Məhkəmə qərarları › İş №3(059)-342/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-342/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-342/2025 29.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, X2 31 oktyabr 2024-cü il tarixli, EQ 24448297 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan və protokoldan verdiyi şikayətə, eləcə də ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2024-cü il tarixli, EQ 24448297 nömrəli elektron qərarının, eləcə də protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2024-cü il tarixli, EQ 24448297 nömrəli elektron qərarının, eləcə də protokolun ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair X2 şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallardan göründüyü kimi, inzibati xətanın törədildiyi yer M-1 65.1 km, Xızı rayonunun Giləzi kəndi ərazisidir və şikayətə, Zaur Məmmədovun yaşayış yeri üzrə məhkəmədə baxılması üçün vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Sözügedən Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsini həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın törədildiyi yer Siyəzən rayonunun inzibati ərazisi olmadığına, habelə şikayətçi inzibati xəta haqqında materiala yaşayış yeri üzrə məhkəmədə baxılmasına dair vəsatət ilə məhkəməyə müraciət etmədiyinə, bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilmiş şikayətə bu məhkəmədə baxılmasına əsaslar yaranmadığına görə X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2024-cü il tarixli, EQ 24448297 nömrəli elektron qərarının, eləcə də protokolunun ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3,129.1.3, və 132.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında 31 oktyabr 2024-cü il tarixli, EQ 24448297 nömrəli elektron qərarının, eləcə də protokolun ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayət iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar