Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-40/2021 16.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Siyəzən rayon Təhsil Şöbəsində idman üzrə məşqçi-müəllim vəzifəsində işləyən, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,045 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd kağız bükülüdə psixotrop maddə metafetaminin aşkar edilərək götürüldüyünü bildirdi. Eyni zamanda, xx xxxxxx 2020-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, xeyli müddət olar psixotrop maddə metafetamin qəbul etməyə başlamış, psixotrop maddə metafetamini çəkmək yolu ilə qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 00-01:00 radələrində məhəlləyə zibil atmağa çıxmış, bu zaman məhəllədə yerdə diqqətini cəlb etməklə, götürüb baxdığı kağız bükülüsünün içərisində psixotrop maddə metafetamin olduğunu görmüşdür. Bundan sonra, o, həmin bükülünü cibinə qoymuş, zibil atıb qayıdarkən məhəllədə qonşusu Kənanı görmüş, sonuncu ilə söhbətləşən zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt Kənan əlini cibinə atmış, oradan nəsə götürüb udmuşdur. Daha sonra, polis əməkdaşları onları Siyəzən RPŞ-yə dəvət etmişlər. Kənanın nəyi udmasını bilməmiş, RPŞ-yə gətirilən zaman tapdığı psixotrop maddə metafetamin üzərində olmuşdur. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bundan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, ona fərdi fəaliyyət göstərən vəkil X3 təqdim edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, isə üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra, üzərinə keçirilən şəxs axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüş, habelə bu maddə 1 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri möhürləndikdən sonra, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılmış, ucadan oxunmuş, şəxsi axtarış zamanı ərizə, şikayət, təklif daxil olmamışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı həyəcanlı olduğundan ona verilə sualı başa düşməmiş, ona görə də üzərində heç nə olmadığını bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, daimi iş yerinə malik olmasının, eləcə də himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,025 qram təşkil edən psixotrop maddə metafetamin maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, qərarın surətindən görünür ki, Şəxs şübhəli kimi xx xxxxxx 2020-ci il tarixdə, saat 01:47-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə həmin gün, saat 18:00 radələrində tutulmadan azad edilərək onun şübhəli şəxs kimi statusuna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2567 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “Şəxs üzərindən aşkar olunmuş...” sözlər və imzalar olan zərfdə bir ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,045 qram ağ rəngli maddə metafetamindir. Metafetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Tədqiqata 0,02 qram istifadə olunduqdan sonra metafetaminin qalıq çəkisi 0,025 qram təşkil etmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Siyəzən rayon Təhsil Şöbəsində idman üzrə məşqçi-müəllim vəzifəsində işləməklə, aylıq 300 manat əmək haqqı alır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx xxxx 2020-ci il təvəllüdlü Rüqəyya adında uşağı vardır. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi, daimi iş yerinin olması, yəni Azərbaycan Respublikası Təhsil Nazirliyi Siyəzən rayon Təhsil Şöbəsində idman üzrə məşqçi-müəllim işləməsi, eləcə də himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi, ictimai faydalı əməklə məşğul olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tətbiq edilsin. xx xxxxxx 2020-ci il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,025 qram olan psixotrop maddə metafetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-40/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-40/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver