Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-391/2025 08.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Xaçmaz rayonu, Qalağan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Hafizov X2 rayon dövlət notariat ofisinin 20 noyabr 2024-cü il tarixli, 8İ-2244 nömrəli icra qeydinə əsasən 10325 manat məbləğində borcu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 08 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolu müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Siyəzən rayon dövlət notariat ofisinin 20 noyabr 2024-cü il tarixli, 8İ-2244 nömrəli icra sənədi ötən ilin sentyabr ayında icraatına daxil olmuşdur. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borcundan qısa müddət ərzində ödənişlər edəcəyinə dair vədlər verməsinə baxmayaraq, bu vədlərinə əməl etməmiş, habelə icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırki vaxta kimi 10 aya yaxın müddət keçməsinə baxmayaraq birinci tərəfindən heç bir ödəniş olmamışdır. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin rəsmi gəliri olmamaqla yanaşı, adına heç bir əmlakı yoxdur. Bununla belə, tələbkar borcun ödənilməsini tələb edir. Odur ki, barəsində qanunauyğun qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, o, tələbkardan qeyd olunan məbləğdə borc almamış, habelə aldığı məbləğlər faizi ilə birlikdə hesablanaraq çoxalmışdır. Belə ki, tələbkardan 1600 manat məbləğində pulu avtomobilinin təmiri ilə bağlı, 1800 manat məbləğində pulu isə digər məqsədlə alsa da, notariat ofisində bu məbləğ 10600 manat kimi qeyd edilmişdir. Bundan başqa, tələbkara olan borcundan hər ay 150 manat məbləğində ödəniş edəcəyinə dair vəd versə də, mütəmadi olaraq gəliri olmadığı üçün vədinə əməl edə bilməmişdir. Belə ki, günəmuzd işlərdə işləyərək gündəlik 18 manat gəlir əldə etsə də, bu işlər daimi olmadığı üçün və həmçinin ailəsinin də maddi xərclərini qarşıladığı üçün tələbkara olan borcundan ödəniş edə bilməmişdir. Bununla belə, ona vaxt veriləcəyi təqdirdə tələbkara olan borcundan ödənişlər edəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun bibisi oğludur. Eyni zamanda, bibisi oğlu ondan hər ay 300 manat ödəmək şərti ilə 10600 manat məbləğində pul almış, habelə avtomobil almaq üçün qeyd olunan məbləğdə pulun ona lazım olduğunu bildirmişdir. Həmçinin, o, bibisi oğluna pulu sələmə (faizə) verməmiş, habelə bununla bağlı sonuncuya məxsus səs yazıları vardır. Bundan başqa, bibisi oğlu əvvəl borcunu hər ay 300 manat, sonra isə 150 manat olmaqla, hissə-hissə ödəyəcəyinə dair vəd vermiş, habelə o da, öz növbəsinə bununla razılaşsa da, birinci razılaşmaya əməl etməyərək, borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən rayon dövlət notariat ofisinin 20 noyabr 2024-cü il tarixli, 8İ-2244 nömrəli icra qeydi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 13 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, habelə sonuncu 06 mart 2025-ci il tarixdə bildiriş imzalamaqla qəbul etmişdir. Bununla yanaşı, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 25 fevral 2025-ci il tarixli qərarı ilə xx xxxxxx 1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatları ilə yanaşı işin digər materialları ilə tam şəkildə təsdiqini tapmış, məhkəmə iclasında onun tərəfindən borcunun üzrlü səbəbdən icra olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 18 iyun 2016-cı il təvəllüdlü Nihad və 31 oktyabr 2018-ci il təvəllüdlü Amin adında iki azyaşlı uşağı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, yuxarıda sadalanan yüngülləşdirici halın mövcudluğunu, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin 10325 manat borcunun olduğunu nəzərə alaraq ona İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiqinin onun maddi məsuliyyətini daha da artıracağını nəzərə alaraq, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 08 iyul 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-391/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-391/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver