Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-50/2022 10.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əməka fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Nardaran kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi Xəzər markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba beton yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən stasionar postunda saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda içərisində 0,238 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 10 mart 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi Xəzər markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba beton yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən stasionar postunda saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda içərisində 0,238 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürüldüyünü bildirdi. Həmçinin, o, 31 yanvar 2022-ci il tarixli qərarla Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, istifadəsindəki Xəzər markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir müddət əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 27 noyabr 2021-ci il tarixdə oğluna baş çəkmək üçün Sumqayıt şəhərinə getmiş, orada yerdən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qızılı rəngli siqaret kağızı bükülünü sonradan istifadə etmək məqsədi ilə götürmüşdür. Bundan sonra, həmin qızılı rəngli bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyi siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofan bükülüyə boşaltmış və əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra, o, 30 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi Xəzər markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba beton yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən stasionar postunda saxlanılmış, habelə razılığı əsasında aparıldığı Siyəzən RPŞ-nin növbətçi hissəsində hüquq, vəzifələri və müdafiə hüquqları izah olunduqdan, habelə bu barədə müvafiq sənədləşdirmə aparıldıqdan sonra üzərində şəxsi axtarışa başlanılmışdır. Bu zaman təklif əsasında o, əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş, o cümlədən soruşulduqda, bükülüdəki kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra, üzərində şəxsi axtarışın davam etdirilməsinə, eləcə də avtomobilinə baxışın keçirilməsinə baxmayaraq, əlavə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar edilməmişdir. Odur ki, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi Xəzər markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba beton yolunun Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən stasionar postunda saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda içərisində 0,238 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və o, barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, toplanmış material üzrə aparılan araşdırma zamanı Şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,218 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Şəxs üzərində və idarə etdiyi avtomobilə keçirilmiş baxış prosesinin 30 noyabr 2021-ci il tarixdə videoçəkiliş ilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, HK-1/1033 saylı materiala əlavə edilmişdir. Eyni zamanda, bu qərarından görünür ki, Şəxs şübhəli kimi 30 noyabr 2021-ci il tarixdə, saat 19:30-da tutulsa da, onun əməlində cinayət tərkibi olmadığına görə 01 dekabr 2021-ci il tarixdə, saat 15:00-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 7/48 nömrəli rəyinin surətinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər...” yazılar və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,238 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 0,218 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 21 yanvar 2022-ci il tarixdə verilmiş 277 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməklə, kifayət qədər yaşının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs 30 noyabr 2021-ci il tarixdə, saat 19:30-da tutulmuş 01 dekabr 2021-ci il tarixdə, saat 15:00-da azad edilmişdir ki, bu da onun barəsində inzibati qaydada cərimə növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. İXM-nin 37-ci maddəsinin İ hissəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin tələblərindən də göründüyü kimi inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir. Bu mənada qeyd olunur ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilmədiyindən sonuncuya məcburi müalicənin tətbiq edilməsi zərurəti aradan qalxmaqla, istisna edilir. Bundan əlavə, Şəxs üzərində və idarə etdiyi avtomobilə keçirilmiş baxış prosesinin 30 noyabr 2021-ci il tarixdə videoçəkiliş ilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, HK-1/1033 saylı materiala əlavə edilməsi nəzərə alınmalı və onun üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,218 qram olan, maddi sübut sayılan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, ona 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,218 qram olan maddi sübut, narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-50/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-50/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver