Məhkəmə qərarları › İş №3(059)-50/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-50/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-50/2025 24.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini-Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Ordubad rayonun, Biləv kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" ASC-də istehsal və istismar, yığışdırma və təmizləmə üzrə bölmə rəhbərli vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X2 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdim: "xxxx" ASC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, təmizləmə briqadasının sanasiya, dərmanlama və dezinfeksiya üzrə sahə rəhbəri Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində həmin briqadanın fəhləsi X1 15 sentyabr 2024-cü il tarixdə, saat 13:30 radələrində ehtiyyatsızlıqdan sağlamlığına az zərər vurulmasına səbəb olmuş və Şəxs barəsində X7 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş əmək müfəttişi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsinin rəis müavini- Nümayəndə X7 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş müvafiq protokolu müdafiə edərək izahatında göstərdi ki, 15 sentyabr 2024-cü il tarixdə, günorta saatlarında "xxxx" ASC-də təmizləmə briqadasının sanasiya, dərmanlama və dezinfeksiya sahəsində fəhlə işləyən X3 cəmiyyətin bir bölməsində işlərini yekunlaşdırdıqdan sonra, digər bölməyə piyada getməli olduğu halda, yüklərin daşınması üçün nəzərdə tutulmuş avtomobil ilə getməyə cəhd göstərmişdir. Belə ki, bu zaman Kifayət Yolçiyeva sözügedən yük avtomobilinin yüklərin daşınması üçün nəzərə tutulmuş hissəsində əyləşmiş, habelə həmin vaxt avtomobildə olan yüklərin üzərinə gəldiyini gördüyü üçün, müvazinətini itirmiş və nəticədə avtomobildən yerə yıxılaraq, xəsarət almışdır. Bununla bağlı cəmiyyətin iki, müfəttişliyin isə bir əməkdaşının iştirakı ilə komissiya yaradılmış, habelə tədqiqat zamanı cəmiyyətdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş, təmizləmə briqadasının sanasiya, dərmanlama və dezinfeksiya üzrə sahə rəhbəri Şəxs vəzifələrini tam icra etmədiyi müəyyən edilmişdir. Eyni zamanda, Siyəzən rayon prokurorluğu tərəfindən təqdim edilmiş ekspertiza rəyindən Kifayət Yolçiyevanın hadisə zamanı sağlamlığına az ağır zərər vurulmaya aid edilən xəsarət olması müəyyən olunur. Bundan əlavə, Xidmətin Quba-Xaçmaz regional şöbəsi tərəfindən cəmiyyətə 02 dekabr 2024-cü il tarixli, 3-17-5/2-87567/2024 nömrəli icrası məcburi göstəriş göndərilərək, analoji hadisələrin qarşısının alınması tələb olunmuşdur. Hazırda inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, "xxxx" ASC-də təmizləmə briqadasının sanasiya, dərmanlama və dezinfeksiya üzrə sahə rəhbəri vəzifəsində işləyir. Məlum hadisə də, həm onun, həm də, həmin sahədə fəhlə işləyən X1 təqsiri vardır. Belə ki, Kifayət Yolçiyeva cəmiyyətin bir bölməsindən digər bölməsinə piyada getməli olsa da, sonuncu buna riayət etməmiş, o, isə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etməli olsa da, işinə məsuliyyətsiz yanaşmış və nəticə də, məlum hadisə baş vermişdir. Hazırda əməlini səmimi şəkildə etiraf etməsinin və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasının nəzərə alınmasını və barəsində aşağı həddə inzibati cərimə tətbiq edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olaraq törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin direktoru A.İsmayılovun 12 fevral 2022-ci il tarixli əmrinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi və gəlir məlumatlarından görünür ki, "xxxx" ASC-nin ayrı-ayrı istehsalat sahələrində, sexlərində və digər istehsalat bölmələrində çalışan işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl edilməsi, qaydalarının yerinə yetirilməsi işinin təşkili və təmini, həmin işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarının yerinə yetirilməsi ilə bağlı təminat və təchizat işləri, üç aydan bir (hər rübdə) təlimatlandırılması və bu barədə müvafiq kitablarda imza atılması, o cümlədən işçilərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarının yerinə yetirilməsi işi və nəzarəti həmin sahə, sex və digər istehsalat bölmələrinin rəhbərlərinə həvalə edilmiş və Şəxs "xxxx" ASCdə istehsal və istismar, yığışdırma və təmizləmə üzrə bölmə rəhbəri vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2024-cü il tarixli, 173 saylı rəyinin surətindən görünür ki, X1 bədəni üzərində qapalı kəllə-beyin zədələnməsi, baş beyin silkələnməsi, alt çənə sümüyün sınığı, alnın, sol qaşüstü və sol göz alması ətrafı nahiyələrinin yumşaq toxumlarının əzilməsi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müayinə olunanın göstərdiyi şəraitdə yarana bilməsi inkar edilmir, boyu hündürlüyündən sərbəst yıxılmaya və öz-özünə yetirilən xəsarətlərə xarakterik deyil, yaranma müddəti 15 sentyabr 2024-cü il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Sözügedən Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, Şəxs İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin aşağı həddində cərimə edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib, ona 1500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar