Məhkəmə qərarları › İş №3(059)-477/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-477/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-477/2025 03.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Qərarından şikayət verilən orqanın nümayəndəsi- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin böyük məsləhətçi-müfəttişi X8, Protokol tərtib etmiş vəzifəli şəxs- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin böyük məsləhətçi-müfəttişi X4 iştirakları ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin rəisi Süleyman Kərimovun 07 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin rəisi Süleyman Kərimovun 07 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X8 təqdim etdiyi 07 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 qərarı həmin tarixdə şəxsən imza etməklə qəbul etmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından məhkəmə baxışından çıxarılmaqla ona əlavə olunmuş sənədlər ilə birlikdə Famil Hasilova geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə qeyd olunanlara və təqdim olunmuş sənədə əsasən hesab edir ki, hazırkı iş üzrə qanunun qeyd edilən tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Bu səbəbdən də, X5 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin rəisi Süleyman Kərimovun 07 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından şikayət məhkəmə baxışından çıxarılmaqla, ona əlavə edilmiş sənədlər ilə birlikdə Famil Hasilova geri qaytarılmalıdır. Həmçinin, şikayətçiyə, müddəti üzrlü səbəbdən buraxdığı halda şikayətinə müddətin bərpasına dair vəsatəti əlavə etməklə, məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsi və X6 Xidmətinin 13 saylı Quba-Xaçmaz regional bölməsinin rəisi Süleyman Kərimovun 07 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayət məhkəmə baxışından çıxarılmaqla ona əlavə olunmuş sənədlər ilə birlikdə Famil Hasilova geri qaytarılsın. Şikayətçiyə, müddəti üzrlü səbəbdən buraxdığı halda şikayətinə müddətin bərpasına dair vəsatəti əlavə etməklə, məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar