Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-339/2025 21.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, X1, Qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X12 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: X12 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsinin törədilməsi etimal olunan ərazi beş qonşu evlərin sakinlərinin istifadə etdiyi yol olmaqla bərabər bu yol mütamadi olaraq beş qonşudan biri olan X8 tərəfindən yola müxtəlif çeşidli tullantılar (məişət, ölmüş toyuq cəsədləri, peyin qalıqları, budanmış ağac budaqları və s.) atılaraq, üfunət iyinin yaranmasına səbəb olmuş və gediş-gəlişi çətinləşdirmişdir. O və digər qonşular Rauf Abbasova iradlarını bildirsələr də, sonuncu qanunsuz əməllərini davam etdirərək, qonşuluq münasibətlərinə və birgə yaşayış qaydalarına əməl etməmişdir. Odur ki, son zəruri tədbir kimi məslənin həlli ilə əlaqədar 102 çağrı mərkəzinə zəng vurmuş və çağrı mərkəzinin əməkdaşının tövsiyəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, habelə görülən tədbirlər nəticəsində Rauf Abbasov 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən təxminən 2025-ci ilin mart ayında inzibati qaydada cərimə edilmişdir. Lakin, bütün bunlara baxmayaraq atılan zibillər yolda qalmaqla yanaşı, Rauf Abbasovun özü də yola zibil tullamaq kimi adətindən əl çəkməmiş və o, təkrarən bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versə də, nazirlikdən ona, işlərinin cərimə yazmaq olduğu, yoldan zibil yığmaq olmadığı və vətəndaşı zibil yığmağa məcbur edə bilmədikləri bildirilmişdir. Bundan sonra, Siyəzən rayon Yenikənd Bələdiyyəsinə müraciət etsələr də, bələdiyyə sədri yolun onlara məxsus olmadığını bildirmiş və məhkəməyə müraciət etmək hüquqlarından istifadə etmələrini tövsiyyə etmişdir. O, vətən müharibəsində psixoloji tramva alması səbəbindən əsəblərin cilovlaya bilməmiş, habelə qonşusu X5 “Qazel” markalı avtomobilini gətirməsini istəmiş və beləliklə, zibilləri avtomobilə yükləyərək, müəyyən olunmuş zibillik əraziyə atmışlar. Bundan sonra, yerdə qalan çör-çöpü, alaq otlarını və tikanları bir yerə yığmaqla yandırarkən, onları əziyyətə salan Rauf Abbasovu qınamışlar və bu zaman onları görən sonuncu yazılmış inzibati cərimənin qısasını almaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng etməklə ekologiyaya zərər vurulduğunu bildirmiş, habelə bu zəngdən sonra gəlmiş 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, iradını bildirdikdə isə, qaynar xəttə zəng daxil olduğunu bildirib, hökmən cərimə olunmalı olduğunu qeyd etmişlər. Beləliklə, barəsində 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra isə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəvət edilməklə, barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edir ki, müraciəti əsasında araşdırma aparan hüquqşünas inzibati xəta haqqında protokolun məzmunu ilə inzibati tənbeh vermə haqqında qərar arasında hüquqi uyğunsuzluğun mövcudluğunu, aşağıdakı qanunsuzluqları müəyyən etmişdir. Belə ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun əsası kimi protokolun müəyyən etdi hissəsində qeyd edilib ki, “Siyəzən rayon Yenikənd kəndində 05 aprel 2025-ci il tarixdə X12 tərəfindən kəndin ərazisində tullantıların toplanması və yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirklənməsi” nəticəsində X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Lakin buna baxmayaraq, barəsində 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə qəbul edilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda, “X12 tərəfindən kəndin ərazisində tullantıların toplanması və yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirklənməsi" əməlinin törədməsinə görə tərtib edilməsi göstərilsə də, inzibati tənbeh vermə haqqında qərar, Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə, yəni (Şəhər və digər yaşayış məntəqələri ərazisində tullantıların basdırılmasına görə) qəbul edilmişdir. Başqa sözlə, inzibati xəta haqqında protokol, tullantıların toplanması və yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirklənməsi ” əməlinə görə tərtib edilsə də, inzibati tənbeh vermə haqqında qərar, Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə, yəni (Şəhər və digər yaşayış məntəqələri ərazisində tullantıların basdırılmasına görə) qəbul edilmişdir. Belə ki, protokolda, “tullantıların toplanması” kimi qeyd edilən əməli, normada qeyd edilən “tullantıların basdırılması” əməli ilə eynilik təşkil etmir. Həmçinin, qeyd edildiyi kimi qonşu tərəfindən yola atılmış məişət və digər çeşidli zibillərin daşınması və yerdə qalan çör-çöpün yandınması, protokolda habelə əsasında verilmiş “inzibati tənbeh vermə haqqında” qərarda gösətərilmiş inzibati xəta əməlinin əlamətləri ilə uyğun gəlmir. Beləliklə, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, barəsində 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tullantıların toplanması və yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirklənməsi” əməlinə görə tərtib edildiyindən, bu protokol əsasasnda 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisinin 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş (tullantıların basdırılmasına) inzibati xəta törədilməsinə görə qəbul etməsi qanunsuz olmuşdur. Odur ki, barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, yaşadığı evin yaxınlığındakı küçəyə kənd sakinləri tərəfindən atılmış zibillərin yığılması ilə bağlı rayon İcra Hakimiyyətinə, rayon Polis Şöbəsinə, kənd Bələdiyyəsinə və Ekologiya və Təbii Sərvətlər idarəsinə şifahi olaraq müraciətlər etsə də, bu müraciətləri nəticəsiz qalmaqla bərabər ona, həmin ərazisini özünün təmizlənməsi təklif edilmiş və həmçinin, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra, qonşuları ilə həmin ərazini təmizləmək və ərazidə yabanı halda bitmiş böyürtkən kolunu və ağacı kəsmək qərarına gəlmişlər. Belə ki, böyürtkən kolu həmin ərazinin qarışıq görünməsinə səbəb olmuş və buna görə də, kənd sakinləri tərəfindən oraya məişət tullantıları, ölü toyuq cəsədləri, ağac budaqları atılması ilə nəticələnmiş, həmçinin kolun budaqları yolda insanların, avtomobillərin və ev heyvanlarının (iri və xırda buynuzlu) hərəkətinə maneə yaratmışdır. Beləliklə, həmin əraziyə atılmış ağac budaqlarını və kolu kəsərək yandırsa da, digər məişət tullantılarını, o cümlədən ölmüş toyuq cəsədlərini avtomobilə yükləyərək, müəyyən olunmuş zibillik əraziyə atmışdır. Bundan başqa, qeyd edir ki, yaşadığı evin yaxınlığına toyuq cəsədlərini, ağac budaqlarını o atmamışdır. Belə ki, belə olmuş olsaydı, digər qonşular onun barəsində şikayət etmiş olardılar. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X10 izahatında bildirdi ki, X12 qonşusu X8 barəsində DİN-nin 102 çağrı mərkəzinə zəng vurmaqla şikayət etmiş, nəticədə birinci barəsində müvafiq protokol tərtib edilərək, o, inzibati qaydada cərimə edilmişdir. Həmin vaxt Rauf Abbasov əməlini etiraf etməklə yanaşı, həmin əraziyə zibillərin X12 və digər qonşular tərəfindən atıldığını bildirmişdir. Əraziyə tərəfindən, kəndin bələdiyyəsinin və qonşuların iştirakı ilə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Bundan sonra, X3 atası Mətləbəli Abbasov yazılı ərizə ilə Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək, Ruslan Eyvazov tərəfindən həmin əraziyə zibil atıldığını qeyd etmişdir. Beləliklə, rayon Polis Şöbəsində videoçəkiliş ilə aparılmış araşdırma zamanı X15 Eyvazov tərəfindən əraziyə ağac budaqlarının, toyuq cəsədlərinin atıldığını, sonuncunun sonradan həmin tullantıları yandırdığını bildirmişdir. Bundan sonra, o, kənd icra nümayəndəsinin, bələdiyyəsinin sədrinin və qonşuların iştirakı ilə əraziyə videoçəkiliş vasitəsi ilə baxış keçirmiş, Ruslan Eyvazovdan soruşarkən sonuncu əraziyə tullantıları atdığını, sonradan yandırdığını və təmizlədiyini etiraf etmişdir. Belə ki, Ruslan Eyvazov məişət tullantılarını, toyuq cəsədlərini yandırmaqla, atmosfer havasını çirkləndirmişdir. Bundan başqa, tərtib edilmiş protokolda İXM-nin maddəsinin iki maddəsi öz əksini tapsa da, inzibati tənbeh vermə haqqında qərarda biri qeyd edilmişdir ki, cərimə məbləği hansı maddədə çoxdursa, qərarda həmin maddə qeyd edilməlidir. Odur ki, Ruslan Eyvazov barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, Ruslan Eyvazov ərazidə olan kolu budayaraq, budaqlarını yandırsa da, əraziyə atılmış məişət tullantılarını və ölü toyuq cəsədlərini onun avtomobilinə yığaraq, zibillik əraziyə atmışdır. Onun tərəfindən kol budaqlarından başqa hər hansı digər məişət tullantısı və ya ölü toyuq cəsədi yandırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, o, Siyəzən rayon Yenikənd bələdiyyəsinin sədri vəzifəsində işləyir, habelə Ruslan Eyvazovu həmin kəndin sakini kimi tanıyır. Bildiyinə görə, Ruslan Eyvazovun qonşusu ilə mübahisəsi olmuş, buna görə də, onlar bir-birilərindən şikayət etmişlər. Habelə, həmin əraziyə baxış keçirən zaman ərazidə toyuq cəsədlərinin, məişət tullantılarının olduğunun şahidi olmuş, lakin tullantıların yandırılmasının, kim tərəfindən yandırılmasının şahidi olmamışdır. Həmçinin, sonradan həmin ərazinin təmizlənməsinin və oraya çınqıl-daş tökülməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, Ruslan Eyvazov həmkədlisi olmaqla yanaşı qonşusudur. Bundan başqa, hadisə zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X10 ona müraciət edərək, akta imza etməsini istəmiş, həmçinin bununla bağlı gələcəkdə problem yaranmayacağını, onun işə heç bir aidiyyatının olmadığını qeyd etmişdir. O, ona təqdim edilmiş ağ kağıza imza etsə də, həmin əraziyə zibil atılmasının və ya yandırılmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, Ruslan Eyvazov həmkədlisidir. Bundan başqa, hadisə zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X10 ona müraciət edərək, akta imza etməsini istəmişdir. Lakin, o, aktın məzmunu ilə tanış olmamaqla bərabər aktın, qonşular arasında kanalizasiya suyu ilə bağlı yaranmış mübahisə görə tərtib edildiyini zənn etmişdir. Eyni zamanda, Ruslan Eyvazov tərəfindən həmin əraziyə zibil atılmasının və ya yandırılmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ruslan Eyvazov həmkədlisi olmaqla yanaşı qonşusudur. Belə ki, təsərüfatında olan iribuynuzlu heyvanların otlarını yaşadığı evin yaxınlığında yandırarkən Ruslan Eyvazov onun barəsində şikayət etmiş və nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, o, özü cərimə edildiyi üçün Ruslan Eyvazov tərəfindən həmin ərazidə məişət tullantıları, ölmüş toyuq cəsədləri yandırdığı üçün ondan şikayət etmiş, onun da cərimələnməsini istəmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin, həmçinin şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X9 19 may 2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı müfəttişi Elşən Mirzəyev, Siyəzən rayon Yenikənd Bələdiyyəsinin sədri Şahid2, Siyəzən rayonunun Yenikənd kənd sakinləri Şahid1, Şahid3 və Rauf Abbasov tərəfindən imzalanmaqla, 06 may 2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Rauf Abbasov atasının xəstə olması səbəbindən aktın tərtib edilməsində iştirak edə bilməyəcəyini qeyd etmiş, habelə qonşusu Ruslan Eyvazovun zibilləri dəfələrlə kəndin ərazisində yandırdığını, məhz bu səbəbdən atasının şikayət etdiyini bildirmiş və bu barədə videoçəkiliş təqdim etmişdir. Həmçinin, aktın tərtin edilməsində iştirak etmiş Şahid1 və Şahid3 də, Ruslan Eyvazovun zibilləri dəfələrlə kəndin ərazisində yandırdığını bildirmiş, sonuncu isə söylənənləri təsdiq etsə də, izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X10 tərəfindən 06 may 2025-ci il tarixdə tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 05 aprel 2025-ci il tarixdə Siyəzən rayonu Yenikənd kəndi ərazisində X12 tərəfindən kəndin ərazisində tullantıların toplanması və yandırılması nəticəsində atmosfer havasının və ərazinin çirklənməsi faktı müəyyən olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci və 266.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X9 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 rayonu, Yenikənd kəndi ərazisində tullantıların toplanması və yandırılmasına görə Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 700 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş iki ədəd foto-şəkildən görünür ki, şəkillərdə şikayətçi X12 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X10 əks olunur, Ruslan Eyvazovun əlində ağac qırıntıları və yerdə yanıq izləri müşahidə olunur. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 1-ci görüntüdən ərazidə bir çox tullantıların və ölmüş toyuq cəsədlərinin olması, 2-ci görüntüdən Ruslan Eyvazovun ölmüş toyuq cəsədlərini yığaraq, başqa əraziyə atdığını bildirməsi, 3-cü görüntüdən həmin ərazidə birbirinə yaxın yerlərdə yanğın izlərinin qaldığı yerlər müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, X12 “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı ilə, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, fotoşəkillər və video-disk təqdim edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda Ruslan Eyvazov tərəfindən Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi qeyd olunsa da, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla Ruslan Eyvazov İXM-nin yalnız 266.1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilmişdir. Qeyd olunan bu hal Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi-aparıcı müfəttiş X10 ilə məhkəmə iclasında araşdırılmış, nümayəndə E.X16 tərəfindən hər iki maddədə nəzərdə tutulmuş inzibati xətaların törədildiyi, lakin İXM-nin 266.1-ci maddəsi ilə daha ağır inzibati cərimə nəzərdə tutulduğundan barəsində həmin maddə ilə qərar qəbul edildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Yuxarıda qeyd olunan Plenum qərarından da göründüyü kimi, X6 təqsirli bilindiyi hər bir maddə inzibati tənbeh vermə haqqında qərarda qeyd olunub ona hüquqi qiymət verilməli olduğu halda, həmin qərarda Ruslan Eyvazovun yalnız İXM-nin 266.1-ci maddəsi ilə inzibati tənbeh edildiyi qeyd edilmiş, ümumiyyətlə İXM-nin 234.0.5-ci maddəsi inzibati tənbeh vermə haqqında qərarda qeyd edilməməklə ona hər hansı hüquqi qiymət verilməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, inzibati orqan öz qərarında Ruslan Eyvazovu İXM-nin 234.0.5-ci maddəsi ilə təqsirli bilməmişdir. Bundan başqa inzibati orqan tərəfindən sübut qismində məhkəməyə akt təqdim edilmişdir ki, həmin aktda Ruslan Eyvazov tərəfindən dəfələrlə zibillər yandırıldığı qeyd edilsə də, konkret faktla bağlı harada, nə zaman və nə yandırıldığı, nəticədə nə üçün və hansı inzibati xəta tərkibinin yaranması ilə bağlı hər hansı məlumat qeyd edilməmişdir. Akta imza edən şəxslərdən Şahid2, Mahir Məmmədov və Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş, onlar ifadələrində müvafiq olaraq Ruslan Eyvazov tərəfindən hər hansı bir tullantı yandırıldığının şahidi olmadıqlarını, akta imza edərkən inzibati orqanın nümayəndəsi tərəfindən “akta imza edin, sizlik heç nə yoxdur” dediyini, həmçinin boş kağıza imza etdiklərini bildirmişlər. Eyni zamanda inzibati araşdırmanın başlanılmasına səbəb olmuş şikayət vermiş Mətləbəli Abbasovun akta imza edən oğlu Rauf Abbasov məhkəmə iclasında şahid qismində dindirilmiş, o, izahatında Ruslan Eyvazov tərəfindən ölü toyuqların yandırıldığının şahidi olduğunu bildirsə də, izahatında Ruslan Eyvazovun şikayəti əsasında özünün cərimə olunması səbəbindən Ruslan Eyvazovun da cərimə olunmasını istədiyini bildirərək qərəzli mövqe nümayiş etdirmişdir. Ona görə də məhkəmə Rauf Abbasovun izahatını qərəzli verilmiş izahat kimi qəbul edir. Bundan başqa inzibati orqan tərəfindən sübut kimi təqdim edilmiş iki ədəd fotoşəkildə Ruslan Eyvazovun əlində ağac qırıntıları və yerdə yanıq izlərinin olduğu müşahidə olunsa da, məhkəmə hesab edir ki, bu hal hər hansı məişət tullantılarının toplanılmasının, yandırılmasını və ərazinin və ekologiyanın çirkənməsini sübut edən hal hesab oluna bilməz. Bundan başqa inzibati orqan tərəfindən sübut kimi video-disk təqdim edilmiş və həmin videoda Ruslan Eyvazovun öz təqsirini etiraf etdiyi bildirilsə də, 9 saniyədən ibarət həmin görüntü məhkəmə iclasında dəfələrlə tədqiq edilərək müəyyən olunmuşdur ki, inzibati orqanın nümayəndəsi Elşən Mirzəyevin “zibilləri nə etdin” sualına Ruslan Eyvazov “yığıb maşına aparıb atdım” cavabı verir, daha sonra ağac qırıntıları ifadəsi işlənir və Ruslan Eyvazov “yandırdım” deyir. Göründüyü kimi bu videoda da Ruslan Eyvazov tərəfindən hər hansı bir tullantı yandırması ilə bağlı məlumat öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, araşdırılan hallardan da göründüyü kimi, protokol tərtib etmiş orqan tərəfindən məhz yanan ərazidə təhlükəli tullantıların yandığı və ekologiyanı çirkləndirdiyi faktı üzrə sübutlar təqdim edilməli olduğu halda (məsələn, yanan ocaqdan təhlükəli tullantının bir hissəsinin götürülərək ekspertizaya təqdim edilməsi, havanın çirkənməsi və onun dərəcəsi haqqında hər hansı analiz aparılması və s.) belə bir sübut təqdim edilməmiş, qeyd olunan foto-şəkillərdə və video-diskdə təhlükəli tullantıların yanması müəyyən edilməmişdir. Yuxarıda göstərilən hallardan da müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına kifayət qədər sübutlar əlavə edilməmiş, əksinə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, məhkəməyə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməklərinə dair təqsirliliklərinin sübuta yetirilməməsi ilə bağlı sübutlar təqdim etmişlər. Qeyd olunanları və işin yuxarıda araşdırılan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X12 Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 19 may 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-339/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-339/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver