Məhkəmə qərarları › İş №3(059)-34/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-34/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-34/2021 19.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Şikayətçi: X3 iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovun xx xxxx 2020- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdi: X2 meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisində qanunsuz olaraq 1,02 ha meşə sahəsində 14 baş xırda buynuzlu heyvanları otararaq meşə qanunvericiliyinin tələblərini pozaraq, ətraf mühitə, o cümlədən meşə sahəsinə vurduğu zərərə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovun xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X1 sözügedən qərardan şikayət verərək, bu qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayəti müdafiə edərək izahatında bildirdi ki, X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarov xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə etmişdir. Həmin qərara əsasən onun, Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisində qanunsuz olaraq 1,02 ha meşə sahəsində 14 baş xırda buynuzlu heyvanları otararaq meşə qanunvericiliyinin tələblərini pozaraq, ətraf mühitə, o cümlədən meşə sahəsinə zərər vurması göstərilsə də, o həmin heyvanların ona məxsus olmamasını bildirmişdir. Belə ki, həm hadisə baş verən zaman, həm də hazırda onun şəxsi təsərrüfatında keçi olmamışdır. Əvvəllər təsərrüfatında olmuş 21 baş keçini isə sözügedən akt tərtib olunmazdan öncə, yəni xx xxxxx 2020-ci il tarixdə Niyaməddin Qəniyevə satmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin əməkdaşları rəsmi qaydada araşdırma aparmamaqla onun barəsində inzibati tənbeh tədbiri tətbiq etmişlər. Bu səbəbdən də, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə də həmin protokol əsasında qəbul edilmiş qərar əsassızdır. Odur ki, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərarı qəbul etmiş şəxs, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarova inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərarı tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin meşə mühafizə mühəndisinin xx xxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun və bu mərkəzin direktorunun xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 qanunsuz olaraq Siyəzən meşəbəyliyinin Ərziküşt meşəbəyliyinin 6 saylı dolayının ərazisində 1,02 ha meşə sahəsində 14 baş xırda buynuzlu heyvanları otararaq meşə qanunvericiliyinin tələblərini pozaraq, ətraf mühitə, o cümlədən meşə sahəsinə zərər vurmuş, bu səbəbdən də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, göstərilən məsələnin araşdırılması zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, işin faktiki hallarından və bu işlə birbaşa əlaqəli olan mülki işdə olan mötəbər sübutlardan göründüyü kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzi tərəfindən baş vermiş inzibati xəta hadisəsi barədə düzgün araşdırma aparılmamış və 14 baş xırda buynuzlu heyvanların Vüqar Feyziyevə məxsus olmasını, eləcə də, sonuncuya bağlılığını təsdiq edən hər hansı bir mötəbər sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin İ, İİİ, Vİ və Vİİ bəndlərinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində nəzarət təsərrüfat və başqa fəaliyyətlərin təsiri nəticəsində ətraf mühitin dəyişməsinin müşahidə edilməsi, onun sağlamlaşdırılması və mühafizəsi, təbii resursların bərpası və səmərəli istifadəsi, keyfiyyət normativlərinin və ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində dövlət, müəssisə (istehsalat) və ictimai nəzarət həyata keçirilir. Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqnda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli, 636 saylı qərarına əsasən meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi; köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə qədər zədələnməsi; kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və kolların özbaşına qırılması; yandırılınası və odla ehtiyatsız rəftar edilməsi nəticəsində meşənin, həmçinin tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi; meşənin, həmçinin tək-tək və qrup halında olan ağac və kolların quruyacaq və yaxud xəstələnəcək dərəcəyə qədər axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi; lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi; meşə əkinlərində, meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacarların və tinglərin, həmçinin meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, yaxud zədələnməsi meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması; qadağan edilən,yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən sahələrdə özbaşına qoz, fındıq, şabalıd, yabanı (cır), habelə peyvənd çərdəkli meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü və yığılması; dövlət meşə fondu torpaqlarında məhdudlaşdıran nişanların məhv edilməsi və ya korlanması zamanı meşəqanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar maddi məsuliyyət daşıyırlar. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə-fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, baş vermiş inzibati xəta hadisəsinin natamam araşdırılması, nəticə etibarilə həmin əməlin həqiqətən də, X4 tərəfindən törədilməsində şübhələr yaratmış və bu şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Belə olan halda isə inzibati xəta haqqında qanunvericiliyin tələblərindən irəli gələrək Vüqar Feyziyevin inzibati xəta əməlini törətməkdə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan xəta hadisəsinin məhz X4 tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut da təqdim etməməklə, sonuncunun hazırda həmin heyvanlarla hər hansı bir bağlılığını da, müəyyən etməmişdir. Bu halda özü-özlüyündə törədilməsi istinad edilən inzibati xəta hadisəsinin məhz Vüqar Feyziyev tərəfindən törədilməsini qeyri müəyyən edir. Eyni zamanda, qanunvericilik yuxarıda göstərilənlərlə yanaşı, pozuntunun sübut edilməsi yükünü də məhz inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə qoymuşdur. Göründüyü kimi, inzibati araşdırma aparılarkən formal məlumatlara əsaslanmaqla, Vüqar Feyziyevin barəsində səthi protokol tərtib edilərək qərar qəbul edilmiş və sonuncu düzgün olmayaraq, inzibati hüquqpozmanın subyekti seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən əsaslar X3 əməlində İXM-nin 257-ci maddəsinin xəta tərkibinin olmasını bilavasitə istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.2 və 8.3-cü bəndinlərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi şikayətçinin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovun xx xxxx 2020- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarovun xx xxxx 2020- ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar