Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-52/2022 18.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə 20 avqust 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(059)-368/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli, 2(059)- 588/2021 saylı icra sənədlərini icra etmir. Bu barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən 18 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(059)- 368/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli, 2(059)-588/2021 saylı icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri, borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Hazırda Şəxs borcunu tam şəkildə birdəfəlik ödəməkdən imtina edərək, bunu maddi imkanının olmaması, eləcə də müxtəlif səbəblərlə izah edir. Halbuki, borclu Bakı şəhərində fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmaqla, aylıq 1200-1300 manat gəlir əldə edir. Eyni zamanda, Şəxs borclarının ödənilməsi istiqamətində hər hansı bir əməli tədbir görmədən, uzun müddət icradan yayındığından barəsində bir çox məcburi icra tədbirləri görülməklə, axtarış elan edilmiş, habelə, sonuncu axtarışda olan şəxs kimi gətirilib icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan əlavə, tələbkarlar hazırda şikayətçi olmaqla, borclarının ödənilməsini kəskin şəkildə tələb edirlər. Qeyd edilən icra sənədləri 07 dekabr 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Odur ki, icra sənədləri üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən inzibati protokol tərtib edilməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, qeyd edilən icra sənədləri üzrə borcunun olduğunu, həmin borc məbləğlərindən ümumiyyətlə ödənişlər etmədiyini etiraf edir. Belə ki, Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs2 10020 manat, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs3 2900 manat, bu məhkəmənin 07 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə isə Zərərçəkmiş şəxs1 MMC-yə 1310 manat borcu olsa da icra sənədləri üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Hazırda fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmaqla, aylıq 1200-1300 manat qazanc əldə edir. Bununla belə, icra sənədləri üzrə borclarını tam şəkildə birdəfəlik icra edə bilmir. Ancaq o, borcunu gələcəkdə ödəyəcəyinə vəd verir. Eyni zamanda, axtarışda olması ilə əlaqədar 18 mart 2022-ci il tarixdə məlumatı olmuş, bununla bağlı saat 13:00-da Bakı şəhəri Xəzər RPİ-yə yaxınlaşmış, habelə həmin vaxtdan saxlanılaraq, saat 17:00-da Siyəzən rayon icra və probasiya şöbəsinə gətirilib, təhvil verilmişdir. Odur ki, törətdiyi əməli məqsədyönlü şəkildə etmədiyindən, həmçinin etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq, barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona 10020 manat vəsait ödəməli olsa da, bu borc tam olaraq icra edilməmişdir. Borclu Şəxs ona olan borcunu ödəməməklə, habelə bundan müxtəlif bəhanələrlə yayınmaqla, şəhid atası kimi ona mənəvi iztirab vermişdir. O, borcunun tam şəkildə ödənilməsini tələb edir. Ona dəymiş zərər ödənilmədiyindən o, borclu Şəxs şikayətçidir və sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ona 2900 manat vəsait ödəməli olsa da, bu borc tam olaraq icra edilməmişdir. Borclu Şəxs ona olan borcunu ödəməməklə, habelə bundan müxtəlif bəhanələrlə yayınmışdır. O, borcunun tam şəkildə ödənilməsini tələb edir. Ona dəymiş zərər ödənilmədiyindən o, borclu Şəxs şikayətçidir və sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş edir. Zərərçəkmiş şəxs1 MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, MMC səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla belə MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və inzibati xəta haqqında işə onların iştirakı olmadan baxılıb, Şəxs barəsində inzibati həbs növündə qərar çıxarılmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(059)-368/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli, 2(059)- 588/2021 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri 07 dekabr 2021-ci il tarixli qərarla bir icraatda birləşdirilmiş, habelə 12 iyul 2021-ci il tarixdə borclu barədə axtarış elan edilmişdir. İşdə olan tələbkarlar tərəfindən tərtib edilmiş ərizələrin surətlərindən görünür ki, onlar borclunun Şabran rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(059)- 368/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli, 2(059)-588/2021 saylı icra sənədləri üzrə borcların ödənilməsindən yayındığını göstərmiş, habelə bununla bağlı ciddi inzibati tədbir görülməsini xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 01 fevral 2021-ci il tarixdə verilmiş 001712 nömrəli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, sözügedən icra sənədlərini uzun müddət icrasından yayınmaqla, əməli tədbir görməməsini, bununla da, zərərçəkmiş şəxslərə, o cümlədən şəhid atasına zərər vurmaqda davam etməsini, uzun müddət axtarışda olmasını, təqsirinin dərəcəsini, o cümlədən icra sənədləri üzrə icra edilməyən borcların miqdarının kifayət qədər çox olmasını, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 18 mart 2022-ci il tarixdə saat 13.00-da tutulması (faktiki saxlanması) və buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 30 (otuz) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Siyəzən rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-52/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-52/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver