Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-35/2021 10.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 1963-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” ASC-də nasos qurğularının maşinisti vəzifəsində işləyən, Siyəzən rayonu, Qara Siyəzən kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, Nizami küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞnin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükülüdə çəkisi 0,419 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 16:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, Nizami küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən bir ədəd şəffaf sellofan bükülüdə çəkisi 0,419 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü bildirdi. Eyni zamanda, xx xxxxxx 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, aradabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Qara Siyəzən kəndində yerdə diqqətini cəlb edən şəffaf sellofan bükülünü götürmüş, bükülünü açdığında içərisində qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Bundan sonra, həmın bükülünü sonradan istifadə etməsi üçün cibinə qoymuşdur. Elə həmin gün, saat 16:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsində olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirməklə, RPŞ-yə dəvət etmişlər. Orada növbətçi hissədə üzərində şəxsi axtarış keçirləcəyi elan edilmiş, habelə, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğunu, şübhəli şəxs qismində tutulmalı olduğunu, üzərinə axtarış aparılcağı, buna görə CPM-də nəzərdə tutulan hüquqları izah olunmuş, bundan başqa hüquqlarının müdafiəsi üçün müdafiəçi Yəhyə Nəzərov ona təqdim edilmişdir. Bundan sonra, üzərındə hər hansı bır qanunsuz əşya və predmet olduğu halda təqdim edilməsi təklif olunmuş, o, isə əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd şəffaf sellofan bükülüsünü təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də daimi iş yerinə malik olmasının nəzərə alınaraq ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,399 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, qərarın surətindən görünür ki, Şəxs şübhəli kimi xx xxxxxx 2021-ci il tarixdə, saat 16:45-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxx 2021-ci il tarixdə, saat 16:15 radələrində Siyəzən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 7/68 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “Şəxs üzərindən götürülmüş kütlə” yazılar və imzalar olan zərfdə bir ədəd siqaret sellofanında təmiz çəkisi -0,419 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram istifadə olunduqdan sonra marixuanın qalıq çəkisi 0,399 qram təşkil etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs “xxxx” ASC-də nasos qurğularının maşinisti vəzifəsində işləməklə, aylıq 376 manat əmək haqqı alır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, daimi iş yerinin olması, yəni “xxxx” ASC-də nasos qurğularının maşinisti işləməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi və ictimai faydalı əməklə məşğul olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. xx xxxxxx 2021-ci il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,399 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-35/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-35/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver