Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-335/2025 10.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə X6 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 3(068)-51/2025 saylı qərarı ilə X6 vəsatəti təmin edilərək, sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti ona əlavə edilən sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. Bundan başqa, “Mercedes Benz AXOR 1836LS YÜK” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında ona etibar edilmişdir. Həmçinin, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır. Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olmasını bilir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə cərimələrdən də xəbər olduğu üçün normativlərə uyğun yük daşıyır. 30 oktyabr 2024-cü il tarixdə Bakı istiqamətinə yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi ilə qırmadaş apararkən 39,600 ton yük aparmış, habelə zavod da həmin çəkini qəbul etmiş, A təyinat nöqtəsindən B nöqtəsinə kimi həmin çəki qeyd olunmuşdur. Lakin, Xızı rayonunun Giləzi kəndində DİN BDYPİ X5 ilə düşən radara əsasən 44,790 ton çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427969 nömrəli protokol tərtib edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli, 8836 saylı qaimə-fakturaya əsasən 40,000 ton yük daşınmış, lakin DİN BDYPİ X3 əsasən 42,360 ton çəki qeyd olunmuş və Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25014918 nömrəli protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunan DİN BDYPİ MİS-nin çəkilişinin hansısa səbəbdən səhv qeyd olunduğunu nəzərə alıb, protokolun ləğv edilməsi və adına yazılmış cərimənin silinməsi barədə sərəncam verməsini Azərbaycan Respublikası RİNA-nin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xahiş etmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixli, 2-Ə- 1912/1-28/2 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, elektron tərəzilər müvafiq qaydada yoxlanılmış və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” alınmışdır. Avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsi Azərbaycan Respublikası NK-nin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadəsində olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” ilə müəyyən edilmiş hədləri aşmamalıdır. Ona tətbiq olunan inzibati xətanın əsassız olması və idarə etdiyi nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətinə münasibətdə nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşılmaması aşağıdakılarla müəyyən olunur. Habelə, onu da qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 127.1.3-cü maddəsinin tələbinə görə əgər onun idarə etdiyi avtomobilin yükü normadan artıq olsaydı, bu maddənin tələbinə görə yük bölünən olduğundan nəqliyyat vasitəsi saxlanılıb, artıq yük boşaldılmalı idi. Lakin qeyd edir ki, xətanın baş verməsinin ehtimal edilən tarixdə onun avtomobili hər hansı post tərəfindən saxlanılmamış və artıq yükün boşaldılması halı baş verməmişdir. Beləliklə, onun barəsində elektron qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25014918 nömrəli protokolların müvafiq olaraq qəbul edilmiş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Habelə, Azərbaycan Respublikası İXM-nin 135.1.5-ci maddəsinin tələbinə görə elektron qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 24427969 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 25014918 nömrəli protokolun və müvafiq olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərmişdir ki, yük avtomobili zavoddan 40 ton yüklə çıxmış, habelə Şabran rayonunun Gəndov kəndindən keçərkən həmin kəndə quraşdırılmış elektron tərəzidən avtomobilin icazə verilən çəkidən artıq yük daşımasına dair məlumat ötürülməsə də, Xızı rayonunun Giləzi kəndində elektron tərəzidən ötürülən məlumat nəticəsinə barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir ki, hər iki qərar ilə razı deyildir. Həmçinin, zavoda quraşdırılmış tərəzinin şəhadətnaməsinin olub-olmasından məlumatlı olmasa da, bütün sübutlarını məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və barəsində elektron qaydada tərtib edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, sürücü yük götürdüyü zavodla aralarında müqavilənin və həmin zavoda məxsus tərəzinin şəhadətnaməsinin surətlərini sübut kimi təqdim etməli, bundan sonra, zovada məxsus tərəzidə yükün yanlış çəkildiyi müəyyən olunarsa, həmin zavod barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh vermə haqqında protokol tərtib edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası NK-nin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarına əsasən 5 oxlu yük avtomobilinin hər oxuna düşən çəkisi 8 tondan yəni, yük avtomobilinin ümumi çəkisi 40 tondan artıq olmamalıdır. Habelə, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən elektron tərəzilərin həssaslığını nəzərə alınmaqla ümumi çəkinin 5% həddində güzəşt nəzərdə tutulmuşdur ki, bu da, yük avtomobilinin ümumi çəkisinin 42 tondan artıq olmamasını özündə ehtiva edir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 30 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş EQ seriyalı, 24427969 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X8 30 oktyabr 2024-cü il tarixdə, saat 11:59-da “Mercedes Benz AXOR 1836LS YÜK” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonunun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 11 dekabr 2024-cü il tarixdə tərtib edilmiş EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X8 11 dekabr 2024-cü il tarixdə, saat 23:32-də “Mercedes Benz AXOR 1836LS YÜK” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonunun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Tərəzi Qəbzi” başlıqlı 8836 saylı qaimədən görünür ki, giriş vaxtı xx.xx.2024, 21:39:43 – çıxış vaxtı xx.xx.2024, 21:50:01 qeyd edilmiş **-VP- *** dövlət qeydiyyat nişanlı avtomobilin tara çəkisi 14640 kq, netto çəkisi 25360 kq, ümumi çəkisi isə 40000 kq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiihnisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” X11 “ölçmə vasitələrinin yoxlanılması haqqında” R№033193, ÖVY № 160512 olan şəhadətnaməsinin surətindən görünür ki, 9835A tipli ölçə vasitəsinin son yoxlama tarixi 02 sentyabr 2024-cü il olmaqla, 02 sentyabr 2025-ci il tarixədək istifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X3 inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X8 30 oktyabr 2024-cü il tarixdə, saat 11:59-da və 11 dekabr 2024-cü il tarixdə, saat 23:32-də “Mercedes Benz AXOR 1836LS YÜK” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xızı rayonunun Giləzi kəndi ərazisindən keçən Bakı-Quba yolunun 65.1-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini müvafiq olaraq 4790 və 2360 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hallar 9835A hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişlər ilə birlikdə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra X8 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərarlar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X8 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi müvafiq olaraq (xx.xx.2024-cü il tarixdə) 44790 və (xx.xx.2024-cü il tarixdə) 42360 kiloqram olmaqla inzibati xətalara yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Hüseyn Əzizov şikayət ərizəsinə sübut kimi yalnız xx.xx.2024-cü il tarixdə yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “Tərəzi Qəbzi” başlıqlı 8836 saylı qaiməni əlavə etmişdir ki, həmin qaiməyə nəzər saldıqda qaimənin imzalanmadığı, həmçinin həmin qaimənin kim tərəfindən və hansı əsasla verildiyi göstərilməmişdir. Məhkəmə iclasında Hüseyn Əzizov həmin qaimənin avtomobilinə yük vurduğu karxananın tərəzisində çəkilərək verildiyi bildirilsə də, həmin tərəzilərin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməməklə yanaşı, bu barədə suala tərəzinin sertifikatının olub-olmamasının bilmədiyini qeyd etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X6 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətaları törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarlarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarların ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 30 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 24427969 saylı və 11 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 25014918 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 tərəfindən verilmiş şikayəti təmin edilməsin, qərarlar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-335/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-335/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver