci il tarixədək etibarlılıq müddəti olan “B1, B, C1, C, BE, C1E, CE” kateqoriyalı sürücülük hüququ ilə idarə edərkən ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 17 iyul 2024-cü il tarixli, 160 nömrəli aktın surətindən görünür ki, X1 avtomobili idarə edərkən sərxoşluq vəziyyətində olması aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 17 iyul 2024-cü il tarixli, 126 saylı rəyinin surətindən görünür ki, 1960-cı il təvəllüdlü X1 bədəni üzərində sol bazunun yumşaq toxumalarının dirsəyi tutan geniş sahəli hematoma halında əziyi və sağ baldırın sıyrığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 17 iyul 2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Şəxs idarə etdiyi “X6 1840” yük markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 17 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən 105-ci kilometrliyində yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, iş materiallarında olan sübutlarla və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici ifadəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sürücü Şəxs yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etmədiyi, nəticədə onun təqsirli hərəkətləri nəticəsində X3 yüngül bədən xəsarətləri aldığı, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların mövcudluğunu, zərərçəkmiş şəxsin inzibati xəta törədən şəxsə qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-315/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-315/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver