Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-36/2023 02.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri, Nizami küçəsi, ev 17 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 yanvar 2023cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində, tanışı X6 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə, sonuncunun etibarından sui-istifadə edərək, 90 manat pulunu alıb aldatmaqla, talamışdır. Bundan əlavə, o, 28 fevral 2023-cü il tarixdə, saat 23:45 radələrində Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində polisin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, növbətçi hissənin iş rejimini pozaraq, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 02 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən isə 01 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 3(059)-36/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-36/2023 saylı və 3(059)- 37/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-36/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi 02 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, Şəxs Zərərçəkmiş şəxs etibarında sui-istifadə edərək 90 manat məbləğində pulunu Siyəzən rayonu ərazisində mənimsəmişdir. Bununla əlaqədar 01 mart 2023-cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə sonuncu barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələrinə əsasən inzibati protokollar tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 08 yanvar 2023-ü il tarixdə tanışı X6 ilə Şabran rayonundan Siyəzən şəhərinə gəlmiş, şəhərin “Qızılburun” inşaat materialları satılan mağazanın qarşısında sonradan adını bildikləri Zərərçəkmiş şəxs məxsus Qazel markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, özlərini Siyəzən rayon sakini kimi təqdim edib, sürücüyə Xaçmaz rayonundan kafel-metlax almalı olduqlarını, lakin, bunun üçün pullarının kifayət etmədiklərini bildirməklə, sonuncudan geri döndüklərində qaytaracaqları şərti ilə 90 manat məbləğində pul almışlar. Bundan sonra, onlar Xaçmaz rayonuna getmiş, orada o və Seymur çanta götürməli olduqlarını bildirərək, avtomobildən enmişlər, habelə öncədən planlaşdırdıqları kimi qaçıb getmişlər. Daha sonra, həmin 90 manat məbləğində pulun 40 manatını Seymura verməklə, şəxsi tələbatları üçün xəricləmişlər. Bundan başqa, 28 fevral 2023-cü il tarixdə axşam saatlarında Şabran şəhəri ərazisində olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq, barələrində oğurluq hadisəsi ilə əlaqədar şikayət olduğu üçün Siyəzən RPŞ-yə gətirilmişlər. Orada növbətçi hissədə RPŞ-yə hansı səbəbdən gətirilməsini sorğu edərkən, əsəblərini cilovlaya bilməmiş, ünvanlı və ünvansız nalayiq ifadələr işlətsə də, əl-qol hərəkətləri etməmişdir. Hazırda əməlində peşmançılıq hissi keçirməsini nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 08 yanvar 2023-ü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri ərazisində yerləşən “Qızılburun” inşaat materialları satılan mağazanın qarşısında olarkən adını sonradan bildiyi Şəxs ona yaxınlaşmış, özünü Siyəzən rayon sakini kimi təqdim edərək, əvvəl Xaçmaz rayonundan kafel-metlax, sonra isə, “Qızılburun” inşaat materialları satılan mağazandan kərpic almalı olduqlarını bildirmiş, onları Qazel markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə aparmasını istəmiş, habelə 60 manat zəhmət haqqı müqabilində razılaşmışlar. Bundan sonra, adını sonradan bildiyi X6 da avtomobilə əyləşmiş, habelə hələ Siyəzən rayon ərazisində olduqları vaxt, Ramiz kafel-metlax almaq üçün pullarının kifayət etmədiyini bildirərək, döndüklərində qaytaracaqları şərti ilə ondan pul istəmiş, o da, kommunal borclarını ödəmək üçün üzərində olan 93 manat məbləğdə puldan 90 manatını ona vermişdir. Xaçmaz rayonunda inşaat materialları satılan mağazanın qarşısında olduqları vaxt çanta götürmək adı ilə Seymur avtomobildən enmiş, bir qədər sonra isə Ramiz Xaçmaz şəhərinin mərkəzində kiminləsə görüşməli olduğunu bildirərək, onu mərkəzə aparmasını istəmişdir. Həmin vaxt, hava soyuq olduğu üçün Ramizin taksi avtomobili ilə getməsini rəva bilməmiş, onu şəhərin mərkəzinə aparmış, mərkəzdə avtomobilini parkinq etmək istəyərkən, sonuncu avtomobildən enərək, qaçmışdır. Bundan sonra, Siyəzən rayonuna qayıtmış, müəyyən vaxt səhhətində problem olduğu üçün şikayət edə bilməsə də, 01 mart 2023-cü il tarixdə RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 izahatında göstərdi ki, Siyəzən rayon ərazisində baş vermiş oğurluq hadisəsində Şəxs şübhəli olması barədə əməliyyat məlumatına əsasən Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili X5 ilə birlikdə 28 fevral 2023-cü il tarixdə Şabran şəhərinə getmişlər, orada saat təxminən 23:45 radələrində Ramiz tərəflərindən saxlanılaraq, RPŞyə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Ramiz ona şər-böhtan atıldığını bildirərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, onların ünvanına nalayiq ifadələr işlətməklə, şöbənin iş rejimi pozsa da, inventara zərər vurmamış, tərəflərindən nizamintizama dəvət edildikdən sonra, sakitləşmişdir. İş üzrə 01 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs X2 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən həmin inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərdən və izahatlardan görünür ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində, tanışı X6 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə, sonuncunun etibarından sui-istifadə edərək, 90 manat pulunu alıb aldatmaqla, talamışdır. İşdə olan 01 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda qərardan, Zərərçəkmiş şəxs 02 mart 2023-cü il tarixli ərizəsindən, eləcə də, işin faktiki hallarından görünür ki, sonuncu Şəxs ilə barışmamış, həmçinin talanmış 90 manat pul ona qaytarılmadığına görə Şəxs şikayətçidir. Bundan əlavə, işdə olan digər sənədlərdən görünür ki, Şəxs 28 fevral 2023-cü il tarixdə, saat 23:45 radələrində Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində polisin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, növbətçi hissənin iş rejimini pozaraq, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 11 may 2005-ci təvəllüdlü Nərmin, 30 aprel 2007-ci il təvəllüdlü Ayan adında və 12 may 2008-ci il təvəllüdlü İlkin adında üç yetkinlik yaşına çatmayan uşağı vardır. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1137/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 28 gün müddətində inzibati həbs olunmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında Xaçmaz Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1137/2022 saylı qərarı qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi isə sözügedən məcəllənin 33.1.5-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər, eləcə də son bir il ərzində mülkiyyət əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbehlər edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, bununla da tərbiyələnmək niyyətinin olmamasını, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, dəymiş zərərin ödənilməməsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 28 fevral 2023-cü il tarixdən saat 23.45 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 35 (otuz beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 28 fevral 2023-cü il tarixdən saat 23.45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-36/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-36/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver