Məhkəmə qərarları › İş №3(059)-44/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-44/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-44/2024 23.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə 28 avqust 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdim: Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 02:00 radələrində Siyəzən şəhərinin A.Qaradağlı küçəsində səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, sakinləri narahat edərək, ictimai qaydanı pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 23 fevral 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 3(059)-44/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-44/2024 saylı və 3(059)- 45/2024 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-44/2024 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs barəsində 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokollar Siyəzən RPŞ-nə 11 fevral 2024-cü il tarixdə daxil olmuş RPŞ-nin CAB-nin rəisi Şahid2 raportu əsasında tərtib etmişdir. Bundan əlavə, Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 08:55-də isə azad olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 02:00 radələrində sərxoş vəziyyətdə RPŞnin CAB-ın rəisi Şahid2 yaşadığı Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki evin qarşısına gələrək, orada ünvanlı, eləcə də, ünvansız nalayiq ifadələr işlətməklə, edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid2 5 ilə yaxındır ki, tanıyır, sonuncu ilə münasibətləri normal olmuşdur. 11 fevral 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında 0,500 qramlıq spirtli içki olan qırmızı şərab qəbul etdikdən sonra, gecə saat 02:00 radələrində RPŞ-nin CAB-nin rəisi Şahid2 yaşadığı Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki evin qarşısına gedərək, zənglərinə cavab vermədiyi üçün, sonuncunu çölə çağırmış, habelə ondan narkotik vasitələrin dövriyyəsi ilə bağlı saxlanılmasının səbəbini soruşmuşdur. Lakin, Şahid2 onun sualına cavab verməmiş, bu səbəbdən də, aralarında sözlü mübahisə yaranmış, habelə sonuncuya məxsus “Chevrolet Niva” markalı avtomobilə əyləşərək Siyəzən RPŞ-nə gəlmişdir. Daha sonra, Şahid2 onu RPŞ-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 təhvil vermiş, habelə RPŞ-nin növbətçi hissəsində həmin gün 02:30-dan saxlanılmış, 08:55-də isə azad olunmuşdur. Bundan başqa, spirtli içkinin təsiri altında olduğundan mübahisə zamanı Şahid2 nalayiq ifadələr ilə təhqir edib-etməməsini xatırlamır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid2 izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Siyəzən rayon sakini kimi tanımışdır. 11 fevral 2024-cü il tarixdə, saat 01:30 radələrində yaşadığı Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki evdə olarkən, Şəxs ona mobil telefon vasitəsilə zəng vuraraq, vacib işinin olduğunu qeyd etmiş, o da, öz növbəsində Azada evdə olduğunu, lakin İmişli rayonuna getməyə hazırlaşdığını, səhər görüşüb sözünü deməsini bildirmişdir. Buna baxmayaraq, Şəxs onun yaşadığı evin giriş qapısının üzərindən tullanmaqla, həyətinə gəlmiş, habelə hal-əhval tutaraq, saxlanıldıqdan sonra narkotik vasitə istifadə etmədiyini bildirməklə, ona təşəkkür etmişdir. Daha sonra, Şəxs spirtli içki qəbul etdiyindən, habelə özü 2 saatdan sonra İmişli rayonuna gedəcəyi üçün, sonuncudan çıxıb getməsini istəmişdir. Lakin, Şəxs getməyərək, onun ünvanına nalayiq ifadələr işlətmiş, habelə səs-küy salmış, nəticədə qonşular bayıra çıxmışdır. Bundan sonra, Siyəzən RPŞnin növbətçi hissəsinə zəng vuraraq, bu barədə məlumat vermiş, habelə Şəxs xidməti “Chevrolet Niva” markalı avtomobilinə əyləşdirmişdir. Əvvəlcə məqsədi Şəxs evinə aparmaq olsa da, sonuncu avtomobildən enməyəcəyini, onunla birlikdə İmişli rayonuna gedəcəyini bildirmişdir. Bu zaman, RPŞ-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 gəlmiş, habelə Şəxs spirtli içkinin təsiri altında olduğundan sonuncunu, RPŞ-yə aparmasını bildirmişdir. Bundan başqa, hadisə zamanı o, mülki geyimdə, Şahid1 isə xidməti geyim formasında olmuşdur. Məhkəmə iclasında şahid, Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 izahatında göstərdi ki, 11 fevral 2024-cü il tarixdə əməliyyat istintaq qrupunun üzvü olmuş, habelə həmin tarixdə, gecə saat 2-yə işləmiş, növbətçi hissədən ona zəng gəlmiş, təcili olaraq RPŞ-nin CAB-nin rəisi Şahid2 yaşadığı Siyəzən şəhərinin A.Qaradağlı küçəsinə getməli olduğu bildirilmişdir. Bundan sonra, sözügedən küçəyə getmiş, evə çatmasına az müddət qalmış Şahid2 xidməti “Chevrolet Niva” markalı, gümüşü rəngli avtomobili ilə qarşılaşmışdır. Bu zaman Şahid2 nə baş verdiyini soruşmuş, sonuncu Şəxs spirtli içkinin təsiri altında olduğunu, dəfələrlə onun yaşadığı evin qarşısına gələrək, nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra, Şəxs, Şahid2 xidməti avtomobilindən düşürdüb öz avtomobillərinə əyləşdirmək istədikdə, Azad onların qanuni tələblərinə qəsdən tabe olmamış, habelə nalayiq ifadələr işlətmişdir. Daha sonra, Şəxs RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, sonuncu alkotesterdən keçirilmiş, sənədləşdirmə işləri aparılmışdır. Lakin, bu zaman Şəxs inventarlara zərər vurmamışdır. İşdə olan sənədlərdən, o cümlədən raportdan və izahatlardan görünür ki, Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 02:00 radələrində Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid2 yaşadığı Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki evin qarşısına gələrək, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin sonuncunun yaşadığı evin darvazasını möhkəm döyərək ətrafda yaşayan şəxsləri narahat etmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşının nizam-intizama riayət etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmayıb, öz hərəkətlərini davam etdirmiş, habelə ictimai qaydanı pozmuşdur. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 14 fevral 2007-ci il təvəllüdlü Lalə və Jalə, 10 iyun 2012-ci il təvəllüdlü Pərvanə və 17 fevral 2018-ci il təvəllüdlü Şükran adında uşaqları vardır. İşdə olan 11 fevral 2024-cü il tarixdə, saat 02:23-də tərtib edilmiş 00152 nömrəli alkotesterin nəticəsinə dair qəbzdən görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,227 promil olmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Belə olan halda, inzibati xəta hadisələri baş verən zaman Şəxs alkoqolun konsentrasiyasının 0,227 promil olması və bunun da sərxoşluq vəziyyəti yaratmaması nəzərə alınmalı və bu hal onun əməllərinə münasibətdə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməməlidr. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində 4 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, təqsirinin dərəcəsini, yəni ilk dəfə bu qəbildən olan inzibati xəta törətməsini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yuxarıda qeyd edilən yüngülləşdirən halın mövcud olmasını nəzərə alaraq, onun İXM-nin 510-cu və 535.1-ci maddələriinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 11 fevral 2024-cü il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 08:55-də azad olunmuşdur. Hazırda, İXMnin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar