Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-33/2021 09.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1996-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Siyəzən şəhəri, Şəhriyar küçəsində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-də videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı üzərindən içərisində 0,2 ml heroin məhlulu olan inyeksiya vasitəsi aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, təxminən 5 il olar narkotik vasitə heroin qəbul edir. xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhəri, Şəhriyar küçəsində olan zaman gümüşü rəngli siqaret bükülüsü görmüş və diqqətini cəlb edən bu bükülüyə baxdığında, içərisində narkoitk vasitə heroin olduğunu aşkar etmişdir. Həmin bükülünü götürdükdən sonra, orada gizli yer taparaq narkotik vasitə olan heroini öz qəbulu üçün hazırlayıb istifadə etməyi düşünmüşdür. Həmçinin, orada olduğu zaman tibbi maskasız olmuş, bu an polis əməkdaşlarının ona tərəf gəldiklərini görüb, dərhal inyeksiya vasitəsini cibinə qoymuşdur. Lakin, polis əməkdaşları yaxınlaşarkən qorxduğu üçün cibində olan inyeksiya vasitəsini çıxardıb atmaq istəsə də, polis əməkdaşları ona imkan verməmişlər. Bundan sonra, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş, həmçinin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmalı olduğu, bu səbəbdən də üzərində axtarış aparılacağı bildirilərək qanunvericilikdə nəzərdə tutulmuş hüquqları izah olunmuşdur. Şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və predmet olduğu halda təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən içərisində narkotik vasitə heroindən hazırlanmış maye olan inyeksiya vasitəsini təqdim etmişdir. Bundan sonra, həmin inyeksiya vasitəsi 1 ədəd ağ rəngli zərfə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmaqla, möhürlənmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi və əşyanın maddi sübut kimi tanınması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, bu qərarın surətindən görünür ki, Şəxs məxsus sonuncunun üzərindən aşkar edilərək götürülmüş, içərisində qalıq çəkisi 0,1 ml təşkil edən narkotik vasitə heroin məhlulu olan inyeksiya vasitəsi maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, qərarın surətindən görünür ki, Şəxs şübhəli kimi xx xxxxxx 2021-ci il tarixdə, saat 19:15-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/354 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi və “1)...Şəxs..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd 1-ml-lik şprisdəki 0,2 ml həcmində açıq qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhluludur. 0,2 ml məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,068 qram təşkil etmiş, tədqiqata 0,1 ml heroin məhlulu sərf edildikdən sonra qalıq 0,1 ml qalmışdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Siyəzən Rayon Məhkəməsinin sonuncu xx xxxxxx 2020-ci il tarixli, 3(059)-199/2020 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar cinayət, eləcə də inzibati xəta törətməsinə görə müvafiq olaraq məhkum və tənbeh edilməsinə və məhkumluğunun ödənilməməsinə, həmçinin inzibati tənbeh olunmasına baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını və islah olunmamasını, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19.15-də tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə saat 18.00-da azad edilmiş, bundan sonra xx xxxxxx 2021-cu il tarixdə saat 17:15-dən inzibati qaydada tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 25 (iyirmi beş) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətində inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17.15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. xx xxxxxx 2021-ci il tarixdə Şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülmüş, içərisində qalıq çəkisi 0,1 ml narkotik vasitə heroin məhlulu olan inyeksiya vasitəsi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-33/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-33/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver