Məhkəmə qərarları › İş №3(059)-51/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-51/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-51/2022 30.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1 iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Siyəzən şəhəri, X4 küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 329.3 və 333.1-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş 19 fevral 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 fevral 2022-ci tarixdə, saat 18:00 radələrində, VAZ 21051 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev küçəsi ilə Bakı şəhərindən Quba şəhəri istiqamətində hərəkətdə olarkən orada yerləşən tikinti materialları mağazasına tərəf sola dönmə əməliyyatını icra edən zaman avtomaşının işıq cihazlarından istifadə qaydalarını pozmuş, həmçinin nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 19 fevral 2022-ci tarixdə, saat 18:00 radələrində, VAZ 21051 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev küçəsi ilə Bakı şəhərindən Quba şəhəri istiqamətində hərəkətdə olarkən orada yerləşən tikinti materialları mağazasına tərəf sola dönmə əməliyyatını icra edən zaman avtomaşının dönmə işığından istifadə etmədiyinə görə tərəfindən saxlanılmış, bu zaman Şəxs özünü şübhəli aparmaqla, qeyri-adekvat cavablar verdiyi üçün Siyəzən RPŞ-yə aparılmış, orada axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, Şəxs sərxoş olub-olmamasının yoxlanılması məqsədilə sonuncu Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılmış, habelə orada onun narkotik vasitə marixuananın təsiri altında avtomaşını sərxoş vəziyyətdə idarə etməsi aşkar edilmiş və o, İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol müvafiq qaydada məhkəməyə göndərilmişdir. Bundan əlavə, Şəxs 19 aprel, 21, 24 oktyabr 2021-ci və 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlara əsasən yol hərəkəti qaydaları, eləcə də sığorta qaydaları əleyhinə inzibati xəta əməllərini törətdiyinə görə müxtəlif məbləğlərdə inzibati cərimə edilmişdir. Bundan başqa, Şəxs barəsində 27 mart 2022-ci il tarixdə Siyəzən RPŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Çünki, Şəxs 19 fevral 2022-ci tarixdə, saat 18:00 radələrində, VAZ 21051 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Siyəzən şəhərinin H.Əliyev küçəsi ilə Bakı şəhərindən Quba şəhəri istiqamətində hərəkətdə olarkən orada yerləşən tikinti materialları mağazasına tərəf sola dönmə əməliyyatını icra edən zaman avtomaşının işıq cihazlarından istifadə qaydalarını pozmuş, həmçinin nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bundan əlavə inzibati xəta materialına əlavə edilmiş 19 fevral 2022-ci il tarixli, 32 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin gün narkotik vasitə “THC-çətənə” bitkisinin qəbulu nəticəsində məst olma halı ilə əlaqədar yüngül dərəcəli sərxoş olmuşdur. İşdə olan Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Abuzər Sultanov tərəfindən tərtib olunmuş 19 fevral 2022-ci il tarixli aktdan görünür ki, VAZ 21051 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın həmin gün cərimə meydançasına yerləşdirilmişdir. İşdə olan 19 aprel, 21, 24 oktyabr 2021-ci və 28 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların surətlərindən görünür ki, Şəxs həmin tarixlərdə yol hərəkəti qaydaları, eləcə də sığorta qaydaları əleyhinə inzibati xəta əməllərini törətdiyinə görə müxtəlif məbləğlərdə inzibati cərimə edilmişdir. İşdə olan cinayət işi başlanması və icraata qəbul edilməsi barədə 27 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində 11 fevral 2020-ci il təvəllüdlü Hüseyn adında uşağı vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363- 2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən son 1 il ərzində yol hərəkəti qaydaları, eləcə də sığorta qaydaları əleyhinə inzibati xətalar törətməsinə görə müvafiq olaraq inzibati tənbeh edilməsinə baxmayaraq, öz təqsirli, hüquqazidd əməllərini davam etdirməsini, tərbiyələnmək (islah olunmaq) niyyətinin olmamasını, habelə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmaqla, istintaq aparılmasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, həmçinin yuxarıda qeyd olunan yüngülləşdirən halı nəzərə alaraq, Şəxs İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 35, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 6 (altı) ay müddətində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması təyin edilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Siyəzən RPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar