Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-36/2021 10.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs oğlunun iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Laçın rayonu, Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonu, Beşdam kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 232-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021ci il tarixdə saat 14:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Beşdam kəndinin ərazisində Zərərçəkmiş şəxs oğluna qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, qeyd olunan məqamda həmin ərazidə aralarında yaranmış mübahisə zamanı əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs oğluna məxsus “VAZ 2121” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ön kapot və dam hissəsini zədələməklə, zərərçəkmiş şəxsə 100 manat miqdarında ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(059)-36/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-36/2021 saylı və 3(059)- 37/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-36/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 232-1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Siyəzən rayonu, Beşdam kəndi ərazisində mal-qara saxlamaqla məşğuldur. O, xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində kənd ərazisindəki örüş sahəsində olarkən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “VAZ 2121” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə örüş sahəsinə gəlmiş, burada onun qarşısını kəsmiş və avtomaşından düşərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Bunun nəticəsində onlar arasında örüş sahəsinə görə mübahisə yaransa da, o, əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı bir formada xəsarət yetirməmiş, habelə avtomaşınına ziyan vurmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs təhqiredici ifadələri onu əsəbləşdirdiyindən ola bilər, əlindəki ağac parçasını hərəkət etdirərkən İlyasa hər hansı bir xəsarət yetirmiş olsun, ancaq o, bunu İlyası vurmaq niyyəti ilə etməmişdir. O, sadəcə Zərərçəkmiş şəxs hərəkətlərinə qarşılıq onunla sözlü mübahisə etmişdir. Baş vermiş münaqişə isə təxminən 4-5 dəqiqə davam etmiş, həmçinin həmin vaxt ətrafda heç kim olmamışdır. Bundan əlavə, ibtidai araşdırma zamanı onun adından yazılmış izahat, həqiqətləri əks etdirməməklə, Zərərçəkmiş şəxs təkidi ilə tərtib edilmişdir. Çünki, onun izahatından məlumatı yoxdur və toplanmış material onun savadsızlığından istifadə edilməklə, hazırlanmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, o, Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində mal-qara saxlamaqla məşğuldur. O, xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində evdə olarkən çobanı Səməndər ona zəng edərək Fazilin oğlu İlhamın onu təhqir etdiyini bildirib, ondan örüş sahəsinə gəlməsini xahiş etmişdir. Bundan sonra, o, “VAZ 2121” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Siyəzən rayonu, Beşdam kəndi ərazisindəki örüş sahəsinə getmiş və çobanı Səməndər İlham tərəfindən təhqir edildiyini bildirmişdir. O, avtomaşınına əyləşərək geri qayıtmaq üçün yola düzəlmiş, bu zaman əvvəllər tanıdığı Şəxs avtomaşınının qarşısını kəsmişdir. Bu vaxt o, avtomaşınından düşüb, Şəxs niyə belə hərəkət etdiyini və oğlu İlhamın niyə çobanı Səməndəri təhqir etdiyini maraqlandıqda, Xavər onu nalayiq ifadələrlə təhqir etməyə başlamış və əlindəki ağacla bir dəfə sol qol və bir dəfə isə baş nahiyəsinə zərbələr vurmuşdur. Bundan sonra, o, dərhal avtomaşınına əyləşərək çıxıb getmək istəyərkən Xavər əlindəki ağac parçası ilə avtomaşının qabaq hissəsinə bir dəfə və dam hissəsinə də bir dəfə zərbə endirmişdir. O, uzaqlaşaraq yaşadığı ünvana gəlmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. xx xxxxxx 2021-ci il tarixdə, saat 14:00 radələrində yaranmış mübahisənin səbəbi Şəxs məxsus heyvanların onun örüş sahəsinə girməsi və çobanı Səməndərin nalayiq ifadələrlə təhqir edilməsi olmuşdur. Baş vermiş münaqişə isə təxminən 4-5 dəqiqə davam etmiş, həmçinin həmin vaxt ətrafda heç kim olmamışdır. Eyni zamanda, Şəxs onun avtomobilini ağacla vurması nəticəsində ona 100 manat məbləğində ziyan dəymişdir. Hazırda, o, Şəxs şikayətçidir və sonuncunun barəsində qanuna müvafiq inzibati tədbir görülməsini istəyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Emil Zülfüqarov tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərara, eləcə də HK-1/12 saylı təhqiqat materialına əsasən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXMnin 157-ci və 232-1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Həmçinin, həmin qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, şəxsi münasibətlər zəminində mübahisə və ya dalaşmanın gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif edilir. Məhz bu səbəbdən Şəxs əməli Azərbaycan Respublikasının 221-ci maddəsi ilə yəni, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq kimi qiymətləndirilməməlidir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Beşdam kəndinin ərazisində Zərərçəkmiş şəxs oğluna qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmiş, nəticədə sonuncu dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Qəsdən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx xxxxxx 2021-ci il tarixli, 03 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bilək nahiyəsinin yumşaq toxumalarının səthi əziyi aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə yarana bilər, öz boyu hündürlüyündən yıxılma və öz-özünə yetirilmə zamanı yaranan xəsarətlər üçün xarekterik deyil, yaranma müddəti bir günə qədər olub müayinə olunanın göstərdiyi xx xxxxxx 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Eyni zamanda, xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərarın surətindən görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində Siyəzən rayonu, Beşdam kəndinin ərazisində aralarında yaranmış mübahisə zamanı Şəxs əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs oğluna məxsus “VAZ 2121” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ön kapot və dam hissəsini zədələməklə, zərərçəkmiş şəxsə 100 manat miqdarında ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Xaçmaz RQİ TPŞ tərəfindən verilmiş AD seriyalı, 099603 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də Siyəzən rayonu dövlət notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən Mirzəyev Hakim Məmmədrza oğlu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 7E-84 nömrə ilə qeydə alınmış ƏN-İİİ seriyalı, 356143 saylı etibarnamənin surətindən görünür ki, 1984-cü il buraxılışlı, “VAZ 2121” markalı, ** BK *** dövlət nişanlı avtomobil xx xxxxxx 2024-cü il tarixədək idarə edilməsi məqsədilə X1 tərəfindən Zərərçəkmiş şəxs oğluna etibar edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs oğlu tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Şəxs şikayətçidir və sonuncunu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, onun təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, işdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 14:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, Beşdam kəndinin ərazisində Zərərçəkmiş şəxs oğluna qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, qeyd olunan məqamda həmin ərazidə aralarında yaranmış mübahisə zamanı əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs oğluna aid “VAZ 2121” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşının ön kapot və dam hissəsini zədələməklə, zərərçəkmiş şəxsə 100 manat miqdarında ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qadın olmaqla, kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r aa l dım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Zərərçəkmiş şəxs oğluna, Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-36/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-36/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver