Məhkəmə qərarları › İş №3(059)-46/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-46/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-46/2024 04.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisifərdi qaydada fəaliyyət göstərən Vəkil, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən RPŞ-nin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunun, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-də təmizləyici işləyən, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 yanvar 2024cü il tarixdə, saat 18:00 radələrində əsəbi halda yaşadıqları ünvan 1 ünvanında yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs üz nahiyəsindən əli ilə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən 04 mart 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Siyəzən rayon X4 qrupundan daxil olmuş rədd materialı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməklə, aidiyyəti üzrə baxılması məqsədilə Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində işdən evə gələrkən, zərf gəldiyini, habelə Siyəzən RİHB-nın Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş rəydə, qızı Zərərçəkmiş şəxs istəyi ilə atası Qanuni nümayəndə himayəsinə verilməsinin məqsədəmüvafiq hesab edildiyinin yazıldığını oxumuş, bu zaman, qızını yüksək səs tonu ilə yanına çağırsa da, sonuncunun üz nahiyəsinə sillə vurmamış, həmin vaxt əlində bıçaq olmamış, eyni zamanda, qızının hansı səbəbdən xəsarət almasından məlumatı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq hesab edir ki, onun bu əmələ, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə münasibətdə təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə bu əməllə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində əmisi Ramiq gildə, sonuncunun uşaqları Zərxanım və Adəm ilə birgə oynadığı vaxt anası Şəxs onu çağırmış, habelə ona Siyəzən Rayon İcra Hakimiyyətində komissiyanın iclasında olarkən atasını seçdiyini bildirmişdir. Bu zaman qorxduğu üçün anası Şəxs, komissiya zamanı onu seçdiyini bildirsə də, anası onun yalan danışdığını bildirməklə, üzərinə bıçaq çəkmiş, habelə sol əli ilə üz və ağız nahiyəsinə beş dəfə sillə zərbəsi vurmuş, nəticə də isə dodağı qanamışdır. Həmin vaxt o, əmisi Ramiqin evinə getmiş, oradan əmisi arvadı Nübarın mobil telefonu ilə atası Qanuni nümayəndə mobil telefonuna zəng etmiş, habelə sonuncudan evə gəlib, onu aparmasını istəmiş, həmçinin atası evə gəldikdən dərhal sonra, Siyəzən RPŞ-yə, növbəti gün isə, ekspertizadan keçirilməsi üçün xəstəxanaya getmişlər. Qeyd edir ki, anası onu vuran zaman evdə ikisi olmuşdur. Hazırda anası Şəxs ilə barışmamaqla, ondan şikayətçidir, habelə bu fikrinə atasının heç bir təsiri yoxdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin mərkəzində olarkən qardaşı arvadı Nübarın mobil telefonundan öz mobil telefonuna zəng gəldiyini görmüş, bu zəng zamanı qızı Nuray anası Nüşabənin Siyəzən Rayon İcra Hakimiyyətində sonuncudan boşanması ilə bağlı təşkil edilən komissiyanın iclasında onu seçdiyini bildiyini, buna görə də, anasının qəzəbindən qorxduğunu qeyd etmiş, habelə ondan qısa zaman kəsiyində evə gəlməsini istəmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra evə çatmış, evin qapısını açıb, dəhlizə daxil olarkən mobil telefonu ilə video qeydiyyat aparmış, habelə dodaqları qanlı olan qızından nə baş verdiyi soruşmuşdur. Sonra, qızı ilə birlikdə RPŞ-yə gedib məlumat vermiş, habelə növbəti gün isə qızını xəstəxanaya aparıb, müvafiq ekspertizadan keçirmişdir. Qeyd edir ki, qızı Nuray onunla və anası X2 ilə birlikdə yaşayır. Hazırda Şəxs şikayətçi olmaqla, onunla barışmaq niyyəti yoxdur. Məhkəmə iclasında nümayiş etdirilməklə, tədqiq olunmuş 12 yanvar 2024-cü il tarixdə baş vermiş hadisəni əks etdirən görüntünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Diskdəki videogörüntüdə həmin tarixdə, saat 18:14 radələrində ev şəraitində Şəxs bərkdən qışqırması, eləcə də, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ucadan ağlaması müşahidə olunur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, həmin qərarın surətindən və işin faktiki hallarından görünür ki, Şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs üz nahiyəsindən əli ilə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13 yanvar 2024-cü il tarixli, 07 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alt dodağın selikli qişasının sıyrığı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti bir günə qədər olub 12 yanvar 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə 04 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Şəxs şikayətçidir və barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş edir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" ASC-də təmizləyici işləyən Şəxs xx xxxxxx 2012-ci il təvəllüdlü Nuray və 30 aprel 2014-cü il təvəllüdlü Hüseyn adında iki yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 18:00 radələrində yaşadıqları ünvan 1 ünvanında yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs üz nahiyəsindən əli ilə vuraraq, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qadın olmaqla, iki yetkinlik yaşına çatmayan uşağının və faydalı əmək fəaliyyəti ilə məşğul olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bununla belə onun məsuliyyətini yüngülləşdirən halların olmasını, o cümlədən qadın olmaqla, himayəsində yetkinlik yaşına çatmayan uşağının və faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar