Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-362/2025 23.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Babayev X3 Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(059)-752/2024 saylı icra sənədində qeyd olunan tələbi yerinə yetirməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 23 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən icra sənədi cari ilin yanvar ayında şöbənin icraatına daxil olmuş, habelə icra sənədinə əsasən borclu Şəxs tələbkara məxsus torpaq sahəsindən çıxarılmalı, sonuncu tərəfindən tələbkarın sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə ki, dörd dəfə təşkil edilmiş icra tədbirinin keçilməsi ilə bağlı tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu bir dəfə arvadının xəstə olması səbəbindən, digər vaxtlarda isə naməlum səbəblərdən tədbirlərdə iştirak etməmişdir. Eyni zamanda, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş quş sexi borclu tərəfindən istifadə edilməklə yanaşı, həmin ərazi sonuncu tərəfindən açarla bağlandığından əraziyə daxil olmaq mümkün olmamışdır. Bundan başqa, borclu ilə tələbkar arasında baş tutmuş alqı-satqıya əsasən sonuncu borcludan əvəzli şəkildə torpaq sahəsi almış, habelə birincinin işlətdiyi quş sexinin müəyyən hissəsi tələbkara məxsus torpaq sahəsi üzərində yerləşir. Qeyd olunanların nəzərə alınması və Şəxs barəsində qanunauyğun qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında göstərdi ki, o, 15 ilə yaxın müddətdir ona, qardaşına və bacısına məxsus torpaq sahələri üzərində inşa edilmiş, qeyri-qanuni tikilidə quş əti istehsalı ilə məşğul olur. Eyni zamanda, təxminən 2-3 il öncə ona və qardaşına məxsus hər biri 0,08 ha torpaq sahələrini 10000 manat beh pulu müqabilində tələbkara satmış, həmçinin arlarında olan şifahi razılaşmaya əsasən, tələbkar, onun bacısına məxsus olmaqla, 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş quş sexini ******* manat müqabilində almalı olsa da, sonradan aralarında olan bu şifahi razılaşma pozulmuşdur. Bununla belə, sonradan tələbkarla birgə quş ətinin satışı ilə məşğul olsalar da, sonuncu ilə aralarında bu razılaşma da pozulmuşdur. Bununla yanaşı, hazırda quş ətinin istehsalı ilə məşğul olduğu sex bacısına məxsus torpaq sahəsi üzərində yerləşsə də, sexin bir hissəsi tələbkara məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Həmçinin, tələbkara məxsus torpaq sahəsi üzərində inşa edilmiş sexin sökülməsi mümkün deyildir. Belə ki, sexdə 20 yaxın işçisi işləməklə bərabər, sexdə quraşdırılmış elektrik naqilləri sexin məhz tələbkara məxsus torpaq sahəsində inşa edilmiş hissəsinə düşür. Belə olan təqdirdə isə, naqillərdə baş vermiş hər-hansı hadisə nəticəsində içəriyə girmək mümkün olmayacaqdır. Bundan başqa, icra tədbirlərinin keçirilməsinə heç bir halda maneçilik törətməməklə yanaşı, tələbkara sexin inşa edilmədiyi əlavə torpaq sahələri verə bilər və ya yaxud sonuncudan aldığı pulu geri qaytarmaqla, alqı-satqı müqaviləsinin pozulmasına razıdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, e-2(059)-752/2024 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 28 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 11 fevral 2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2025-ci il tarixli, 301/25 saylı, 07 aprel 2025ci il tarixli, 402/25 saylı, 29 may 2025-ci il tarixli, 649/25 saylı və 05 iyun 2025-ci il tarixli, 674/25 saylı məktubların surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(059)-752/2024 saylı icra sənədinin icra ilə əlaqədar icra tədbirləri 02 aprel 2025-ci il tarixə, saat 12:00-a, 18 aprel 2025-ci il tarixə, saat 12:00-a, 05 iyun 2025-ci il tarixə, saat 11:00-a və 11 iyun 2025-ci il tarixə, saat 11:00-a təyin edilməsi ilə bağlı tərəflərə məktublar göndərilmiş, lakin borclu Şəxs tədbirlərdə iştirak etməməsi səbəbindən icra tədbirinin keçirilməsi təxirə salınmış, habelə bu barədə 02 aprel 2025-ci il, 18 aprel 2025-ci il, 05 iyun 2025-ci il və 11 iyun 2025-ci il tarixli aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən icra sənədinin üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXMnin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 manat inzibati cərimə təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-362/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-362/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver