Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-49/2024 11.03.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Neftçala rayonunun Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olan, Neftçala rayonunun Aşağı Surra kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş 11 mart 2024-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 08 dekabr 2023-cü il tarixdə, saat 15:20-də, Bakı- Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində idarəsindəki “Man” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı, “Panav” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu olan yük avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən Azərbaycan Respublikası Strateji X1 Agentliyinin Siyəzən rayon regional idarəsinin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Jac” markalı, ** PM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncunun idarə etdiyi avtomobilə 4920 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə, saat 15:20-də, Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində idarəsindəki “Man” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı, “Panav” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu olan yük avtomobili ilə Quba istiqamətində hərəkətdə olarkən onunla eyni zolaqda hərəkət edən Azərbaycan Respublikası Strateji X1 Agentliyinin Siyəzən rayon regional idarəsinin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Jac” markalı, ** PM *** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün manevr etmiş, lakin, arxadan başqa avtomobilin gəldiyini gördüyündən, yenidən sağ zolağa qayıtmış və nəticədə Şəxs idarə etdiyi avtomobilin ön sol hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sağ hissəsi toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi zərər vurulmaqla yanaşı, Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olduğundan barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi olsa da, 08 dekabr 2023-cü il tarixdə Abşeron rayonu ərazisində yerləşən taxıl zavodundan "xxxx" ASC-yə quş yemi aparmaq məqsədilə “Man” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı, “Panav” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu olan yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi yolunda hərəkət etməyə başlamış, habelə bu zaman hava şəraiti çiskinli olmuşdur. Həmin gün, saat 15:20-də cəmiyyətin yerləşdiyi əraziyə çatmağına təxminən 1 kilometr qalmış, yəni, Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində sağ hərəkət zolağı ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə, həmçinin eyni hərəkət zolağında hərəkətdə olan Azərbaycan Respublikası Strateji X1 Agentliyinin Siyəzən rayon regional idarəsinin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Jac” markalı, ** PM *** dövlət qeydiyyat nişanlı avtomaşını ötmək üçün manevr etmiş, lakin həmin an arxadan yolun sol hərəkət zolağı ilə gələn avtomobilin də ötmə əməliyyatı etməklə yanaşı, avtomobilinə çatdığını görüb, idarə etdiyi avtomobili yenidən sağ zolağa qaytarmış, bu vaxt idarə etdiyi avtomobilin ön sol hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa sağ hissəsi toqquşmuşdur. Bundan sonra, idarə etdiyi avtomobili saxlamış, habelə həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə 3 nəfər olmuş, sərnişinlərdən biri xəsarət almışdır. Bundan sonra, hadisə yerinə əvvəlcə X7nin, daha sonra isə, təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmişlər. Hazırda dəymiş ziyandan 3000 manatını ödəsə də, 1500 manatı ödənilməmiş qalmışdır. Bununla yanaşı, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasının, dəymiş ziyanın əsas hissəsini ödəməsinin, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını, barəsində inzibati həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin, eləcə də Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinin 25 dekabr 2023-cü il tarixli, 3-13-16/2-179536/2023 nömrəli məktubunun surətlərindən görünür ki, Şəxs 28 aprel 2021-ci il tarixdən 28 aprel 2031-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan, 09 dekabr 2023-cü il tarixli, preyskurantın surətindən görünür ki, “Jac” markalı, ** PM *** dövlət qeydiyyat nişanlı avtomaşına görülən işlərin, eləcə də, ehtiyat hissələri və materialların yekun dəyəri 4920 manat təşkil etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 4582/K saylı rəyindən görünür ki, Şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 06 fevral 2011-ci il təvəllüdlü Fatimə və 16 dekabr 2022-ci il təvəllüdlü Ceyran adında uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 332.4‒332.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin 4-cü hissəsinin 3 və 4-cü bəndlərinə əsasən “B və C” kateqoriyaları, “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3,500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçündür. Bu Qanunun sözügedən maddəsinin 4-cü hissəsinin 7-ci bəndinə əsasən “CE” kateqoriyası - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçündür. Bu mənada, iş materiallarında olan mötəbər sübutlarla müəyyən edildi ki, “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olan Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ (“CE” kateqoriyası) olmadan “Man” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı, “Panav” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı yarım qoşqusu olan yük avtomobili idarə etmiş, habelə 08 dekabr 2023-cü il tarixdə, saat 15:20-də, Bakı-Quba- Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü kilometrliyində təqsirli hərəkətləri nəticəsində Azərbaycan Respublikası Strateji X1 Agentliyinin Siyəzən rayon regional idarəsinin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Jac” markalı, ** PM *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmaqla, həmin avtomaşına maddi zərər vurmuşdur. Bu səbəbdən də, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin əsas hissəsini ödəməsi, himayəsində biri azyaşlı olmaqla, 2 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yuxarıda sadalanan yüngülləşdirən halların isə olmasını nəzərə alaraq, Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda, Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərərin qalıq hissəsini Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması zərərçəkmiş tərəfə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs inzibati xəta törətməsi nəticəsində yaranmış zərərin qalıq hissəsini Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması zərərçəkmiş tərəfə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-49/2024
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-49/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver