Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-393/2025 23.07.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X10 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 rəisi X8 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs X18 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş materiala baxaraq məhkəmə, müəyyənetdi: X18 şikayət ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X11 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özünə məxsus xırda və iri heyvanlardan ibarət təsərrüfatı var, habelə 10 iyun 2024-cü il tarixdən həmin təsərrüfatda olan heyvanların otlaq sahəsinə aparılıb-gətirilməsində həmkəndlisi Hafiz Fərzəliyev məşğul olmuş, habelə bunun qarşılığında sonuncuya ara-sıra vəsait verməklə yanaşı, Hahiz Fərzəliyev ona məxsus mağazadan pulsuz ərzaq məhsulları almış, həmçinin aralarında münasibət bu şəkildə qurulmaqla, davam etmişdir. Lakin, bir müddət sonra heyvanların sayının düzgün gəlmədiyini, həmçinin daha sonra onların sayında yenə azalma baş verdiyini müəyyən etdiyi üçün bununla bağlı DİN-nin 102 xidmətinə və Siyəzən rayon PŞ-nə müraciət etmişdir. İlkin olaraq Siyəzən rayon Polis Şöbəsinin təhqiqatçısı Mətləb Qarayev tərəfindən 08 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilməklə, həmin qərar X2 barəsində İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi Siyəzən RPŞ-nin İTB-nə göndərilmiş, lakin Siyəzən rayon prokuroru Ramil Əliyev tərəfindən qəbul edilmiş “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərarla material Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupuna qaytarılmışdır. Siyəzən Rayon Məhkəməsinin 30 mart 2025-ci il tarixli, 3(059)-246/2025 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmiş, həmçinin Hafis Fərzəliyevin əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğuna görə məhkəmədə baxılan inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. 10 may 2025-ci il tarixli cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə qərarda, toplanmış 46c-25 nömrəli material üzrə mənimsənilmə faktı sübuta yetirilmədiyindən həmin epizod üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə material bir baş xırdabuynuzlu heyvanın oğurlanması xüsusatına qiymət verilməsi üçün Siyəzən RPŞ-nə göndərilməsi qeyd edilmişdir. 20 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda isə, X4 əməlində cinayət tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması yenidən rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin İTB- yə göndərilməsi qeyd edilmişdir. Siyəzən Rayon məhkəməsinin 27 may 2025-ci il tarixli, 3(059)-332/2025 nömrəli qərarı ilə X4 əməlində Azərbaycan Respublikası CM-nin 23-cü fəslində nəzərdə tutulmuş mülkiyyət əleyhinə olan cinayətlərin əlamətləri olduğuna görə məhkəmədə baxılan inzibati xəta haqqında iş üzrə material baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Bütün bu proseslər baş baş verdiyi şəraitdə Siyəzən rayon X26 müfəttişliyinə xəbər vermiş və X19 Xidmətinin X11 tərəfindən barəsində 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, habelə həmin protokol əsasında X19 Xidmətinin X6 rəisi X16 tərəfindən 30 iyun 2025-cü il tarixli, MN nömrəli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin həmin qərara əsasən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur və ləğv edilməlidir. Belə ki, onunla Hafiz Fərzəliyev arasında heç bir əmək münasibətləri mövcud olmamış, habelə sonuncu bunu vermiş olduğu izahatlar ilə təsdiq edir. Həmçinin, Hafiz Fərzəliyev vermiş olduğu izahatlarında ona mənə məxsus olan heyvanları özünə məxsus heyvanlara qataraq otardığını bildirmişdir. Əmək Məcəlləsinin 4-1-ci maddəsində əmək münasibətlərinə verilən anlayışa görə, Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Eyni zamanda, kənd yerində bir qisim insanlar olur ki, onlar öz heyvanları da daxil olmaqla hər kəsin sürüsünü otlaq ərazisinə aparıb-gətirməklə müəyyən miqdarda pul əldə edirlər. Hətta, bəzi yerlərdə sıra ilə hər kəs bölüşdürülmüş günlərdə sürünü meşəyə aparıb-gətirir. Bu tərəflər arasında hər hansı əmək münasibətlərinin olması anlamına gəlməməkdədir. Belə olsa hamı bir-birinin həm işçisi, həm işəgötürəni hesab olunmalıdır. Bu zaman tərəflər arasında şifahi tapşırıq müqaviləsi, yəni mülki münasibətlər yaranır. Bu münasibətlər özlüyündə əmək münasibətləri anlayışına uyğun gəlmir. Hazırki işdə də, onunla Hafiz Fərzəliyev arasında heç bir əmək münasibətləri mövcud olmamışdır. Aralarındakı münasibətlər yalnız şifahi tapşırıq müqaviləsinə əsaslanan mülki münasibətlərdir. Təsadüfi deyil ki, Hafiz Fərzəliyev barəsində aparılan araşdırmalar nəticəsində sonuncu barəsində CM-nin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd olunaraq, əməlində bu maddənin tərkibi olmadığı qeyd edilməkdədir. Bu araşdırmalardan da görünür ki, Hafiz Fərzəliyevin mənimsəmə cinayəti törətməsi istisna edilirsə, bu, sonuncu ilə onun arasında əmək münasibətlərinin mövcud olmadığını birbaşa hüquq-mühafizə orqanlarının təsdiq etməsi anlamına gəlməkdədir. Bundan başqa, hazırki inzibati xəta haqqında qərar qəbul edilərkən müddətin keçməsi məsələsidir. Belə ki, ilkin olaraq Siyəzən rayon Polis Şöbəsinin təhqiqatçısı Mətləb Qarayev tərəfindən 08 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Belə ki, cinayət işinin başlanması rədd edildikdə inzibati tənbeh ən geci 3 ay keçənədək verilə bilər. Hazırki işdə isə 08 dekbar 2024-cü il tarixdən başlayaraq hadisə bəllidir, lakin ləğv olunan qərarların ardı-arası kəsilməməkdədir. İlkin olaraq qəbul edilmiş rədd qərarından 3 aydan çox müddət keçdiyinə görə barəsində tətbiq olunmuş inzibati məsuliyyətə cəlb edilmə haqqında qərar qanunsuz olmuşdur. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X11 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXMnin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X18 şikayət ərizəsini müdafiə edərək, eyni məzmunlu izahat verməklə, əlavə olaraq izahatında göstərdi ki, onun Nurlan Cəbrayılov, Valeh Əliyev və Cəmil Məmmədov adlı şəxslər ilə birlikdə iri və xırda buynuzlu heyvanlardan ibarət təsərrüfatı vardır. Həmçinin, X20 Məşğulluq Agentliyi tərəfindən ona verilmiş heyvanları da onların təsərüffatında olan heyvanlara qatmış, habelə bu heyvanların otlaq sahələrinə aparılıb-gətirilməsi təsərüfat sahibləri tərəfindən razılaşdırılmaqla, müvafiq günlər üzrə bölünmüşdür. Qeyd edir ki, onun təsərüfatında olan heyvanlar çox olduğu üçün heyvanların otlaq sahələrinə aparılıb-gətirilmək öhdəliyi də çox olmuşdur. Habelə, müəyyən zaman səhhətində problem yarandığı üçün bu öhdəliyi onun əvəzində Hafiz Fərzəliyev icra etmiş, ona görə də, sonuncuya bunun müqabilində müəyyən vəsaitlər vermişdir. Bundan başqa, Hafiz Fərzəliyev barəsində etdiyi şikayət əsasında tərtib edilmiş inzibati xəta haqqında protokola Siyəzən Rayon Məhkəməsində baxılaraq, inzibati xəta haqqında materiala baxılması üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsa da, habelə bundan sonra, bir çox orqanlara şikayət etsə də, daha sonra ibtidai araşdırılma aparılmamışdır. Hətta, Siyəzən rayon Polis Şöbəsinə verdiyi birinci izahatı əsas gətirilərək, bu izahatı barəsində inzibati icraat başlanması üçün X19 Xidmətinin X11nə göndərilmiş, lakin Hafiz Fərzəliyev şöbəyə verdiyi izahatında 12 baş xırdabuynuzlu heyvanını satdığını etiraf etsə də, sonuncunun sözügedən izahatı araşdırmamışdır. Bununla da, Siyəzən rayon X22 Zeynalov adlı əməkdaşının ona qarşı qərəzli mövqedə olduğu qənaətinə gəlmişdir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyi vaxtdan 3 aydan artıq müddət keçməmiş barəsində inzibati araşdırma aparılmalı olsa da, bu araşdırma, habelə tərtib edilmiş inzibati xəta haqqında protokol sözügedən qərar qəbul ediləndən 3 aydan artıq müddət keçdikdən tərtib edilmişdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş edir. Ötən məhkəmə baxış iclasında iştirak etmiş qərarından şikayət verilən orqanın, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 nümayəndəsi, baş məsləhətçi- baş əmək müfəttişi Nümayəndə izahatında bildirmişdir ki, Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş məktuba əsasən tərəflərindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin, məktuba əlavə edilmiş izahatda X18 təsərüfatında Fafiz Fərzəliyevin xx.xx.2024-cü il tarixdən heyvanlara nəzarət edən şəxs kimi işlədiyi etiraf etmişdir. Eyni zamanda tərəflərindən elektron informasiya sistemi yoxlanılmış, işçini əmək müqaviləsi bağlamdan işə cəlb edilməsi faktı öz təsdiqini tapmışdır. Bundan başqa, şəxs vergi ödəyicisi kimi qeydiyyatda düşürsə, fəaliyyət növündən asılı olmayaraq vəzifəli şəxs hesab edilir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin hazırki və ötən məhkəmə iclaslarında verdikləri izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan X10 Siyəzən rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, sonuncu Siyəzən rayonunun Zarat kəndində yerləşən fermada X2 10 iyun 2024-cü il tarixdən heyvanlara nəzarət edən şəxs kimi işlədiyini etiraf etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 rəisi X8 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 Əliağa Əlican oğlu tərəfindən 10 iyun 2024-cü il tarixdən 04 sentyabr 2024cü il tarixədək hər-hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan 08 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X10 müraciəti əsasında toplanmış materialda X2 və X7 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, habelə Hafiz Fərzəliyev barəsində Azərbaycan Respublikası İXM-nin 227-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi və vergi məlumatlarından görünür ki, X18 “yeyinti yağının və piylərinin pərakəndə satışı” istiqaməti üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmış, fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X18 təsərüfatında olan heyvanların oğurlanması ilə bağlı şikayəti üzrə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Aparılmış yoxlama zamanı X18 tərəfindən X2 əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Faktla əlaqədar Əliağa Əmirovun izahatı alınmış, sonuncu izahatında qeyd olunan faktı təsdiq etmişdir. Faktla əlaqədar toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X11nə göndərilmiş, habelə şöbəsinin rəisi X8 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarın surəti poçt vasitəsilə X15 göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, hazırki inzibati tənbeh əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı olmaqla inzibati xətanın törədildiyi xx.xx.2024-cü il tarixdən 01 il müddət keçmədən 30 iyun 2025-cü il tarixdə vəzifəli şəxs inzibati tənbeh edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar isə hazırki mübahisə ilə bağlı deyil qoyun oğurluğu faktı ilə bağlı olmuş və həmin qərarda Əliağa Əmirov barəsində İXM-nin 192.1-ci maddəsi ilə araşdırma aparılması ilə bağlı hər hansı qeyd olmamışdır. Bundan başqa məhkəmə iclasında Əliağa Əmirovun sahibkarlıq fəaliyyətini nə vaxt dayandırdığı ilə bağlı onun özü ilə dəqiqləşdirmə aparılmış və müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi törədilən xx.xx.2024-cü ildən sonra xx.xx.2025-ci il tarixdə dayandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 rəisi X8 30 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-393/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-393/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver