Məhkəmə qərarları › İş №3(059)-329/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-329/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-329/2025 16.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin rəisi X1 iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi işləyən, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs 15 may 2025-ci il tarixdə, saat 12:30 radələrində Siyəzən rayonunun Zarat kəndində ucadan nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamış və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 15 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bundan başqa, o, 15 may 2025-ci il tarixdə, saat 12:30 radələrində Siyəzən rayonunun Zarat kəndində ucadan nalayiq söyüşlər söymüş və barəsində Siyəzən rayon Polis Şöbəsinin İTB-nin rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 15 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Siyəzən Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 3(059)-329/2025 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-329/2025 və 3(059)- 330/2025 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-329/2025 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş vəzifəli şəxs, Siyəzən Rayon Polis Şöbəsinin İTB-nin rəisi X3 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən rayon icra və probasiya şöbəsindən Siyəzən rayon Polis Şöbəsinə daxil olmuş məktubda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ailə üzvləri ilə birlikdə Siyəzən rayonunun Zarat kəndində yerləşən evdən çıxarılması icra tədbirinin 15 may 2025-ci il tarixdə, saat 12:00-da keçiriləcəyi qeyd edilmişdir. Beləliklə, həmin tarixdə o, RPŞ-nin polis serjantı Anar Tağıyev ilə birlikdə qeyd olunan ünvana getmiş, habelə bu zaman Siyəzən rayon icra və probasiya şöbəsinin və Siyəzən rayon X5 hissəsinin əməkdaşları da orada olmuşdur. Həmin vaxt Şəxs oğlu keçiriləcək icra tədbirinə öz etirazını sivil qaydada bildirsə də, təxminən yarım saat sonra icra tədbirini keçirilməli olan evə gələn Şəxs, qardaşı arvadının ünvanına nalayiq ifadələr işlətməyə başlamış, habelə bu hərəkətlərini davamlı şəkildə təkrarlamışdır. Onlar ilk olaraq Şəxs nizam-intizama dəvət etməyə çalışmışlar, sonra isə sonuncunu rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin o, bu dəvətdən imtina edərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin qeyd edir ki, Şəxs mütəmadi olaraq spirtçi içki qəbul edir. Ona görə də onun barəsində 30 gün müddətində inzibati həbs təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 5 il bundan öncə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Rasim adlı əməkdaşı yaşadıqları Siyəzən rayonunun Zarat kəndindəki ünvana gələrək, ölçü işləri aparmış, habelə bu zaman o, qardaşı ilə birlikdə yaşadıqları həyətyani sahənin bərabər paylara bölünməsinə etirazının olmadığını bildirməklə bərabər ona düşən sahədən qardaşına 3 metr torpaq verilməsini istəmişdir. Bundan sonra, mərhum anası ona, qardaşının evdə quraşdırılmış sayğaclar ilə əlaqədar onu Şabran rayonunda yerləşən idarəyə apardığını, habelə sənədlərə imza etdirdiyini bildirmişdir. Belə ki, qardaşı arvadı ona və ailə üzvlərinə qarşı onların yaşadıqları evdən çıxarılması tələbi ilə bağlı iddia qaldırmış, habelə məhkəmə qətnaməsi ilə sözügedən iddia təmin edilmişdir. Qeyd edir ki, qətnamə icra olunacağı təqdirdə onların yaşamağa evləri olmayacaqdır. Bundan başqa, keçirilməsi planlaşdırılan icra tədbiri zamanı o, yuxarıda qeyd etdiyi hadisələrin təsirindən qardaşı arvadının ünvanına nalayiq ifadələr işlətməklə yanaşı, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, həmçinin sonuncuların onu rayon Polis Şöbəsinə aparılması ilə tələbindən imtina etmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində inzibati tənbeh olaraq inzibati cərimə təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, o, Şəxs hadisədən öncə tanısa da, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, məhkəmə qərarının icrası məqsədi ilə 15 may 2025-ci il tarixdə, saat 12:00-da Siyəzən rayonunun Zarat kəndində getmişlər. Həmçinin, bu tədbirinin keçiləcəyi ilə bağlı əvvəlcədən həmin iş üzrə tələbkara, borcluya, rayon Polis Şöbəsinə və Siyəzən rayon X5 hissəsinə məlumat vermişlər. Beləliklə, icra tədbirinin keçirilməsi planlaşdırılan saatdan təxminən yarım saata sonra, oraya gələn Şəxs aqressiv şəkildə tələbkar tərəfin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən RPŞ-nin polis nəfəri X2 digər şahid Tural Fərhadlının izahatına uyğun, eyni məzmunlu izahat verməklə, baş vermiş inzibati xəta hadisəsini bir daha təsdiqləmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolları tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini və əməlindən səməmi peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs əməllərində, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda öz əməli ilə iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birinə yaxın həddə inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş materiallarına əlavə edilmiş 15 may 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Siyəzən rayonunun Zarat kəndində yaşayan Şəxs 15 may 2025-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Qeyd edirəm ki, Şəxs 15 may 2025-ci il tarixdə, saat 13:30-da faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla 08 gün müddətində inzibati həbs tətbiq edilməli, həbs etmənin əvvəli tutulduğu 15 may 2025-ci il tarixdən saat 13:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 34.3, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 15 may 2025-ci il tarixdən saat 13:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar