Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-479/2025 27.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs, Siyəzən Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(059)-636/2022 saylı icra vərəqəsinə əsasən yaranmış 6940 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərəfindən 27 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Siyəzən Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli icra vərəqəsi 18 yanvar 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Belə ki, sözügedən icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs Zərərçəkmiş şəxs Əliyevanın xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, icra sənədi şöbəyə daxil olduğu tarixdən hazırki tarixə kimi Şəxs tərəfindən sonuncu dəfə ötən ilin sentyabr ayında 150 manat olmaqla, cəmi 500 manat məbləğində aliment ödənilmiş, habelə sonuncunun hazırda 6940 manat ödənilməmiş aliment borcu vardır. Bununla yanaşı, Şəxs dəfələrlə şöbəyə dəvət edilmiş, sonuncu səhhətində olan problem ilə əlaqədar işləyə bilmədiyini və məhz bu səbəbdən aliment borcunu ödəyə bilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Həmçinin, Şəxs əmlak vəziyyəti yoxlanılmış, lakin borcun yönələ biləcəyi heç bir əmlakı və ya təsərrüfatı aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, səhhətində olan problem ilə əlaqədar işləyə bilmədiyi üçün yığılmış 6940 manat aliment borcunu ödəməmiş, habelə icra məmurunun qeyd etdiyi məbləğdə aliment borcu yaranmışdır. Bundan başqa, gələn ayın sonuna kimi balıqçılıqla məşğul olub, qazanc əldə edərək borcundan ödənişlər edəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, İ qrup əlil olmaqla yanaşı, yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən iaşə obyektində günlük 20 manat məbləğində pulun müqabilində xadimə işləyir. Bundan başqa, Şəxs hər dəfə aliment borcundan ödənişlər edəcəyinə dair vəd versə də, sonuncu bu vədinə əməl etmir. Odur ki, Şəxs şikayətçi olmaqla yanaşı, sonuncu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(059)-636/2022 saylı icra vərəqəsi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 18 yanvar 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 20 iyun 2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 18 may 2023-cü il tarixdə borclu barədə axtarış elan edilmişdir. İş materiallarında olan Siyəzən rayon icra və probasiya şöbəsinin 18 may 2023-cü il tarixli borclunun axtarışı haqqında qərarının, Siyəzən rayon Polis Şöbəsinin 25 avqust 2025-ci il tarixli, 3-13-106/2-10113/2025 saylı məktubunun, eləcə də rayon icra və probasiya şöbəsinin 25 avqust 2025-ci il tarixli iltizamının surətlərindən görünür ki, axtarışda olan Şəxs 25 avqust 2025-ci il tarixdə, RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib təhvil verilmiş, habelə həmin gün ondan iltizam alınaraq sərbəst buraxılmışdır. Həmçinin, zərərçəkmiş şəxs Ayğün Tağıyeva 27 avqust 2025-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs ona Siyəzən Rayon Məhkəməsinin sözügedən icra vərəqəsinə əsasən 6940 manat aliment borcunun yarandığını, həmin borcu ödəmədiyini, həmçinin borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, zərərçəkmiş şəxs Ayğün Tağıyeva İ dərəcə əlilliyi olan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, həmçinin aliment borcunun miqdarının kifayət qədər yüksək olmasını, bir ilə yaxın müddət ərzində ümumiyyətlə, ödənişlərin olmamasını, icra sənədinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, barəsində axtarış elan edilməklə, müəyyən müddətdə axtarışda olmasını, dövlətin adından çıxarılmış, icrası məcburi olan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməməsini, zərərçəkmiş şəxsin İ qrup əlillik dərəcəsinin olmasını bildiyi halda yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün təyin olunmuş aliment borcunu ödəməyərək, ona kömək etməməsini, bununla da, zərərçəkmiş şəxsin, eləcə də, cəmiyyətin heysiyyətinə toxunmasını, millimənəvi dəyərlərə hörmət qoymayaraq cəmiyyətdə mənfi emosiyalar doğurmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan başqa, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 27 avqust 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №3(059)-479/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-479/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver