Məhkəmə qərarları › İş №3(059)-41/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-41/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-41/2021 16.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X1 iştirakları ilə xx xxxxxxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi (indiki Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda 7ci mənzildə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisindəki Şəhidlər Xiyabanında olan parkın içərisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan açıq yaşıl rəngli şalvarın sağ aşağı yan cibindən bir ədəd kağız bükülüdə çəkisi 0,033 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisindəki Şəhidlər Xiyabanında olan parkın içərisində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilən zaman əynində olan açıq yaşıl rəngli şalvarın sağ aşağı yan cibindən bir ədəd kağız bükülüdə çəkisi 0,033 qram narkotik vasitə heroinin aşkar edilərək götürüldüyünü bildirdi. Eyni zamanda, xx xxxxxx 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, təxminən 1 il olar narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə Siyəzən şəhəri, T. İsmayılov küçəsində yaşadığı mənzildən çıxmış, oranın yaxınlığında yerdə diqqətini cəlb etməklə, götürüb baxdığı kağız bükülüsünün içərisində narkotik vasitə heroin olduğunu görmüş, sonradan, istifadə etməsi üçün özü ilə götürmüşdür. Bundan sonra, elə həmin gün saat 17:00 radələrində yaşadığı mənzilin yaxınlığında Şəhidlər Xiyabanı deyilən yerdə parkın içərisində olmuş, həmin vaxt Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, onu RPŞ-yə dəvət etmiş, orada növbətçi hissədə üzərində şəxsi axtarış keçirəcəyi elan edilmişdir. Növbətçi hissədə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu, şübhəli şəxs qismində tutulmalı olduğu, üzərinə axtarış aparıİacağı bildirilmiş, həmçinin, hüquqları izah edilməklə, hüquqlarının müdafiəçi Arif Həbibzadə tərəfindən qorunduğu elan edilmiş, üzərində hər hansı bır qanunsuz əşya və predmet olduğu halda, təqdim edilməsi təklif olunduqda isə o, əynində olan açıq yaşıl rəngli şalvarın sağ aşağı yan cibində olan narkotik vasitə heroini təqdim etmişdir. Hazırda da canında ağrılar olduğu zaman narkotik vasitə heroindən istifadə edir.Qeyd olunanların, eləcə də əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi barədə materiallar aidiyyəti üzrə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,013 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda, qərarın surətindən görünür ki, Şəxs şübhəli kimi xx xxxxxx 2021-ci il tarixdə, saat 17:34-də tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxx 2021-ci il tarixdə, saat 16:45 radələrində Siyəzən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6/18 nömrəli ekspert rəyinin surətindən görünür ki, üzərində “...İştirakçılar : Şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,033 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata 0,020 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,013 qram təşkil etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, həmçinin, əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, əməlindən səmimi peşmançılıq hissi çəkməsi kimi yüngülləşdirici halın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 17:34-də tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə, saat 16:45-də azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 17.40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. xx xxxxxx 2021-ci il tarixdə Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,013 qram olan narkotik vasitə heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar