Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-331/2025 27.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi baş dövlət avtomobil müfəttişi X2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işləyən, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 334.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 12 mart 2025-ci il tarixdə idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “Vaz-21093 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində Bakı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olmaqla, yol ayrıcına yaxınlaşıb, ötmə əməliyyatı edərək sola dönmək istəyən X1 idarə etdiyi “Mitsubishi L200-minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq, yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mitsubishi L200-minik” markalı avtmobilinə maddi ziyan dəymiş və barəsində Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi baş dövlət avtomobil müfəttişi X6 tərəfindən 27 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin Dövlət yol polisi bölməsi baş dövlət avtomobil müfəttişi X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 12 mart 2025-ci il tarixdə idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “Vaz- 21093 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində Bakı istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olmaqla, yol ayrıcına yaxınlaşıb, ötmə əməliyyatı edərək sola dönmək istəyən X1 idarə etdiyi “Mitsubishi L200-minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq, yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mitsubishi L200-minik” markalı avtmobilinə maddi ziyan dəymişdir. Həmçinin, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şəxs xəsarət aldığı üçün araşdırma ilk olaraq Siyəzən RPŞnin istintaq bölməsində aparılmış, habelə bölmənin qərarı əsasında hazırki protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla yanaşı, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə, sonuncu həmin cəriməni ödəmək iqditarındadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, hadisə protokolu tərtib etmiş şəxsin izahatında göstərdiyi kimi baş vermişdir. Belə ki, “Vaz-21093 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili yeni aldığı üçün avtomobil idarə etməyə etibarnaməsi olsa da, idarə etmə hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hazırda mülkiyyətinə ziyan dəymiş şəxslə barışıq əldə etmişdir. Bununla yanaşı, barəsində cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə cəriməni bir ay müddətində ödəmək iqtidarındadır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, “Mitsubishi L200-minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ ilə, habelə etibarnamə əsasında idarə etmişdir. Həmçinin, hadisə protokolu tərtib etmiş şəxsin izahatında göstərdiyi kimi baş vermişdir. Bundan başqa, hadisə nəticəsinə avtomobilinə dəymiş ziyan ona ödənilməsə də, Şəxs ilə barışmışdır. Habelə, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda tərəflərin izahatı ilə birlikdə hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 12 mart 2025-ci il tarixli, protokollaşdırma nömrəsi 02727 olan alkotesterden çıxarışdan görünür ki, həmin tarixdə saat 23:21-də Şəxs qanında alkoqolun konsentrasiyası 2,282 promilli olmaqla həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli ziyan aktdan görünür ki, 2003-cü il istehsallı, tünd göy rəngli, “Mitsubishi L200-minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş cəmi zərər 3805 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 8/805 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə “Mitsubishi L200” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərinin "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21093 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 08 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X4 əməlində cinayət tərkibinin əlamətləri olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi şəkildə etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmasını, inzibati xətaların xarakterini, dəymiş zərəri real olaraq ödəməməsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən bu cür davranışı ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs təyin edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 01 (bir) ay müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-331/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-331/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver