Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-319/2023 06.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxx 1976-cı il tarixdə keçmiş Şabran rayonunun Tağay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Siyəzən rayonu, Tağay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 15 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 04 sentyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində Şəxs yaşadığı Siyəzən rayonunun Tağay kəndində yerləşən fərdi yaşayış evində sonuncunun müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edərək saxladığı “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, У-97287 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı aşkar olunaraq götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 23 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, У-97287 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı müvafiq qaydada saxlanması üçün DİN-in X1 Baş İdarəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin 20 sentyabr 2023-cü il tarixli, 23/720R saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd У-97287 nömrəli silah, “İjevsk” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-K modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır və silah texniki cəhətdən saz olmaqla, atəş üçün yararlıdır. Silahın hissəmexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, У-97287 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni “İjevsk” silah zavodunda istehsal olunmuş, 1 ədəd, 16 kalibrli, İJ-K modelli, У-97287 nömrəli, çaxmaqlı, hamar tək lüləli, yivsiz ov silahı müsadirə edilməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-319/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-319/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver