Məhkəmə qərarları › İş №3(059)-52/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-52/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-52/2021 26.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Yasinova Mehriban Səfa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, M.Ə. Rəsulzadə küçəsi, ev 129 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:15 radələrində yaşadığı ünvan 2 ünvanında bacısı X4 ilə ailə münasibətləri zəminində baş vermiş münaqişə əlaqədar hadisə yerinə gələn (sonuncunun DİN-in 102 xidmətinə müraciəti əsasında) ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 20:15 radələrində yaşadığı ünvan 2 ünvanında Şəxs ilə bacısı X4 arasında ailə münasibətləri zəminində münaqişə baş vermişdir. Baş vermiş münaqişə ilə əlaqədar Qızlar Ağayeva DİN-in 102 xidmətinə qardaşı Şəxs onu öldürməklə hədələməsi barədə məlumat vermiş, eyni zamanda, həmin tarixdə eyni məzmunlu yazılı ərizə ilə Siyəzən RPŞ-yə müraciət etmişdir. Qızlar Ağayeva tərəfindən DİN-in 102 xidmətinə edilən müraciət əsasında ora gəlmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının onlarla şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmışdır. Odur ki, Şəxs barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanında bacısı X4 ilə onun arasında ailə münasibətləri zəminində münaqişə baş vermişdir. Münaqişənin səbəbi bacısı Qızlar Ağayevanın ona aldığı “Volsvagen Passat” markalı avtomobili sonununcuya idarə etmək üçün verməməsi olmuşdur. Baş vermiş münaqişədən bir qədər sonra yaşadığı ünvana polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarından gəlmə səbəbini soruşduqda sonuncular ona bacısı Qızlar Ağayevanın DİN-in 102 xidmətinə edilən müraciəti əsasında ora gəldiklərini bildirmişlər. Evə gələn polis əməkdaşları onu və bacısı Qızlar Ağayevanı RPŞ-yə aparmalı olduqlarını, orada baş vermiş münaqişənin araşdırılması və müvafiq hüquqi qiymət verilməli olmasını bildirdikdə, o, bundan imtina etmiş, nə özünün, nə də ki bacısının heç yerə getməyəcəkləri barədə xəbərdarlıq etmişdir. Daha sonra, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, gərgin olduğundan əsəblərinə hakim ola bilməyib yenidən tabe olmaqdan yayınmışdır. Belə olan halda, polis əməkdaşları onu məcburi, bacısı X3 isə könüllü qaydada avtopatrul avtomobilinə əyləşdirib RPŞ-yə aparmışlar. Onun polisin qanuni tələbinə tabe olmama və ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmə səbəbi ailə münasibətləri zəminində baş vermiş mübahisənin ailə çərçivəsindən kənara çıxmaqla bacısının hüquq mühafizə orqanlarına müraciət etməsi olmuşdur. Hazırda, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını, bununla da, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri X6 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 20:15 radələrində ünvan 2 ünvanında yaşayan X2 DİN-in 102 xidmətinə edilən müraciəti əsasında qeyd edilən ünvana getmişlər. Ora bir neçə nəfər polis əməkdaşları ilə getsələr də, yuxarıda göstərilən evin həyətinə iki əməkdaş, yəni, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 və o, daxil olmuşlar. Həyətə daxil olmaq istəyən zaman qapını Şəxs açmış, onların üzərinə gələrək uca səslə, eyni zamanda, emosional və gərgin vəziyyətdə “nəyə gəlmisiz bura, çıxın gedin” deyərək onları evdən qovmağa çalışmışdır. Onlar qeyd edilən ünvana X2 DİN-in 102 xidmətinə edilən müraciəti əsasında gəldiklərini, məsələnin aydınlaşdırılması məqsədilə Pərvinin onlarla RPŞ-yə getməli olduğunu bildirdikdə sonuncu nalayiq ifadələr işlədərək tabesizlik göstərmişdir. Onlar yenidən Şəxs nizam-intizama dəvət etmək istəsələr də, sonuncu təkrarən etdiyi qanunsuz hərəkətləri ilə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda, onlar baş vermiş münaqişənin araşdırılması və müvafiq hüquqi qiymət verilməsi məqsədilə Şəxs məcburi, şikayətlə müraciət etmiş X3 isə könüllü qaydada avtopatrul avtomobilinə əyləşdirib RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid, Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 şahid Elvin Məmmədovun izahatına uyğun, eyni məzmunlu izahat verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:15 radələrində yaşadığı ünvan 2 ünvanında bacısı X4 ilə ailə münasibətləri zəminində baş vermiş insidentlə əlaqədar sonuncunun DİN-in 102 xidmətinə müraciəti əsasında hadisə yerinə gələn ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan X2 Siyəzən RPŞ-yə etdiyi xx xxxxxx 2021-ci il tarixli yazılı ərizəsindən görünür ki, sonuncu qardaşı Şəxs onu öldürməklə hədələməsi barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətinin təhlükəliliyini, o cümlədən onun əvvəllər həyat və sağlamlıq əleyhinə cinayət əməlini törətməyə görə məhkum edilməsinə və məhkumluğunun ödənilməməsinə baxmayaraq, ailə münasibətləri zəminində gərgin vəziyyət yaratmasını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmamasını və bu cür qanunsuz hərəkətlərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla, inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:45 radələrindən inzibati qaydada tutulması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 20:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar