Məhkəmə qərarları › İş №3(059)-51/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-51/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-51/2021 05.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1969-cu il tarixdə Quba rayonu, Muçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba rayonu, Xaltan ərazi dairəsi, Muçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.3-cü maddəsi ilə Azərbaycan Respublikası Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00 radələrində ona məxsus “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi ilə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında, dəniz kənarında qadağan olunmuş yerdə ova getmiş və 1 ədəd yaşılbaş ördək quşunu ovlamışdır. Bu barədə Azərbaycan Respublikası Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, xx xxxxxx 2021-ci il tarixdə, saat 17:00 radələrində hava soyuq olduğu üçün ova getmək qərarına gəlmiş, bu məqsədlə, xx xxxxxxxx 2018-ci il tarixdə DİN-in BİTİ-də onun adına sənədləşdirilmiş “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngini də özü ilə götürüb, "Mitsubishi" markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Siyəzən rayonu, Zarat kəndinə dəniz kənarına getmişdir. Həmin gün, saat 18:00 radələrində qeyd olunan ərazidə 1 ədəd yaşılbaş ördək quşu vurduqdan sonra, gəldiyi yolla geri qayıdarkən "Niva" markalı avtomaşında olan polis əməkdaşları onu saxlayaraq, hansı məqsədlə əraziyə gəldiyini və kimliyini soruşmuş, o, isə səmimi şəkildə özünü təqdim edərək, ov etmək məqsədilə Siyəzən rayonu, Zarat kəndi ərazisində olduğunu bildirib, ovladığı 1 ədəd yaşılbaş ördək quşunu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, gətirildiyi Siyəzən RPŞ-də ov tüfəngi və 1 ədəd yaşılbaş ördək quşu maddi sübut kimi götürülmüş, habelə qanunsuz ov etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, məhkəməyə göndərilmişdir. Odur ki, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə İİ qrup əlil olmasının nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 18:00 radələrində ona məxsus “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi ilə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında, dəniz kənarında qadağan olunmuş yerdə ova getmiş və 1 ədəd yaşılbaş ördək quşunu ovlamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş 1601 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov silahı Şəxs adına rəsmiləşdirilmişdir. İşdə olan Siyəzən RPŞ-nin xx xxxxxx 2021-ci il tarixli, 193-1977-1221 nömrəli məktubundan, eləcə də xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, 12 kalibrli, “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov silahı götürülərək Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Şəxs ov qaydalarını pozduğuna görə götürülmüş 1 ədəd yaşılbaş ördək quşu Siyəzən şəhəri, 28 May küçəsində torpağa basdırılmışdır. İşdə olan şəxsi məlumatlardan görünür ki, Şəxs İİ qrup əlil kimi 130 manat müavinət alır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Eyni zamanda “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Bu Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Odur ki, Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, İİ qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində predmet, o cümlədən Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində saxlanılan bir ədəd “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi müsadirə edilməməklə, ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, İXM-nin 115.4-cü maddəsinə əsasən hesab edirəm ki, Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində saxlanılan bir ədəd “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi sahibi Şəxs qaytarılmalı, sonuncudan ov qaydalarını pozduğuna görə götürülmüş 1 ədəd yaşılbaş ördək quşunun isə Siyəzən şəhəri, 28 May küçəsində torpağa basdırılmaqla, məhv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ona inzibati xətanın törədilməsində alət olmuş predmet, o cümlədən Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində saxlanılan bir ədəd “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi müsadirə edilməməklə, 06 (altı) ay müddətə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Siyəzən rayon Polis Şöbəsinin növbətçi hissəsində saxlanılan bir ədəd “Ata Arms” markalı, 15/DO9518 nömrəli ov tüfəngi sahibi Şəxs qaytarılmaqla, sonuncudan ov qaydalarını pozduğuna görə götürülmüş 1 ədəd yaşılbaş ördək quşunun Siyəzən şəhəri, 28 May küçəsində torpağa basdırılmaqla, məhv edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar