Məhkəmə qərarları › İş №3(059)-38/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-38/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-38/2023 02.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə keçmiş Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 yanvar 2023cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində, tanışı X6 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə, sonuncunun etibarından sui-istifadə edərək, 90 manat pulunu alıb aldatmaqla, talamışdır. Bundan əlavə, o, 01 mart 2023-cü il tarixdə, saat 00:20 radələrində Siyəzən Rayon Polis Şöbəsinin növbətçi hissəsində nalayiq ifadələr işlətməklə, növbətçi hissənin iş rejimini pozaraq, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 02 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı və 01 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 3(059)-38/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-38/2023 saylı və 3(059)- 39/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-38/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 01 mart 2023-cü il tarixdə Şəxs Siyəzən rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPŞ-nin növbətçi hissəsinə gətirilmiş, orada əsəblərini civloya bilmədiyindən Şəxs polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs Zərərçəkmiş şəxs pulunu mənimsəmiş, 01 mart 2023-cü il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, habelə sonuncu barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələrinə əsasən inzibati protokollar tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 227-ci və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, 08 yanvar 2023-cü il tarixdə gündüz vaxtı qonşusu X6 ilə birlikdə Şabran rayonundan Siyəzən şəhərinə gəlmiş, o, şəhərin “Qızılburun” inşaat materialları satılan mağazasının qarşısında, yolun kənarında gözləyərkən, Ramiz adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncuya əvvəldən planlaşdırdıqları kimi özünü Siyəzən rayon sakini kimi təqdim edən Ramiz hələ Siyəzən rayon ərazisində olarkən Azaddan 90 manat pul almış, sonra onlar Xaçmaz rayonuna getmişlər. Eyni zamanda, Xaçmaz rayonunda olarkən planlaşdırdıqları kimi Zərərçəkmiş şəxs idarə etdiyi “Qazel” markalı avtomobilindən birinci o enmiş, həmçinin Ramiz həmin 90 manat məbləğində puldan 40 manatını marketdə onun üçün xərcləmişdir. Bundan başqa, 28 fevral 2023-cü il tarixindən 01 mart 2023-cü il tarixdə keçən gecə polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə gətirilmiş, orada polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə Siyəzən şəhər ərazisində “Qızılburun” inşaat materialları satılan mağazanın qarşısında olduğu vaxt adını sonradan bildiyi X6 ona yaxınlaşmış, onları kafel-metlax almaq üçün Xaçmaz rayonuna aparmasını istəmiş, bu zaman adını sonradan bildiyi Şəxs isə kənarda dayanmışdır. Bundan başqa, Ramiz Sabirova 90 manat pulu Şəxs yanında vermişdir. Bundan əlavə, Xaçmaz rayonunda olduqları vaxt Seymur çanta götürmək üçün avtomobildən enib getmiş, Ramiz isə onu Xaçmaz şəhərinin mərkəzində avtomobildən enib, qaçmışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X4 izahatında göstərdi ki, Şəxs oğurluq hadisəsində şübhəli olduğu üçün onu, 01 mart 2023-cü il tarixdə, saat təxminən 00:00-30-da Şabran şəhərində, yaşadığı evin qarşısında saxlayaraq, Siyəzən RPŞ-yə gətirmişdir. RPŞ-də olarkən Şəxs Ramiz Sabirovun ünvanına nalayiq ifadələr işlədərək, onu satdığını bildirmiş, şöbənin iş fəaliyyətini pozaraq, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan sənədlərdən və izahatdan görünür ki, Şəxs 08 yanvar 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində, tanışı X6 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə, sonuncunun etibarından sui-istifadə edərək, 90 manat pulunu alıb aldatmaqla, talamışdır. İşdə olan 01 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Eyni zamanda qərardan, Zərərçəkmiş şəxs 02 mart 2023-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizədən, eləcə də, işin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmamış, həmçinin talanmış 90 manat pul ona qaytarılmadığına görə sonuncudan şikayətçidir. İşdə olan sənədlərdən görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə, saat 00:20 radələrində Siyəzən Rayon Polis Şöbəsinin növbətçi hissəsində nalayiq ifadələr işlətməklə, növbətçi hissənin iş rejimini pozaraq, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs İXM-nin 227-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda iki inzibati xəta törətməsini və bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 01 mart 2023-cü il tarixdən saat 00.24 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 01 mart 2023-cü il tarixdən saat 00.24-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Zərərçəkmiş şəxs Şəxs inzibati xətanı törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar