Məhkəmə qərarları › İş №3(059)-437/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-437/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-437/2025 27.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Şikayətçi- X8, Qərarından şikayət verilən orqanın nümayəndəsi- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisinin müavini X5, Protokol tərtib etmiş vəzifəli şəxs- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil X4 Nəzarəti bölməsinin rəisi X9 iştirakları ilə, 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X8 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət, ərizəsi X12 tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, barəsində tərtib olunmuş 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Nəzrin Abdullayeva tərəfindən 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və bu qərara görə 250 manat inzibati cərimə edilmişdir. Belə ki, sözügedən protokol və həmin qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Çünki, 09 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol onun iştirakı olmadan, xətanın törədilməsi ehtimal edilən ərazidə tərtib olunmamışdır. Belə ki o, gəzinti üçün nəzərdə tutulmuş kiçik qayıqla həmkəndlisi Anar Əliyev ilə birlikdə sahildə az müddət hərəkət etmiş, habelə evə getmək məqsədi ilə sahildən çıxıb, təxminən 200 metr məsafədə aralandıqları zaman Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Anar adlı şəxs ona zəng vurmuş, habelə əməliyyatçının tapşırığı əsasında barəsində inzibati cərimə yazmalı olmasını bildirmişdir. Bundan sonra o, Anardan bunun səbəbini soruşduqda sonuncu onun qadağan olunmuş əraziyə daxil olmasını, yəni, icazə verilə bilən məsafəni aşmasını qeyd etmişdir. Eyni zamanda, Anar ona narahat olmamasını, bu barədə radar qeydlərinin mövcud olmadığını, habelə cari ilin aprel ayında yağan leysan yağışlar nəticəsində dənizkənarı quru ərazidə yolların dağılmasını, bu səbəbdən də, qayığa baxış keçirtməsi üçün onu Şabran rayonunun Çayqaraqaşlı kəndindən götürməsini bildirmişdir. Beləliklə o, geri qayıdıb yenidən qayığı dənizə salmış və həmin kənddən Anar müəllimi götürüb, Siyəzən rayonunun Yenikənd kəndi ərazisinə gəlmişdir. Bundan sonra, Anar müəllim qayığa baxış keçirtmiş, hər şeyin qaydasında olmasını bildirərək, tapşırıq əsasında ona cərimə yazacağını qeyd etmişdir. Həmin vaxt o, Anardan hər hansı sübutlarının olub-olmamasını soruşmuş, sonuncu da, sübutlarını olmadığını bildirərək, məhkəməyə şikayət edəcəkləri təqdirdə cərimə qərarının ləğv olunacağını söyləmişdir. Bununla da, qeyd edilənlərdən aydın olur ki, heç bir sübut əsası, eləcə də iştirakı olmadan və hadisə yerindən kənarda ona məlum olmayan yerdə sözügedən inzibati xəta haqqında protokol tərtib edilməsi qanunsuz olmaqla yanaşı, onun inzibati xəta törətməsi sübut olunmur, əksinə bu protokolu tərtib etmiş tərəf qərəzli olaraq inzibati xəta hadisəsini yaradaraq formal protokol tərtib etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını, habelə 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında çıxarılmış 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini müdafiə etməklə, izahatında göstərdi ki, o, 09 may 2025-ci il tarixdə, saat 08:00 radələrində X13 ilə birlikdə “ÇA-3006” bort nömrəli, “Taxta” tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi ilə Siyəzən rayonunun Tağay kəndi istiqamətindən Xəzər dənizə daxil olmuş və həmin gün saat 17:00-dək təxminən 100-200 metr dənizə doğru məsafədə gəzinti məqsədilə orada hərəkət etmişlər. Belə ki, Xəzər dənizinə daxil olduqları yerdən sahilə yan alarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil X4 Nəzarəti bölməsinin əməkdaşı Anar adlı şəxs onlara radara düşdüklərini, X21ydalarını pozduqlarını, yəni, təyin olunmuş 2 mil məsafəni keçdiklərini bildirmiş, habelə videoçəkiliş aparmışdır. Bundan sonra, bölmənin Anar adlı əməkdaşı izahat vermələri üçün onları bölməyə dəvət etsə də, bu pozuntu ilə razı olmadıqları üçün bölməyə getməkdən və izahat verməkdən imtina etmişlər. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Protokol tərtib etmiş vəzifəli şəxs, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil X4 Nəzarəti bölməsinin rəisi X14 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, 09 may 2025-ci il tarixdə baş vermiş inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xaçmaz Sahil Nəzarət şöbəsinin əməliyyataxtarış işləri üzrə rəis müavini Cavid İbrahimli texniki müşahidə məntəqəsinə gəlmiş, habelə orada xidmət aparan Əmralı Şahbazovdan 83-cü yanalma körpüsünün qarşısındakı hədəfləri soruşmuş, həmçinin üzmə vasitəsinin orada olması müşahidə edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil X4 Nəzarəti bölməsinin rəis müavini Anar Abuşov göstəriş əsasında qayıqçıların köməkliyi ilə həmin əraziyə yaxınlaşmış və orada Samir və Anar Əliyevlərə qayıqlarının sahildən dənizə doğru 2 mil məsafəni aşmasını, nəticədə X21ydalarını pozmalarını bildirmiş, habelə bununla bağlı videoçəkiliş aparmış, sonuncular da, çəkilişə etiraz etməmişlər. Daha sonra, Samir və Anar Əliyevlər izahat vermələri üçün bölməyə dəvət olunsalar da, sonuncular bundan imtina etmişlər. Odur ki, X1 tərəfindən tərtib edilmiş 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilən orqanın nümayəndəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisinin müavini X10 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, o, Sadıq Həşimovun izahatında qeyd etdiklərini təsdiq etməklə, sonuncu ilə tam razıdır. Odur ki, X1 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İşdə olan 09 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xaçmaz sahil nəzarəti şöbəsinin X7 bölməsinin əməkdaşlarının iştirakları ilə tərtib edilmiş 1 nömrəli aktın surətindən görünür ki, 09 may 2025-ci il tarixdə X7 bölməsinin xidməti ərazisində 83-cü yanalma körpüsü istiqamətində təyin olunmuş mil məsafəsini ÇA-3006 bort nömrəli üzmə vasitəsi ilə keçən X13 və X12 SNB-yə dəvət olunsalar da, onlar bölməyə gəlməkdən, izahat və iltizam verməkdən imtina etmişlər. İşdə olan 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolun və onun əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətlərindən görünür ki, X6 Sərhəd Rejim qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 250 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında nümayiş etdirilməklə, tədqiq olunmuş 09 may 2025-ci il tarixdə baş vermiş hadisəni əks etdirən görüntülərin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Diskdəki videogörüntüdən və fotoşəkillərdən, eləcə də işdə olan müvafiq raportların surətlərindən görünür ki, həmin tarixdə, saat 13:20-də X7 bölməsinin xidməti ərazisində 83-cü yanalma körpüsü istiqamətində təqribən 3 mil dənizə doğru məsafədə bir ədəd “ÇA- 3006” bort nömrəli, “Taxta” tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin hərəkətdə olması müşahidə edilmiş, bununla bağlı, həmin gün, saat 18:00-da saxlanılmış sözügedən üzmə vasitəsində olan, Samir və Anar Əliyevlərə təyin olunmuş mil məsafəsini keçmələri bildirilərək, izahat vermələri üçün bölməyə dəvət olunmuş, lakin, sonuncular bundan imtina etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Sözügedən Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsi inzibati xətaya səbəb olan əməldir. Bu Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydalarının (2 nömrəli əlavə) 12-ci bəndinə əsasən turistlərin və idmançıların dənizə çıxmasına günün işıqlı vaxtında sərhəd mühafizəsi orqanlarının verdiyi buraxılış əsasında qeydiyyatdan keçmiş özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrdə, qaranlıq düşənə qədər müəyyən olunmuş körpüyə və baza məntəqəsinə qayıtmaq şərtilə icazə verilir. Sahildən 2 milə qədər aralanmaqla dənizə çıxmağa icazə verilir. Həmin Qaydaların 13-cü bəndinə əsasən gecə-gündüz, gündəlik balıq tutma ilə məşğul olan rejim sularında digər işləri görməyə sərhəd mühafizəsi orqanlarının razılığı ilə, yalnız üzmə vasitəsi yola düşərkən məlumat verildiyi hallarda yol verilir. Ov rayonunun dəyişilməsi haqqında üzmə vasitəsinin kapitanı (böyük briqadir) yaxındakı sərhəd bölməsinə, yaxud sərhəd qayığına vaxtında məlumat verilməlidir. 10 millik tənzimlənən balıqçılıq zonasının hüdudundan o yana gündəlik balıq ovuna çıxmaq haqqında təşkilatlar sərhəd mühafizəsi orqanlarına vaxtında məlumat verirlər. Çoxgünlük balıq ovuna çıxan bütün balıqçı üzmə vasitələri (üzmə vasitəsi qrupu) lazımi rabitə vasitələrilə təmin olunmalıdırlar. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, X12 və X13 09 may 2025-ci il tarixdə, saat 13:20-də “ÇA-3006” bort nömrəli, “Taxta” tipli, “Yamaha-75” mühərrikli üzmə vasitəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli, 560 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən üzmə vasitələrin saxlanılması Qaydaları”nın tələblərini pozub X7 bölməsinin xidməti ərazisində 83-cü yanalma körpüsü istiqamətində 3 mil məsafədə hərəkətdə olmuş, həmçinin saat 18:00-da sahilə çıxdıqları müəyyən edilmiş, lakin, Samir və Anar Əliyevlərə təyin olunmuş mil məsafəsini keçmələri izah olunaraq, SNB-yə dəvət olunsalar da, onlar bölməyə gəlməkdən izahat və iltizam verməkdən imtina etmişlər. Həmçinin, Samir və Anar Əliyevlər təyin olunmuş mil məsafəni keçdikləri üçün bir tərəfli aktla rejim pozucusu qismində sənədləşdirilmişlər. Beləliklə, X2 inzibati araşdırma, habelə onun nəticələri ilə bağlı istinad etdiyi hallar barədə fikirləri özünümüdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətdən yayınma məqsədi güdməklə, şikayətçinin şəxsi mülahizələridir və mötəbər sübut və ya sənədlərə əsaslanmamışdır. Bununla da, X8 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv fikirləri kimi nəzərə alınmalıdır. Çünki, şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Deməli, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil X4 Nəzarəti bölməsi tərəfindən aparılmış inzibati araşdırma zamanı, eləcə də Samir Əliyev Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə 05 iyun 2025-ci il tarixdə inzibati cərimə edilərkən inzibati xətalar haqqında qanunvericiliyin normalarının tələbləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Bundan əlavə məhkəmə şikayətin “protokolun ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, protokolun ləğv edilməsi qaydası və halları inzibati xətalar qanunvericiliyi ilə təsbit edilmədiyindən şikayətin bu hissədə də, təmin edilməsi istisna edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 09 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 05 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar