Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-49/2022 18.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Nümayəndə iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri, Ş. Baxşıyev küçədəki 10 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.1 və 333.1-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 03 mart 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 03 mart 2022-ci tarixdə, saat 13:00 radələrində, Siyəzən şəhərinin H.Əliyev küçəsindən Ş.Baxşıyev küçəsi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, həmçinin narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Nümayəndə tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs son 1 il müddətdə heç bir inzibati xəta törətməsə də, 03 mart 2022-ci tarixdə, saat 13:00 radələrində, Siyəzən şəhərinin H.Əliyev küçəsindən Ş.Baxşıyev küçəsi istiqamətində hərəkətdə olarkən Tofaş Şahin markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınını təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə tərəfindən saxlanılmış, bu zaman Şəxs özünü şübhəli apardığı üçün Siyəzən RPŞ-yə aparılmış, orada axtarış zamanı üzərindən və ya avtomobilindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, Şəxs sərxoş olub-olmamasının yoxlanılması məqsədilə sonuncu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılmış, habelə orada onun narkotik vasitənin təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmiş və o, İXMnin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol müvafiq qaydada məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilərək izahatında bildirdi ki, o, 03 mart 2022-ci tarixdən təxminən 1 həftə əvvəl ad günü məclisində olarkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 03 mart 2022-ci tarixdə, saat 13:00 radələrində, idarə etdiyi Tofaş Şahin markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev küçəsindən Ş.Baxşıyev küçəsi istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Nümayəndə tərəfindən saxlanılmış, bu zaman özünü şübhəli apardığı üçün Siyəzən RPŞ-yə aparılmış, orada axtarış zamanı üzərindən və ya avtomobilindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, o, sərxoş olub-olmamasının yoxlanılması məqsədilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılmış, habelə orada onun narkotik vasitənin təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 03 mart 2022-ci tarixdə, saat 13:00 radələrində, Siyəzən şəhərinin H.Əliyev küçəsindən Ş.Baxşıyev küçəsi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, həmçinin narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 03 mart 2022-ci il tarixli, 36 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs həmin narkotik vasitə marixuananın qəbulu nəticəsində məst olma halı ilə əlaqədar yüngül dərəcəli sərxoş olmuşdur. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Nümayəndə tərəfindən tərtib olunmuş 03 mart 2022-ci il tarixli aktdan, eləcə də eyni tarixli iltizamdan görünür ki, Tofaş Şahin markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün cərimə meydançasına yerləşdirilsə də, sonradan oradan çıxarılmaqla, aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 11 dekabr 2013-cü il təvəllüdlü Xədicə adında uşağı vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib ona 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-49/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-49/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver