Məhkəmə qərarları › İş №3(059)-41/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-41/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-41/2024 14.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən şəhəri, X18 küçəsi, ev 83 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərinin X18 küçəsində qonşular arasındakı mübahisəni həll edən Siyəzən Bələdiyyəsinin və rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, maneə yaratmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən 13 fevral 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 3(059)-41/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-41/2023 saylı və 3(059)- 42/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-41/2023 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, 13 fevral 2024cü il tarixdə X1 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokolları Siyəzən RPŞ-yə daxil olmuş məktub, eləcə də PPXB-nin əməkdaşlarının raportu əsasında tərtib etmişdir. Bundan əlavə, həm Şəxs, həm də Məmmədmusa Məhərrəmov izahatlarında əməllərindən peşmançılıq hissi çəkdiklərini, bir daha belə əməllərə yol verməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 14 fevral 2024-cü il tarixdə işə başlayacağı ilə əlaqədar özünə bəzi əşyalar almaq məqsədilə 13 fevral 2024-cü il tarixdə, saat 15-16:00 radələrində yaşadığı Siyəzən şəhərinin X18 küçəsindəki 83 saylı evdən çıxmış, habelə mağazaya çatarkən bacısı Samirənin qonşusu X8 ilə rastlaşmış, həmçinin sonuncunun təklifi əsasında onun Siyəzən şəhərinin X18 küçəsindəki yaşadığı ünvana getmiş, orada çox sayda insanın toplaşdığının şahidi olmuşdur. Bundan sonra, təxminən 10-15 dəqiqə ərzində bir qədər aralıda orada olan şəxslər arasında gedən söhbətləri dinləmiş, habelə bir nəfər şəxsin şəhid anası Zəhra Abbasovanın üstünə qışqırdığını görüb, əsəbləşərək, yaxınlaşmış, hansı səbəbdən belə hərəkətə yol verdiyini soruşmuşdur. Əsəbi olduğu üçün ünvansız nalayiq ifadələr işlətsə də, həmin ifadələrini kiminsə ünvanına yönəltməmişdir. Hadisə təxminən 1-2 dəqiqə davam etmiş, habelə həmin ərəfədə orada olan polis əməkdaşı ilə dartışmış, daha sonra hadisə yerinə gəlmiş Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən RPŞ-yə aparılmışdır. Bununla belə, hazırda törətdiyi əməllərinə görə peşmançılıq hissi keçirməsinin, səhvinə görə üzr istəməsinin, işə düzələcəyinin, tək yaşamasının nəzərə alınıb, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi X5 izahatında göstərdi ki, Şəxs hadisədən əvvəl tanımamışdır. Siyəzən şəhərində yerləşən X18 küçəsinin sakinləri X9 ilə X8 arasında olan mübahisə ilə əlaqədar daxil olmuş çoxsaylı müraciətlər əsasında əvvəllər də Siyəzən Bələdiyyəsinin əməkdaşlarıyla birlikdə mübahisəli əraziyə baxış keçirilmiş, lakin bunun nəticəsi olmamış, razılıq əldə olunmamışdır. Belə ki, şəhid ailəsi olan Zəhra Abbasova evinin qarşısında tikinti işləri apardığından Səfər Kərimovla aralarında mübahisə mövcuddur. 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən Bələdiyyəsinin əməkdaşları, eləcə də Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədovun iştirakı ilə növbəti belə baxış zamanı sonuncu Zəhra Abbasovayla tikintinin aparılma qaydası, qonşular arasında münasibətlərdə birinin digərinə narahatçılıq yaratmaması, həmçinin tikintinin maneələr yaradacağı təqdirdə, araşdırmanın aparılması üçün onun dayandırılmasının zəruriliyi barədə profilaktik söhbət apararkən birinci Şəxs onlara kəskin formada yaxınlaşaraq “Siz kimsiniz?” deyə bildirib, təxminən 50 nəfər şəxsin yanında bələdiyyə sədri Azər Babayevin ünvanına kəskin nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin ərəfədə Şəxs onlar tərəfindən nizam-intizama dəvət edilsə də, Nahid buna əhəmiyyət verməyib, onlarla mübahisə etməyə başlamış, üzərilərinə gəlmiş, hətta RPŞ-nin rəisi X10 sakitləşdirməyə çalışmasına baxmayaraq, sonuncu əvvəldən də tanıdığı Xəqani Məmmədovun üzərinə kəskin formada yürümüşdür. Orada olan şəhid anası Zəhra Abbasova belə, Şəxs yaxınlaşaraq, ona əsəbləşib, hansı səbəbdən ərazidə olmasını soruşmuşdur. Bundan əlavə, Şəxs “Tik Tok” sosial şəbəkəsində videolar paylaşır, oğru aləmini təbliğ edir, 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində baş vermiş hadisə ilə də məşhurlaşmaq, ictimaiyyəti hadisəyə cəlb etməklə, cəmiyyət arasında vahimə yaratmaq istəmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmiş, bu səbəbdən də əraziyə onun tərəfindən RPŞ-nin PPXB-nin əməkdaşları cəlb edilmişdir. Məhkəmə iclasında şahid Siyəzən Bələdiyyəsinin mühəndisi X6 izahatında göstərdi ki, Siyəzən şəhərində yerləşən X18 küçəsinin 55-56 saylı ünvanların sakinləri X9 ilə X8 arasında bələdiyyə mülkiyyətində olan ümumi istifadə təyinatlı torpaq sahəsinə görə təxminən 3 il olar mübahisə mövcuddur. Belə ki, şəhid anası Zəhra Abbasova evinin qarşısında olan 3 evin istifadə etdiyi ümumi istifadə təyinatlı torpaq sahəsini tutmaqla, həyətyanı torpağına qatmaq istəyir. Məhz bu ərazi ilə bağlı çoxsaylı şikayətlər olmuş, bələdiyyə olaraq mübahisəli torpaq sahəsinin şəhid anasına ayrılması niyyətində olsalar da, ərazi ümumi istifadədə olduğu üçün buna icazə verilməmişdir. Hadisə vaxtı orada o, bələdiyyə sədri Azər Babayev, Siyəzən RİH-nin Səxavət adlı baş memarı, Siyəzən RPŞnin rəisi Xəqani Məmmədov və RPŞ-nin İTB-nin rəisi Səbuhi Zeynalov olmuş, habelə mübahisə tərəfləri ilə söhbət aparılmaqla, razılaşma əldə olunma ərəfəsində Şəxs əlində telefonla onlara yaxınlaşaraq, özlərini təqdim etmələrini tələb edib, şəhid anası ilə danışıq tərzinə irad tutmuş, nümayişkaranə formada yüksək səslə danışaraq, məsələyə kəskin yanaşma nümayiş etdirmiş, təhqiramiz ifadələr işlətmiş, qışqırmış, lakin o, Zəhra Abbasova ilə birgə həyətyanı sahəyə keçdiyindən Nahidin bələdiyyə sədri Azər Babayevin ünvanına nalayiq ifadələr işlətməsini eşitməmiş, bu barədə sonradan məlumat almışdır. Bu zaman Siyəzən RPŞ-nin rəisi X13 Muradova özünü təqdim edib, məsələnin ona aidiyyətinin olmadığını qeyd edərək, ərazidən uzaqlaşmasını istəmiş, hətta şəhid anası Zəhra Abbasova da məsələnin yalnız ona aid olduğunu bildirib, Nahiddən ərazini tərk etməsini tələb etmişdir. Bundan sonra, Şəxs bir qədər aralıda digər polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmamış, intizamsızlıq nümayiş etdirmiş, habelə vəziyyət kəskinləşdiyindən hadisə yerinə Siyəzən RPŞ-nin PPXB-nin əməkdaşları cəlb edilmiş və Nahid PPXB-nin avtomobili ilə RPŞ-yə aparılmışdır. Eyni zamanda, bu hadisənin baş verməsi qonşular arasındakı mübahisəli vəziyyətin nizamlanmasına da imkan verməmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan və izahatlardan görünür ki, Şəxs 13 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində Siyəzən şəhərinin X18 küçəsində qonşular arasındakı mübahisəni həll edən Siyəzən Bələdiyyəsinin və rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, maneə yaratmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 1(059)-28/2020 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşirən və ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni vaxtda iki inzibati xəta törətməsini, bu cür davranışları ilə idarəçilik qaydalarının pozulduğunu, eləcə də bilavasitə ümumilikdə cəmiyyətin mənəvi-əxlaqi, ictimai dəyərlərinə toxunulduğunu, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, hüquq pozuntusuna meylli olmaqla, cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, mübahisə edən tərəflər arasındakı münasibəti nizamlayan Siyəzən Bələdiyyəsinin və rayon Polis Şöbəsinin əməkdaşlarının işlərinə müdaxilə edərək, onlara maneə yaratmaqla, ictimaiyyətin diqqətini özünə və baş verənlərə cəlb edib, cəmiyyət daxilində çaşqınlıq yaradaraq, itaətsizliyə sövq etməyə çalışmasını, nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Siyəzən RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 13 fevral 2024-cü il tarixdən saat 17:30-dan inzibati qaydada tutulması və buraxılmadan məhkəməyə gətirilməsi onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli 13 fevral 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar