Məhkəmə qərarları › İş №3(059)-51/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №3(059)-51/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 3(059)-51/2023 22.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş Hüquqi ünvanı ünvan 2 X1 İdarəsinin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermədiyi göstərilmişdir. Qeyd edilənlərlə bağlı Siyəzən RPŞ DYPB-nin əməkdaşı tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 04 mart 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(059)-51/2023 saylı qərarı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan "xxxx" ASC-nin X1 İdarəsinin rəisi Nümayəndə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2023-cü il tarixli, 3(105)- 220/2023 saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 3(059)- 51/2023 saylı qərarı, həmçinin 29 mart 2023-cü il tarixli qərardadı ləğv edilməklə, işə yenidən baxılması üçün material Siyəzən Rayon Məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsi tərəfindən həmin inzibati xəta haqqında protokolun natamam tərtib olunması və protokolda həmin natamamlığın aradan qaldırılması məsələsinin müzakirə edilmədiyini, yəni, protokolun natamam tərtib edildiyini, barəsində protokol tərtib edilən şəxsin nümayəndəsinin nəinki izahatının alınmadığını, heç həmin protokolun ona göndərilmədiyini, protokolun onu tərtib edən şəxs tərəfindən imzalanmadığını, habelə, inzibati tənbeh tədbiri tərtib edilməli olan inzibati xətalar qanunvericiliyin normasına görə barəsində protokol tərtib edən şəxsin həmin xəta üzrə cavab verməli olan şəxs, yəni onun sorğuya cavab verməli olub-olmaması inzibati xəta haqqında tərtib edilmiş protokolda dəqiq və anlaşılan formada əks olunmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında tərtib edilmiş protokolda inzibati xəta protokol tərtib etmiş şəxsin adı, atasının adı qeyd edilməmiş, protokol onun tərtib edən şəxs tərəfindən imzalanmamış, barəsində protokol tərtib edilən şəxsin nümayəndəsinin izahatı alınmamış, habelə həmin protokol ona göndərilməmiş, o cümlədən inzibati tənbeh tədbiri tərtib edilməli olan inzibati xətalar qanunvericiliyin normasına görə barəsində protokol tərtib edən şəxsin həmin xəta üzrə cavab verməli olan şəxs, yəni onun sorğuya cavab verməli olub-olmaması inzibati xəta haqqında tərtib edilmiş protokolda dəqiq və anlaşılan formada əks olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. İXM-nin 109-cu maddəsinin İ hissəsinin 6-cı bəndinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X1 İdarəsinin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş 04 mart 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Siyəzən rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar