Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-39/2024 14.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə 05 avqust 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, X20 küçəsi, ev 62 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərinin X20 küçəsində rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, maneə yaratmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X9 tərəfindən 13 fevral 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 3(059)-39/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-39/2023 saylı və 3(059)- 40/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-39/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X9 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, o, 13 fevral 2024-cü il tarixdə Siyəzən RPŞ-yə daxil olmuş, Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin məktubu və Siyəzən RPŞ-nin PPXB-nün polis nəfəri-sürücüsü X7 raportu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokolları tərtib etmişdir. Bundan əlavə, Şəxs izahatında ictimai qaydanı pozduğunu, eləcə də vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq müdaxilələr etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, 13 fevral 2024-cü il tarixdə, saat 15:00 radələrində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsi ilə çörək almaq üçün mağazaya getdiyində, tanışı X2 yerdə uzandığını, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xidməti avtomobilə əyləşmədiyini, sonuncular ilə çəkişməsini görüb, mülki geyimli Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədova yaxınlaşaraq Nahid Muradovun qolundan tutmamalarını, sonuncunun qolunun çıxacağını bildirmiş, habelə, vəzifələrini icra edən polis əməkdaşlarına müdaxilələr etmiş, sonuncular da ona RPŞ-nin əməkdaşları olduqlarını kənara çəkilib dayanmasını qeyd etmişlər. Daha sonra, polis əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə aparılmış, habelə 13 fevral 2024-cü il tarixdən, saat 17:30-dan RPŞ-də saxlanılmışdır. Bundan başqa, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin İTB-nin rəisi X5 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamaqla, sonuncuya qarşı ədavət və düşmənçiliyi olmamışdır. 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərinin Xətai küçəsində ictimai qaydanı pozaraq səs-küy salan X4 nizam-intizama dəvət etdikdə, kənardan Şəxs ona yaxınlaşaraq qolundan tutub dartmış, habelə Nahid Muradovun qolunu buraxmasını istəmişdir. Bundan sonra, o, Şəxs Nahid Muradovun ictimai qaydanı pozduğunu, polisin qanuni tələblərinə qəsdən tabe olmadığını bildirərək, sonuncunu RPŞyə aparacaqlarını, həmçinin onun müdaxilə etməməsini, çəkilib kənarda dayanmasını tələb etmişdir. Dəfələrlə Şəxs ictimai qaydanı pozmaması barədə xəbərdarlıq etsə də, sonuncu buna məhəl qoymamış, habelə qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, Şəxs məqsədli şəkildə, qəsdən orada ictimai qaydanı pozmuş və insanlar arasında təşviş yaratmışdır. Bundan başqa, həmin vaxt X6 da, orada olmuş və hadisəni müşahidə etmişdir. Daha sonra, Şəxs və Nahid Muradov RPŞ-yə aparılmışdır. Məhkəmə iclasında şahid, Siyəzən Bələdiyyəsinin mühəndisi X6 izahatında göstərdi ki, o, Şəxs əvvəllər tanımamaqla, sonuncuya qarşı ədavət və düşmənçiliyi olmamışdır. 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərində yerləşən X20 küçəsinin 55-56 saylı ünvanların sakinləri X11 ilə X10 arasında olan mübahisəyə görə əraziyə baxış keçirilmiş, habelə həmin vaxt X8 ora yaxınlaşaraq, səs-küy salıb ictimai qaydanı pozmuş, iş fəaliyyətlərinə mane olmuşdur. Bundan sonra, orada olan polis əməkdaşları sözügedən əraziyə Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşlarını dəvət etmiş, habelə Nahid Muradovu xidməti avtomobilə əyləşdirmək istədikdə, sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq yayınmaq istəmiş, həmçinin Şəxs da həmin vaxt polis əməkdaşlarına yaxınlaşaraq, sonunculara müdaxilələr etmişdir. Bu zaman, polis əməkdaşları Şəxs müdaxilə etməməsini, çəkilib kənarda dayanmasını bildirsələr də, sonuncu 5-6 metr uzaqlaşdıqdan sonra yenidən geri qayıdıb, Nahid Muradovu avtomobilə əyləşdirməmələrini tələb etmişdir. Bundan sonra, Nahid Muradov ilə birlikdə Şəxs xidməti avtomobilə əyləşərək RPŞ-yə aparılmışlar. Bundan başqa, Şəxs ictimai qaydanı pozmuş, habelə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq sonuncular ilə dartışmışdır. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXB-nün polis nəfərisürücüsü X12 izahatında göstərdi ki, o, Şəxs Siyəzən rayon sakini kimi tanımaqla, sonuncuya qarşı ədavət və düşmənçiliyi olmamışdır. 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində xidmətdə olarkən RPŞ-nin NH-dən Siyəzən şəhərinin Xətai küçəsinə yaxınlaşması barədə məlumat daxil olmuş, habelə həmin əraziyə yaxınlaşdıqda Nahid Muradovun və Şəxs ictimai qaydanı pozaraq səs-küy saldıqlarını, nalayiq ifadələr işlətdiklərini, sonuncunun RPŞ-nin İTB-nin rəisi Səbuhi Zeynalov ilə çəkişdiyini, habelə Səbuhi Zeynalovun onları nizam-intizama dəvət etdiyini görmüşdür. Həmin vaxt Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov və 50 nəfərdən çox insan orada olmuşdur. Daha sonra, Nahid Muradov və Şəxs RPŞ-yə aparılmaları üçün idarə etdiyi xidməti avtomobilə əyləşdirilmiş, avtomobildə olarkən sonuncu onu tanıdığından sakit olsa da, Nahid Muradov nalayiq ifadələr işlətməyə davam etmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərinin X20 küçəsində rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, maneə yaratmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşirən və ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, hüquq pozuntusuna meylli olmaqla, cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, onlara maneə yaratmaqla, ictimaiyyətin diqqətini özünə və baş verənlərə cəlb edib, cəmiyyət daxilində çaşqınlıq yaradaraq, itaətsizliyə sövq etməyə çalışmasını, nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 13 fevral 2024-cü il tarixdən saat 17:30-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 13 fevral 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-39/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-39/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver