Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-53/2022 13.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Siyəzən rayon prokurorunun nümayəndəsi X1 iştirakı ilə xx xxxxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 500 qram olan 1 ədəd nərə cinsli balığı “Yamaha 55” markalı mühərriklə təchiz edilmiş BH-2827 bort nömrəli üzmə vasitəsi ilə 08 fevral 2022-ci il tarixdə Siyəzən rayonunun ərazisindən Xəzər dənizinə daxil olaraq ovladığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin tətbiq olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev tərəfindən 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, habelə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, X4 ilə birlikdə 08 fevral 2022-ci il tarixdə, səhər saat 08:00-da balıq tutmaq məqsədilə özünə məxsus BH-2827 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisindən Xəzər dənizinə daxil olmuş, həmin gün saat 17:30 radələrində isə həmin yerdən sahilə çıxmış, habelə həmin vaxt ovladıqları balıqların arasında ovlanması qadağan olan 1 ədəd nərə cinsli balıq da olmuşdur. Sahilə çıxdıqdan sonra, o və Qulu Eyvazov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal X7 Həmyə sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, o cümlədən ovladıqları 1 ədəd nərə cinsli balıq aşkar edilməklə, müvafiq qaydada götürülmüşdür. Bundan başqa qeyd edir ki, İ Qarabağ döyüşlərində şəhid olmuş qardaşı X2 görə anasına verilən təqaüdlə sözügedən üzmə vasitəsini əldə etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə ailəsinə dolandırmaq üçün yeganə qazanc yerinin həmin üzmə vasitəsinin olmasının, habelə himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. Siyəzən rayon prokurorunun nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Baş Prokurorunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 15 mart 2022-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, habelə Şəxs barəsində toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İnzibati xəta haqqında araşdırmanı aparan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasına dəvət edilmiş şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, Şəxs “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozub, ümumilikdə çəkisi 500 qram olan 1 ədəd nərə cinsli balığı BH-2827 bort nömrəli üzmə vasitəsi ilə Siyəzən rayonunun ərazisindən Xəzər dənizinə daxil olaraq ovlamışdır. İşdə olan Böyük Həmyə sahil nəzarət bölməsinin əməkdaşları tərəfindən 08 fevral 2022-ci il tarixdə tərtib edilmiş 28/5 nömrəli aktın surətindən görünür ki, həmin gün, saat 17:50-də 1 ədəd bütöv halda çəkisi 0,5 kiloqram nərə cinsli balıq araşdırma işləri yekunlaşanadək saxlanılması məqsədilə Şəxs və Qulu Eyvazovdan götürülərək sahil nəzarət bölməsinin soyuducusuna yerləşdirilmişdir. İşdə olan şəxsi məlumatlardan görünür ki, şəhid qardaşı Şəxs himayəsində 06 iyun 2010-cu il təvəllüdlü Adəm adında bir yetkinlik yaşına çatmayan uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su resursları ovunun Qaydaları”nın 2.5.3-cü yarımbəndinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu qadağandır. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır. Bu Qaydaların 3 nömrəli əlavəsinə əsasən nərəkimilər fəsiləsi balıqçılıq obyektlərinə aid edilmiş qiymətli balıq və digər su bioresurslarının siyahısına daxildir. Odur ki, Şəxs İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, həmçinin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmaqla, şəhid qardaşı olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətaya inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Böyük Həmyə sahil nəzarət bölməsinin soyuducusuna yerləşdirilmiş 1 ədəd ümumi çəkisi 500 qram nərə cinsli balıq müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın bilavasitə obyekti olmuş predmet, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə İdarəsinin Şimal X7 Həmyə sahil nəzarət bölməsinin soyuducusuna yerləşdirilmiş 1 ədəd ümumi çəkisi 500 qram nərə cinsli balıq müsadirə edilməklə, 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-53/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-53/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver