Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-46/2023 13.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərərçəkmiş şəxs1, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X6 iştirakları ilə 27 avqust 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə ali təhsilli, işləməyən, Siyəzən şəhərinin Fizuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Vidadi küçəsində yerləşən 45 saylı evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X10 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı, 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı və 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədlərinin icrasını üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, habelə mülkiyyətində olan avtomobili təqdim etməmişdir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X10 tərəfindən 13 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya rəisi X10 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs barəsində icraatda beş icra sənədi olsa da, onlardan biri inzibati cərimə olduğu üçün, yuxarıda sadalanan dörd icra sənədi üzrə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Belə ki, borclu Şəxs həmin icra sənədlərinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir, mülkiyyətində olan avtomobilin üzərinə "xxxx" MMM QBKT-yə olan borcu ilə bağlı qərardadla həbs qoyulmasına baxmayaraq, həmin avtomobili təqdim etmir. Borclu Şəxs izahatı alınarkən o, həmin icra sənədləri ilə bağlı yuxarı instansiya məhkəmələrinə şikayət verdiyini, avtomobilin istifadəsində olmadığını və icra məmurunun onu rəsmi dəvət etmədiyini bildirmişdir. Halbuki, Zərərçəkmiş şəxs3 tələbkar olduğu icra sənədi üzrə borclu Şəxs ünvanına bildiriş göndərilmiş, həmçinin Siyəzən poçt filialı sorğuya cavab olaraq məktubun Şəxs çatdırıldığını göstərmişdir. Bundan əlavə, 15 fevral 2023-cü il tarixdə məhkəmədə avtomobilin üzərinə həbs qoyulması ilə bağlı təqdimata baxıldıqdan sonra, Şəxs şöbəyə dəvət olunaraq digər icra sənədləri ilə tanış edilmiş, lakin sonuncu icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq şöbədən qaçmış və bu barədə müvafiq akt tərtib olunmuşdur. Həmçinin, Apellyasiya və Ali Məhkəmələrə verdiyi şikayətlərlə bağlı Şəxs məhkəməyə verilmiş sorğu əsasında, 2(059)-270/2022 saylı icra sənədi üzrə şikayətin olmamasının qeyd olunduğu da bildirimişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda da icra sənədi üzrə yuxarı instansiya məhkəmələrinə şikayət verildikdə, həmin icra sənədi üzrə icraatın dayandırıldığı göstərilmişdir. Lakin, rayon icra və probasiya şöbəsində bu barədə məlumat olmamış, habelə borclu bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, borclunun istifadəsində olan ***-***-**-** nömrəsinə icra sənədləri üzrə Sms bildirişlər göndərilmiş, həmçinin çıxarışlar iş materiallarına əlavə edilmişdir. Tərəflərindən müvafiq tədbirlər görülmüş, borcluya hüquq və vəzifələri izah olunmuşdur. Hal-hazırki vaxta borclu Şəxs ekspertiza xərclərinə görə 75 manat, mənəvi zərərin ödənilməsi ilə bağlı 250 manat, Zərərçəkmiş şəxs1 və "xxxx" MMM QBKT-yə isə ümumilikdə 8546 manat 40 qəpik və 5304 ABŞ dolları borcu qalmışdır. Tələbkarlardan Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, sonuncuya heç bir ödəniş olunmadığını göstərsə də, "xxxx" MMM QBKT-nin məktubunda Şəxs onlara 4737,22 ABŞ dolları borcunun olduğunu qeyd etmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı icra sənədi üzrə Şəxs mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulsa da, sonuncu avtomobili 15 il olar satdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, rəsmi qaydada Siyəzən rayon icra və probasiya şöbəsinə dəvət olunmamış, habelə onunla yalnız telefon zəngi ilə əlaqə saxlanılarkən rəsmi formada dəvət edilməli olduğunu bildirmişdir. Bundan əlavə, ona SMS formasında bildiriş göndərilsə də, o, həmin bildirişləri rəsmi xəbərdarlıq kimi qəbul etməmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən "xxxx" MMQBKT-dən kompensasiya aldığından ödənişləri etməmiş, nəticədə yaranmış borc zaminin əmək haqqına yönəldilmiş, habelə onun adına qeydiyyata alınmış və 15 il öncə etibarnamə ilə Zülfü adlı şəxsə satdığı avtomaşının üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, Zülfü ölməmişdən həmin avtomaşını əvvəl öz yeznəsinə, o da öz növbəsində üçüncü şəxsə satmışdır. Həmçinin, o, Zərərçəkmiş şəxs1 olan borcu ilə əlaqədar apellyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti vermiş, lakin ona vəkilin köməkliyi ilə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də, o, yenidən vəkilinin köməkliyi ilə müraciət etməyi düşünür. Bundan başqa, o, hazırda işləmədiyindən qeyd edilən borcları ödəmək imkanı yoxdur, həmçinin kirayə mənzildə yaşamaqla, himayəsində iki azyaşlı övladı da vardır. Beləliklə, Siyəzən PPŞ-nin rəisi 13 mart 2023-cü il tarixdə, saat 10:00-da onu şöbəyə çağıraraq, barəsində məcburi gətirmə qərarının olmasını bildirməklə, Siyəzən rayon icra və probasiya şöbəsinə getməli olduğunu qeyd etdiyi üçün icra və probasiya şöbəsinə gəlmişdir. Bundan əlavə, o, 15 fevral 2023-cü il tarixdə rayon icra və probasiya şöbəsindən qaçmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs bu müddət ərzində ona əsəb stress yaşatmış, onun əmlakını mənimsəyərək ona külli miqdarda zərər vurmuşdur. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətindən sonra sonuncu ona məxsus reklam lövhələrini qırmaqla da, ona zərər yetirmişdir. Şəxs məhkəmənin qanuni qüvvəsini almış məlum qətnaməsinə əsasən hesablanmış borcundan bu günə qədər ödəniş etməmişdir. Bundan əlavə, Şəxs ona məxsus əmlakı mənimsəyərək əşyaları başqa gözəllik salonuna satmışdır. Həmçinin, Şəxs ona məxsus əmlaka zərər vurmaqla, yanaşı vəhşicəsinə obyektində olan əşyaları məhv etmiş, nəticədə ona 11000 manatdan çox zərər dəymişdir. Habelə, əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunsa da, bəzi əşyalar ekspert tərəfindən qiymətləndirilməmişdir. Odur ki, Şəxs barəsində ən ağır tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" MMM QBKT-ya və Zərərçəkmiş şəxs3 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməsələr də, "xxxx" MMM QBKT-nin İcra İşləri Üzrə Baş Hüquqşünası Camal Orucov rayon icra və probasiya şöbəsinə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda, qalıq borcun ödənilməsi ilə bağlı borclular barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini rica etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərin, o cümlədən nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı, 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı və 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmış, həmçinin SMS çağırışlar göndərilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı icra sənədinə əsasən icra vaxtı manata olan məzənnə ilə cəmi 7915,37 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu borclular Şəxs, X2 və X1 müştərək qaydada alınaraq, "xxxx" X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrasının təmini məqsədi ilə bu məhkəmənin 15 fevral 2023-cü tarixli, 8(059)- 2/2023 saylı qərardadı ilə Şəxs mülkiyyətində olan “Daewoo Espero” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı, KLAJF19W1WB235809 ban nömrəli minik avtomobilinin üzərinə həbs qoyulmuş, qərardadın icrası Siyəzən rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-yə tapşırılmış, lakin, tələbin yönəldilməsi məqsədilə avtomobilin aidiyyəti üzrə təhvil verilməsi müəyyən edilməmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalı, həmçinin borclular Şəxs və X4 müştərək qaydada tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməlidir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər nazirinə ünvanlanmış və müvafiq Nazirliyin Katibliyində 15 mart 2022-ci il tarixdə, 001-13122/51 nömrə ilə qeydiyyata alınmış elektron müraciətdə öz əksini tapmış sözlər, söz birləşmələri və ifadələr şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya alçaldan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, eyni qaydada Azərbaycan Respublikasının Daxili İşlər nazirinə təkzib məktubu yazılmaqla, Zərərçəkmiş şəxs3 üzr istənilməsi vəzifəsi borclu Şəxs üzərinə qoyulmuşdur. Həmçinin, bu icra sənədi üzrə mənəvi zərərin əvəzi olaraq 250 manat borclu Şəxs tutularaq, tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə, aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat borclular X3 və Şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən icra sənədləri 13 fevral 2023cü il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 8(059)-3/2023 saylı qərardadı ilə bu məhkəmənin 22 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmışdır. İşdə olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 fevral 2023-cü il tarixli aktların surətlərindən görünür ki, borclu Şəxs həmin tarixdə şöbədə olarkən ona izahat yazmaq təklif olunsa da, o bundan imtina etmiş, həmçinin ona 2(059)-63/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərarın və bildirişin təqdim olunmasına baxmayaraq, o, qəbul etmə barədə qeyd aparmaqdan imtina etmişdir. Eyni zamanda, borclu Şəxs digər işlərlə bağlı tərtib edilmiş protokollarla ilə tanış edildikdən sonra, o, yayınaraq şöbədən qaçmışdır. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və "xxxx" MMM QBKT tərəfindən müvafiq olaraq 12 və 13 mart 2023-cü il tarixlərdə tərtib edilməklə, Siyəzən Rayon Məhkəməsinə, eləcə də rayon icra və probasiya şöbəsinə ünvanlanmış ərizələrin surətlərindən görünür ki, onlar borclu Şəxs müvafiq olaraq Siyəzən Rayon Məhkəməsinin 19 may 2014-cü il tarixli, 2(059)-312/2014 saylı və 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədləri üzrə borcların ödənilməsindən yayındığını göstərmiş, habelə bununla bağlı məcburi, o cümlədən sərt icra tədbirlərinin görülməsini xahiş etmişlər. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 16 dekabr 2008-ci il təvəllüdlü Namidan və 29 iyun 2010-cu il təvəllüdlü Xuraman adında uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə borcun miqdarının kifayət qədər olmasını, ötən müddət ərzində ümumiyyətlə, həmçinin lazımınca ödənişlərin olmamasını, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində məcburi gətirmə tətbiq edilməklə, müəyyən müddətdə icradan qaçaraq, yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olması kimi məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 13 mart 2023-cü il tarixdə, saat 10.00-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 13 mart 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-46/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-46/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver