Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-41/2023 16.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Şikayətçi – X10, Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X10 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 onun barəsində qəbul etdiyi 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi X18 tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 06 fevral 2023-cü il tarixli, ******* nömrəli protokol əsasında Siyəzən rayonunun Böyük Həmyə kəndi yaxınlığında Xəzər dəniz sahil zolağında balıqovlama bileti olmadan balıq ovu ilə məşğul olduğuna görə, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi tərəfindən onun 1000 manat məbləğində inzibati cərimə edilməsinə dair 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin bu qərarın surəti maraqlı tərəfin əməkdaşı tərəfindən ona 28 fevral 2023-cü il tarixdə Siyəzən şəhərində təqdim edilmişdir. Onun 06 fevral 2023-cü il tarixli, ******* nömrəli protokol əsasında 1000 manat məbləğində inzibati cərimə edilməsinə dair 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıyla qəbul edilmişdir. Belə ki, əvvəla barəsində tərtib olunmuş ******* nömrəli inzibati protokolda tarix 06 fevral 2023-cü il göstərilsə də, törədilməsi mübahisə olunan inzibati xəta hadisəsi faktiki olaraq 05 fevral 2023-cü il tarixdə istirahət günü baş vermişdir (protokol, Azərbaycan Respublikasının İXMnin 101-ci “İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri” maddəsinin tələbinə zidd, yəni inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməmişdir). Ən əsası odur ki, 06 fevral 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xətanın törədilməsi haqqında protokolun tərtib olunmasına dair Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş tələblər pozulmaqla tərtib olunmuşdur. Belə ki, hadisə zamanı ekologiyanın işçiləri kimi özlərini təqdim edən şəxslər, 4 nəfərdən (o, Mahir Əsgərov, Cəlal Əsgərov və Saleh Əsgərov) ibarət briqadaya yaxınlaşaraq 11 ədəd adi siyənək (zalom) balığının olmasını müəyyən etməklə, onlardan balıqovlama bileti tələb etdikdə, balıqovlama biletinin və müvafiq kvotanın alınması üçün onların hələ 21 dekabr 2022-ci il tarixdə rəsmi ərizə və müvafiq sənədlərlə birlikdə yazlı formada, daha sonra 05 və 15 yanvar 2023-cü il tarixlərdə, bundan sonra dəfələrlə telefon vasitəsilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə müraciət etdiklərini, həmin xidmətin isə başqa yerə köçdüklərini əsas gətirərək, tezliklə kvota və bileti verəcəklərini, habelə narahat olmayaraq fəaliyyət göstərmələrini tövsiyə etdiklərini bildirmişlər. Bütün bunlara baxmayaraq, özlərini ekologiyanın işçiləri kimi təqdim edən şəxslər ona, briqadanın üzvləri Mahir Əsgərova, Cəlal Əsgərova və Saleh Əsgərova hər birinə ayrı-ayrılqda müvafiq qrafaları doldurulmayan nömrələnmiş blanka sadəcə imza etməyi tələb etmiş və hər biri növbə ilə aidiyyəti üzrə doldurulmamış ağ nömrələnmiş blankı imzalamışlar. Bu hadisəni onların yanında duran Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan X19 da müşahidə etmişdir. Habelə, maraqlı tərəfin əməkdaşları tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokolun qanuna zidd tərtib olunması faktı, yəni doldurulmadan inzibati xəta törətməsi ehtimal edilən şəxslərə (ağ nömrələnmiş blanka) imza etdirilməsi, habelə iştirakları olmadan hadisə baş verən günün səhəri, yəni 06 fevral 2023-cü il tarixdə bir tərəfli tərtib edilməsi, “İDDİA TƏLƏBİ” adlı 08 fevral 2023-cü il tarixli məktubun məzmunu ilə təsdiq edilir. Belə ki, məktubda qanunazidd olaraq 11 ədəd adi siyənək balığının ovlanması faktının müəyyən olunması tarixi 05 fevral 2023-cü il göstərilmişdir. Mübahisələndirilən inzibati xəta hadisəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti vasitəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qərəzli surətdə yaradılmış, habelə Azərbaycan Respublikasının İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qanunsuz, yəni iştirakları olmadan tərtib olunmuş, habelə surəti bu günə qədər onlara təqdim edilməyən 06 fevral 2023-cü il tarixli, ******* nömrəli inzibati protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin maraqlı tərəf (icazə verən orqan) tərəfindən qərəzli olaraq törədilməsi isə qeyd olunanlarla təsdiq olunur. Belə ki, barəsində 06 fevral 2023-cü il tarixli qanunsuz inzibati xəta haqqında protokol və 24 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra, yəni 27 fevral 2023-cü il tarixdə ona təqdim edilən 18 yanvar 2023-cü il tarixli, 2/701 nömrəli məktubun məzmunundan 21 dekabr 2022-ci il tarixli müraciəti nəzərə alınaraq X6 Xidməti tərəfindən onlara 2023-cü il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” ilə Xəzər dənizində müvafiq balıqların sənaye ovuna kvotanın ayrıldığı və balıqovlama biletinin verilməsinə görə dövlət büdcəsinə 25 manat rüsum ödənilməli olmasının bildirildiyi məlum olur. Göründüyü kimi “kvotanın ayrılması və müvafiq olaraq balıqovlama biletinin verilməsinə görə 21 dekabr 2022-ci il tarixli müraciət X6 Xidməti tərəfindən hələ 18 yanvar 2023-cü il tarixdə mahiyyəti üzrə həll edilməsinə baxmayaraq, sahibkarlıq hüquqlarının həyata keçirilməsinə icazə verən orqan tərəfindən qərəzli maneə yaradılmış və sonuncular öz məkrli məqsədlərinə çatdıqlarından sonra, 18 yanvar 2023-cü il tarixlı razılıq məktubu (icazə məktubu) onlara 27 fevral 2023-cü il tarixində təqdim edilmişdir. Əlavə olaraq, X6 Xidməti tərəfindən kvotanın ayrılması və müvafiq olaraq balıqovlama biletinin verilməsinə dair 18 yanvar 2023-cü il tarixli məktubun mətni kompüterin Word proqramından telefonla çəkilərək, şəkili, hadisənin səhəri günü, yəni 06 fevral 2023-cü il tarixdə “WhatsApp”ına göndərilmiş və müvafiq dövlət rüsumları 07 fevral 2023-cü il tarixdə ödənilmiş, həmçinin ona 27 fevral 2023-cü il tarixdə təqdim edilən 18 yanvar 2023-cü il tarixli məktubdan sonra “WhatsApp”a göndərilmiş kompüterdən çəkilmiş mətnin, elə 18 yanvar 2023-cü il tarixli məktubun mətni ilə eyni olduğu məlum olmuşdur. Beləliklə məlum olur ki, maraqlı tərəf (icazə verən orqan) kvotanın ayrılması və müvafiq olaraq balıqovlama biletinin verilməsinə görə 21 dekabr 2022-ci il tarixli müraciət X6 Xidməti tərəfindən hələ 18 yanvar 2023-cü il tarixdə mahiyyəti üzrə həll edilməsinə baxmayaraq, bu barədə məlumat ona barəsində süni yaradılan inzibati xəta hadisəsinin səhəri günü verilmişdir. Başqa sözlə, kvotanın ayrılması və müvafiq olaraq balıqovlama biletinin verilməsinə görə 21 dekabr 2022-ci il tarixli müraciət X6 Xidməti tərəfindən hələ 18 yanvar 2023-cü il tarixdə mahiyyəti üzrə həll edilməsinə baxmayaraq, onlara qərəzli olaraq verilməmiş, bununla da, inzibati xəta törədilməsinə qəsdən şüurlu surətdə şərait yaradılaraq, məqsədlərinə nail olduqlarından sonra, yəni süni surətdə yaratdıqları inzibati xəta hadisəsinin səhəri günü, yəni 06 fevral 2023-cü il tarixdə sahibkarlıqla məşğul olmaları üçün icazə sənədi almalarına şərait yaradılmışdır. Lakin, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 19.9-cu maddəsinin tələbinə görə “Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, icazə verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir (müqaviləni imzalayır və ya ərizəçiyə münasibətdə tələb olunan hər hansı digər hərəkəti edir) və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir”. İcazə verən orqan, 21 dekabr 2022-ci il tarixli müraciəti əsasında kvotanın ayrılması və balıqovlama biletinin verilməsinə dair 18 yanvar 2023-cü il tarixli məktub olduğu halda, habelə 06 fevral 2023-cü il tarixdə məlumat verildikdən sonra növbəti günü, yəni 07 fevral 2023-cü il tarixdə müvafiq rüsumların köçürülməsinə baxmayaraq, yenidən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 19.9-cu maddəsinin tələbinə zidd 17 fevral 2023-cü il tarixli məktubla 27 fevral 2023-cü il tarixdə onlara 15 fevral 2023-cü il tarixli, 223 nömrəli balıqovlama biletinin verildiyi bildirilmişdir. Beləliklə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən müəyyən olunur ki, “icazə verən orqan təqdim olunmuş ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq icazəni verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir”. Göründüyü kimi müraciət mahiyyəti üzrə 18 yanvar 2023-cü il tarixdə həll olunmasına baxmayaraq, icazə verən orqan maraqlı tərəf, qəsdən bu barədə onlara formal olaraq inzibati protokol tərtib etdikdən 19 gündən sonra qeyri-rəsmi qaydada telefonla, 1 ay 9 gündən sonra, yəni 27 fevral 2023-cü il tarixdə isə rəsmi qaydada məlumat vermişdir. Bununla da müəyyən olunur ki, maraqlı tərəf (icazəni verən orqan) kvota ayrılmasına baxmayaraq, qəsdən vaxtında onlara məlumat verməyərək, qərəzli olaraq inzibati xəta hadisəsini yaratmış, həmçinin müvafiq qrafaları doldurulmayan boş nömrələnmiş blanka imza atdırmaqla, Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsində göstərilən bütün tələblərə zidd formal inzibati protokol tərtib edilmişdir. Beləliklə, formal olaraq tərtib edilmiş 06 fevral 2023-cü il tarixli, ******* nömrəli inzibati protokol qanunsuz olduğundan, onun əsasında qəbul olunmuş, inzibati tənbeh vermə haqqında 24 Fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərar da qanunsuzdur. Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı hissəsini tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını, habelə barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayət ərizəsini müdafiə etməklə, izahatında göstərdi ki, kvota ayrıldığı 2012-ci ildən daim dənizə daxil olub, balıq ovu ilə məşğul olmuş, hətta, hər il yanvar ayının 5-10 tarixlərdə yeni kvota alıb, işlərinə davam etmişlər. 21 dekabr 2022-ci il tarixdə bütün sənədləri toplayıb, lazımi qaydada pilot layihə kimi 5 saylı Bakı Asan xidmət mərkəzinə təqdim etmiş, habelə bu sənədlər heç bir problem olmadan qəbul edilmişdir. Halbuki, bu sənədlər təqdim edildiyi 21 dekabr 2022-ci il tarixdən 7 iş günü ərzində onlara ya icazə verilməli, ya da bundan imtina edilməli idi. Bundan sonra, onlara əlaqə saxlamaları üçün Tural adlı şəxsə məxsus 055 ***-**-** telefon nömrəsi təqdim edilmiş və 05 yanvar 2023-cü il tarixdə əlaqə saxlayıb, məlumat almaları tövsiyə edilmişdir. Bu tövsiyə əsasında 05 yanvar 2023-cü il tarixdə onlara zəng etsələr də, oradan idarənin başqa ünvana köçürüldüyü, bu səbəbdən də onlara hazırda kvota verə bilmədikləri, sənədlərə başlarının qarışıq olduğu bildirilmiş, işlərində olmaları, özlərinin xəbər edəcəkləri qeyd edilmişdir. Bundan sonra, 15 yanvar 2023-cü il tarixdə təkrarən əlaqə saxladıqda, onlara yenidən eyni sözlər bildirilmişdir. 05 fevral 2023-cü il tarixdə, saat 15-16:00 radələrində Siyəzən rayonunun Böyük Həmyə kəndində, dəniz qırağında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşıb, 11 ədəd adi siyənək (zalom) balığı ovladıqlarını aşkar etmişlər. Bu zaman Mahir Əsgərov, Cəlal Əsgərov və Saleh Əsgərov da onun idarə etdiyi üzmə vasitəsində olmuşlar. Bundan sonra, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlardan izahat almış, habelə o, kvotasının olmaması səbəbini həmin izahatında göstərmişdir. İzahatlarını verdiklərindən sonra qorxduqları, həmçinin həyəcanlı olduqları üçün ağ boş kağıza imza etmişlər. Bundan sonra, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları oradan çıxıb getmişlər. Hətta, özləri də 05 fevral 2023-cü il tarixdə onları saxladıqlarını, lakin 06 fevral 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etdiklərini bildirmişlər. Halbuki, onlar hazırkı vaxtadək inzibati xəta haqqında protokolu almamış, onun məzmunundan məlumatlı olmamışlar. 06 fevral 2023-cü il tarixdə təkrarən icazə verən orqana zəng edib, kvotalarını hansı səbəbdən vermədikləri ilə bir daha, israrla maraqlandıqda, bununla bağlı balıqovlama biletinin şəklini həmin gün, saat 18:00 radələrində “WhatsApp” tətbiqi vasitəsilə ona göndərmişlər. Bundan sonra, 06 fevral 2023-cü il tarixdə axşam saatlarında bank bağlı olduğu üçün balıqovlama biletinə görə cəmi 100 manat təşkil edən rüsumu 07 fevral 2023-cü il tarixdə ödəmişlər. Lakin, sonradan, ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18 yanvar 2023-cü il tarixdə kvota ayırdığı məlum olmuşdur. Yəni, 18 yanvar 2023-cü il tarixdən onlara icazənin verilməsinə baxmayaraq, bununla bağlı nə SMS, nə də poçt vasitəsilə onlara məlumat verilməmişdir. Halbuki, kvotanın ayrılması ilə bağlı onlara 2 gün ərzində ya SMS, ya da poçt vasitəsilə məlumat verilməli idi. Əvvəlki icazənin müddəti 31 dekabr 2022-ci il tarixdə bitmiş, yeni balıqovlama bileti isə 18 yanvar 2023-cü il tarixdə ona ayrılmışdır. 18 yanvar 2023-cü il tarixdən ona kvota verilmişdisə, hansı səbəbdən ondan pulun ödənilməsi tələb edilməmiş və ya ona dənizə daxil olmağa qadağa qoyulmamışdır. Göründüyü kimi yubanma idarə tərəfindən qəsdən edilmişdir. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, lazımi icazə olmadan balıq ovladığına görə 06 fevral 2023-cü il tarixdə X18 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 05 fevral 2023-cü il tarixdə inzibati xəta hadisəsi baş vermiş, bununla bağlı Cavid Quliyevin izahatı alınmış, həmçinin müvafiq akt tərtib edilmişdir. Bundan əlavə, Cavid Quliyevə inzibati xəta haqqında protokolla bağlı qərar qəbul olunması üçün dəvət məktubu göndərilmiş, habelə sonuncu 16 fevral 2023-cü il tarixdə bu məktubu şəxsən qəbul edərək, poçt xəbərnaməsinə imza etmişdir. Bundan sonra, Cavid Quliyevin iştirakı ilə 24 fevral 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X21 şikayətində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə müraciət etdiyini, oradan isə başqa yerə köçdükləri əsas gətirilərək, tezliklə kvota veriləcəyinin vəd edildiyini, habelə şifahi olaraq balıq ovu ilə məşğul ola biləcəklərinin qeyd edildiyini göstərmişdir. Halbuki, bu absurddur və yalandır. Çünki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti tərəfindən heç bir vətəndaşa vəd verilə bilməz. Şikayətçi izahatında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə müraciət etməklə, ödəniş etdiyini göstərmiş, lakin, ona icazənin verilmədiyini bildirmişdir. Əgər şikayətçi tələsirdisə, X6 Xidmətinin hərəkətlərində qanun pozuntusu görürdüsə, bununla bağlı inzibati məhkəməyə müraciət edə bilərdi. Balıq ovuna tələsirdilərsə, müvəqqəti təminat tədbirinin tətbiq edilməsini inzibati məhkəmədən xahiş edə bilərdilər. Yəni, X21in özü də ixtisasca hüquqşünas olmaqla, qanunvericiliyi bilir, təcrübəsi var. Cavid Quliyev özü də inzibati xəta hadisəsini törətməsini etiraf etmiş, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində olmuş, ona və digər şəxslərə güzəşt edilməklə, 1000 manat inzibati cərimə edilmişdir. Bundan əlavə, 24 fevral 2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində, həmin gün, X21ə şəxsən qərarın təhvil verilməsi barədə müşayiət məktubu ilə təqdim edilmişdir. Eyni zamanda, X21in hadisə baş verən gün, yəni 05 fevral 2023-cü il tarixdə balıq ovlamağa icazəsi olmamış, bu icazə ona 15 fevral 2023cü il tarixdən verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Ona görə də, məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən sözügedən xidmətin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin, eləcə də, qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin 18 yanvar 2023-cü il tarixli, 2-701 nömrəli məktubundan görünür ki, Cavid Quliyevin 21 dekabr 2022-ci il tarixli müraciətini nəzərə alınaraq, X6 Xidməti tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2022-ci il tarixli, 688 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2023-cü il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” ilə Xəzər dənizi üçün müəyyən edilmiş kvota çərçivəsində 0,2 ton siyənək, 0,15 ton kütüm, 0,05 ton külmə, 0,15 ton kefal, 0,05 ton çəki balıqlarının sənaye ovuna kvota ayrılmışdır. Həmçinin, bu məktubda ayrılmış kvotanın ümumi dəyərinin 74,89 manatın göstərilən bank hesabına ödənilməsi və ödəmə qəbzinin X6 Xidmətinə təqdim edilməsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.55-2-ci maddəsinə müvafiq olaraq, balıqovlama biletinin verilməsinə görə dövlət büdcəsinə hər balıqovlama biletinə görə 25 manat, ərizəyə müvafiq olaraq 25 manat ödənilməsi, ödəmə qəbzləri təqdim edildikdən sonra Cavid Quliyevə balıqovlama biletləri veriləcəyi göstərilmişdir. İşdə olan X10 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlandığı 05 fevral 2023cü il tarixli izahatın surətindən görünür ki, o, həmin gün Siyəzən rayonunun Böyük Həmyə kəndi sahilində bort nömrəsi ABA 1150 olan taxta qayıqla balıqovlama bileti olmadan (biletin dekabrın 20-dən sənədləri qeydiyyatdan keçib və yubandığına görə) balıq ovu ilə məşğul olmuşdur. İşdə olan 06 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının və X10 iştirakları ilə tərtib edilmiş 77289 nömrəli aktın surətindən görünür ki, 05-06 fevral 2023-cü il tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndi yaxınlığında Xəzər dənizinin sahil zolağında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 fevral 2023-cü il tarixli, 0009 nömrəli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi”, “Ekoloji təhlükəsizlik” haqqında və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək məqsədilə 05 fevral 2023-cü il tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında reyd keçirilmiş, bu zaman Xəzər dənizində balıq ovu ilə məşğul olan motorlu qayıq müşahidə edilmişdir. Sözügedən qayıq sahilə çıxdıqdan sonra apardıqları araşdırma zamanı bort nömrəsinin ABA 1150 və təqdim edilən sənədlərdən balıqovlama bileti olmadan balıq ovu ilə məşğul olan 4 nəfər şəxsin isə X18, X16, X13 və X14 olduğu müəyyən olunmaqla, qayıqda 11 ədəd siyənək balığı aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələbləri pozulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 fevral 2023-cü il tarixli, Ç- BM/4423-070-182 nömrəli məktubunun, eləcə də SS836181156AZ izləmə nömrəli poçt xəbərnaməsinin surətlərindən görünür ki, X18 05 fevral 2023-cü il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində, Xəzər dənizi sahil zolağında lazimi icazə sənədi olmadan qanunsuz olaraq balıq ovu ilə məşğul olması faktı ilə əlaqədar barəsində tərtib olunmuş 06 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla əlaqədar qərar qəbul olunması üçün 23 fevral 2023-cü il tarixdə, saat 10:00-da şəxsiyyəti təsdiq edən sənədlə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, əks təqdirdə iştirakı olmadan barəsində qərar qəbul ediləcəyi barədə xəbərdar edilmiş, həmçinin bu bildiriş 16 fevral 2023-cü il tarixdə onun tərəfindən şəxsən imza edilməklə, qəbul edilmişdir. İşdə olan 06 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 24 fevral 2023-cü il tarixdə qəbul etdiyi MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 06 fevral 2023-cü il tarixli, 77289 nömrəli akta əsasən X4 rayonunun Böyük Həmyə kəndi yaxınlığında, Xəzər dənizi sahil zolağında balıqovlama bileti olmadan balıq ovu ilə məşğul olduğu üçün Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 fevral 2023-cü il tarixli, Ç- BM/4423-136-362 nömrəli məktubunun surətindən görünür ki, Cavid Quliyev 24 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati cərimə edilməsi barədə xəbərdar olmaqla, yanaşı həmin gün qeyd olunan qərarı şəxsən bu məktubda imza edərək, qəbul etmişdir. İşdə olan 07 fevral 2023-cü il tarixli qəbzlərdən görünür ki, X18 balıq ovlama bileti əldə etmək və adına kvotanın ayrılması üçün ümumilikdə 101,90 manat rüsum ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidməti tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş 223 nömrəli balıqovlama biletinin surətindən görünür ki, qüvvədə olma müddəti 31 dekabr 2023-cü il tarixə kimi müəyyən edilməklə, X15 verilmiş bu biletə əsasən briqadanın (manqanın) üzvləri X16, X13 və X14, ov gəmisinin tipi, adı və göyərtə nömrəsi 1 ədəd ABA 1150 motorlu qayıq, su obyektinin adı (sahə) Xəzər dənizi, Siyəzən rayon akvatoriyasının ərazi suları (Böyük Həmyə qəsəbəsi istiqaməti), vətəgə obyektinin növü və limit 0,2 ton siyənək, 0,15 ton kütüm, 0,05 ton külmə, 0,15 ton kefal, 0,05 ton çəki balıqları olaraq təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulması inzibati xətaya səbəb olan əməldir. Bu Məcəllənin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Qeyd olunan Məcəllənin 102-ci maddəsinin İ və V bəndlərinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Bu Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 05-06 fevral 2023-cü il tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndi yaxınlığında Xəzər dənizinin sahil zolağında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının keçirdiyi reyd nəticəsində X10, X9, X7 və X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, balıqovlama bileti olmadan 11 ədəd siyənək balığını, ABA-1150 bort nömrəli üzmə vasitəsi ilə 05 fevral 2023-cü il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində Xəzər dənizinin sahil zolağında ovladıqları müəyyən edilmiş, həmçinin həmin gün Cavid Quliyevin hadisə ilə bağlı izahatı alınmaqla, 06 fevral 2023-cü il tarixdə sonuncunun da iştirakı ilə 77289 nömrəli akt və bu akt əsasında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə tərtib edilmiş inzibati xəta haqqında protokol Cavid Quliyev tərəfindən həmin gün şəxsən imza edilməklə, qəbul edilmişdir. Bundan sonra, X21 05 fevral 2023-cü il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində, Xəzər dənizi sahil zolağında lazimi icazə sənədi olmadan qanunsuz olaraq balıq ovu ilə məşğul olması faktı ilə əlaqədar barəsində tərtib olunmuş 06 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla əlaqədar qərar qəbul olunması üçün 23 fevral 2023-cü il tarixdə, saat 10:00-da 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, əks təqdirdə iştirakı olmadan barəsində qərar qəbul ediləcəyi barədə xəbərdar edilməklə, bu bildiriş 16 fevral 2023-cü il tarixdə onun tərəfindən şəxsən imza edilərək, təhvil alınmış, 24 fevral 2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən mübahisələndirilən qərar qəbul edildikdən sonra, həmin gün şikayətçi tərəfindən müvafiq məktuba imza edilməklə, şəxsən əldə edilmişdir. Bununla da, göründüyü kimi şikayətçi barəsində başlanmış inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılmış, həmin müddət çərçivəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi inzibati xəta haqqında işə inzibati xəta haqqında qanunvericiliyin müəyyən etdiyi müddətdə baxmaqla, 24 fevral 2023-cü il tarixdə şikayətçinin 1000 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin İİİ və İV hissələrinə əsasən idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir. Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bu Qanunun 15-ci maddəsinin İ hissəsinin İV bəndinə əsasən balıqmühafizə orqanlarından balıq və digər su bioresurslarının ovu üçün balıqovlama bileti və icazə vərəqələri tələb etmək balıqçılıq subyektlərinin hüquqlarındandır. Sözügedən Qanunun 17-ci maddəsinin İ hissəsinin İİ bəndinə əsasən balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırmada göstərilən müddətlər, ölçülər və növlər hüququnda istifadə etmək balıqçılıq subyektlərinin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 5.5-ci bəndinə əsasən balıqovlama biletinin verilməsi və ya verilməsindən imtina edilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 19-cu və 20-ci maddələrinə uyğun olaraq həyata keçirilir. Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin Xİ hissəsinə əsasən dövlət rüsumunu və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya və icazə 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə lisenziya və icazə verən orqan tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Bu Qanuna 3 nömrəli əlavəsinin 16-cı bəndində balıqovlama bileti sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 18.55-2-ci maddəsinə əsasən balıqovlama biletinin verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir. Bu mənada məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinin 18 yanvar 2023-cü il tarixli məktubuna əsasən X21in 21 dekabr 2022-ci il tarixli müraciəti əsasında Xidmət tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2022-ci il tarixli, 688 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2023-cü il üçün “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü” ilə Xəzər dənizi üçün müəyyən edilmiş kvota çərçivəsində 0,2 ton siyənək, 0,15 ton kütüm, 0,05 ton külmə, 0,15 ton kefal, 0,05 ton çəki balıqlarının sənaye ovuna kvota ayrılsa da, o, ayrılmış kvotanın ümumi dəyəri olan 74,89 manatı, həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.55- 2-ci maddəsinə müvafiq olaraq, balıqovlama biletinin verilməsinə görə 25 manatı dövlət büdcəsinə ödəməməklə, inzibati xəta hadisəsinin baş verdiyi 05 fevral 2023-cü il tarixə balıqovlama bileti əldə etməyərək, balıq ovlamaq üçün müvafiq icazəyə malik olmamış, həmçinin sözügedən məbləğləri inzibati xəta hadisəsi baş verdikdən sonra, yəni 07 fevral 2023-cü il tarixdə ödəmişdir ki, bu da sonda onun 15 fevral 2023-cü il tarixdə balıqovlama bileti əldə edilməsi ilə nəticələnmişdir. Eyni zamanda, X21 05 fevral 2023-cü il tarixli izahatında həmin gün Siyəzən rayonunun Böyük Həmyə kəndi sahilində bort nömrəsi ABA 1150 olan taxta qayıqla balıqovlama bileti olmadan balıq ovu ilə məşğul olduğunu etiraf etməklə, yanaşı müvafiq biletin əldə edilməsini yubadılması ilə əlaqələndirsə də, sonuncu bu halı təsdiq edəcək mötəbər sənəd və ya sübuta malik olmamışdır. Digər tərəfdən, X21 müvafiq balıq ovlama bileti əldə etmək və adına kvotanın ayrılması üçün müvafiq məbləğləri 07 fevral 2023-cü il tarixdə ödəməsinə baxmayaraq, müvafiq icazənin ona 2 gün ərzində deyil, 15 fevral 2023-cü il tarixdə verildiyini, bununla da “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğunu göstərsə də, o, həmin qəbzləri 13 fevral 2023-cü il tarixdən tez bir vaxtda səlahiyyətli orqana təqdim etməsini təsdiq edən sübuta da malik olmamışdır. Beləliklə, X21in inzibati araşdırma, habelə onun nəticələri ilə bağlı istinad etdiyi hallar barədə fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdməklə, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bununla da, X10 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv fikirləri kimi nəzərə alınmalıdır. Çünki, şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Deməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış inzibati araşdırma zamanı, eləcə də Cavid Quliyev Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 24 fevral 2023-cü il tarixdə inzibati cərimə edilərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X11 24 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-41/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-41/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver