Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-478/2025 27.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Abşeron rayonunun Pirəşkül-1 H/Ş, N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı icra sənədi üzrə 1515 manat, həmin məhkəmənin 13 mart 2025-ci il tarixli, 2(059)-212/2025 saylı icra sənədi üzrə isə 3760 manat olmaqla, cəmi 5275 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 27 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs xeyrinə aliment borcu Şəxs Silahlı Qüvvələrdən ehtiyata buraxılana kimi yəni, 19 iyul 2024-cü il tarixədək sonuncunun əmək haqqından tutulmuşdur. Belə ki, Şəxs ehtiyata buraxıldıqdan sonra aliment borcu üzrə ödənişlər etməməklə bərabər sonuncunun sözü gedən hər iki icra sənədi üzrə cəmi 5275 manat məbləğində aliment borcu yaranmışdır. Bundan başqa, Şəxs aliment borcunu ödəmək niyyətində olmadığını bildirməklə yanaşı, zərərçəkmiş şəxs ilə birgə nikahından doğulmuş uşaqların onun himayəsinə verilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Silahlı Qüvvələrdə xidmət edərkən aldığı 1414 manat məbləğində əmək haqqı ilə aliment borcunu vaxtlı-vaxtında ödəsə də, hazırda ehtiyata buraxılmışdır. Eyni zamanda, Siyəzən rayonunun Yenikənd kəndində valideynləri ilə birlikdə yaşamaqla yanaşı, təsərrüfatında olan təxminən 100-150 ədəd ev quşları ilə şəxsi maddi xərclərini qarşılayır və ondan tələb edilən alimenti ödəmək niyyəti yoxdur. Bununla yanaşı, səhhətində olan problem ilə əlaqədar ağır fiziki işlərdə işləyə bilmir. Belə ki, cari ildə mədə və 12 barmaq bağırsağında olan problem ilə əlaqədar xəstəxanaya müraciət etmiş, habelə 10 gün müddətində stasionar müalicə aldıqdan sonra, ona cərrahi əməliyyat olunması məsləhət bilinmişdir. Bundan başqa, övladlarının zərərçəkmiş şəxsin atası Valid ilə birgə yaşamasına etiraz edir. Hesab edir ki, keçmiş qayınatasının yaşadığı evdə nalayiq ifadələr işlətməsi, spirtli içki qəbul etməsi övladlarının tərbiyəsinə mənfi təsir göstərir. Odur ki, övladlarının onun yanında və himayəsində saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs Silahlı Qüvvələrdə xidmət edərkən aliment borcunu vaxtlı-vaxtında ödəsə də, sonuncu ehtiyata buraxıldıqdan sonra iki icra sənədi üzrə cəmi 5275 manat aliment borcu yaranmışdır. Odur ki, yaranmış borcun ödənilməsini, əks təqdirdə Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(059)-337/2023 saylı icra vərəqəsi icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 10 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 10 oktyabr 2023-cü il tarixdə imza etməklə qəbul etmiş, həmçinin sözügedən icra sənədi 10 sentyabr 2024-cü il tarixdə ərazi aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, habelə bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 15 oktyabr 2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(059)- 212/2025 saylı qətnaməsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 11 iyun 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 11 iyul 2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X3 26 mart 2025-ci il tarixli ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Şəxs 12 barmaq bağırsağında yaranmış yara (xora) səbəbindən qan itirmiş, bunun nəticəsində onda qan azlığı yaranmış, həmçinin o, xroniki qastrit xəstəliyindən əziyyət çəkir. İşdə olan OKİ Hospital tərəfindən 31 oktyabr 2024-cü il tarixdə verilmiş bel-oma nahiyyəsinin MRT müayinəsinin nəticəsindən görünür ki, Şəxs, T12-L1 diskdə dural kisəni sıxan 3 mm ölçülü sol paramedian protruziya. L4-5 diskdə sağ nevral foramni daraldan və sağ sinir kökcüyünə kontakt göstərən 4 mm ölçülü sağ foaminal1/ekstraforaminal yırtıq mövcuddur. İşdə olan Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini-Mərkəzi Hərbi Həkim Komissiayasının sədri tərəfindən imzalanmış 26 iyul 2018-ci il tarixli, 5849 saylı arayışın surətindən görünür ki, Şəxs, ümumi zəifik, qarında ağrıların olması və yüngülvari sarılıqla müşayiət olunan xoşxassəli hiperilirubinemiya xəstəliyindən əziyyət çəkməklə, bu xəstəliyi hərbi xidmət dövründə almış, habelə o, sıradan kənar hərbi xidmətə yararlı hesab olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs 27 avqust 2025-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs ona Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli və 13 mart 2025-ci il tarixli icra vərəqələrinə əsasən cəmi 5275 manat aliment borcunun yarandığını, həmin borcu ödəmədiyini, həmçinin borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda adları qeyd olunan müxtəlif və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, bundan başqa, müxtəlif və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsi kimi yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 600 (altı yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-478/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-478/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver