Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-54/2023 25.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri, F.Əlməmmədov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 520ci və 590.1-ci maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəxs 03 fevral 2023-cü il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhərinin F. Əlməmmədov küçəsində yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerdə müəyyən edilmiş qaydanı pozmaqla, müvafiq icra hakimiyyəti orqanından ona görə xüsusi icazə aldığı ÇÖRÇİL modelli, ******* nömrəli, 12 çaplı, yivsiz ov tüfəngindən atəş açmış, həmçinin eyni vaxtda mülki silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən 25 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 3(059)-54/2023 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-54/2023 saylı və 3(059)- 55/2023 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-54/2023 nömrə altında baxışa təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 520-ci və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1 və 520 maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmçinin, bu qərardan, eləcə də Azərbaycan Respublikası DİN Nərimanov rayon Polis İdarəsi tərəfindən 28 may 2007-ci il tarixdə verilmiş 61 nömrəli vəsiqənin surətindən görünür ki, sözügedən vəsiqə əsasında Şəxs məxsus ÇÖRÇİL modelli, ******* nömrəli, 12 çaplı, yivsiz ov tüfəngi saxlanması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Eldar Şükürov tərəfindən 13 fevral 2023-cü il tarixdə tərtib edilmiş raportun surətindən görünür ki, 03 fevral 2023-cü il tarixdə Siyəzən RPŞ-nın PPXT-nin manqa komandiri X2 raportu əsasında ov tüfənginin saxlanılması və daşınması qaydalarının pozulması, yaşayış yerlərində müəyyən edilmiş qaydanı pozmaqla, odlu silahdan atəş açılması və heyvanlarla rəhimsiz davranılması ilə bağlı araşdırılmış HK-1/108 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXMnın 590.1, 520 və 274-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi müəyyən olunmuşdur. İşdə olan Şəxs Siyəzən RPŞ-nin rəisinə ünvanlandığı 03 fevral 2023-cü il tarixli izahatın surətindən görünür ki, o, 03 fevral 2023-cü il tarixdə hüzr yerində olmuşdur. Evdə yaşayış evinin qarşısında dəmir setkadan ibarət yerdə özünə məxsus olan ev quşları, toyuqlar saxlamaqla, gündəlik oraya bir neçə dəfə girib-çıxır, özü üçün yumurta götürür, quşları yemləyir. 03 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində evə gələndə qapıda ev quşlarını saxladığı quş damından iki-üç ədəd itlərin çıxıb qaçdığını görmüş, quş damına baxanda orada xeyli sayda toyuqların öldüyünü və bir ədəd itin də hələ quş damında qaldığını müəyyən etmişdir. Bu zaman arvadı və oğlu da çöldə olmuş, habelə onlar damda qalan iti çıxartmağa çalışmışlar. Lakin, o, quş damının qapısını bağlamış və itin çölə çıxmasına imkan verməmişdir. İt oğlunun və arvadının üstünə mırıldadığından, itin quduz olmaqla, dişləməsindən qorxduğu üçün arvadının və oğlunun itə dəymələrinə imkan verməmişdir. Özü quş damının qapısını bağlayıb, evə daxil olaraq, oradan özünə məxsus olan ov tüfəngini götürməklə, tüfəngə iki ədəd qırma patron doldurmuş, sonra bayıra çıxıb iti öldürməyə çalışmışdır. Birinci patronu atanda güllə itə deyil, divara dəysə də, ikinci güllə itə dəymiş və o, iti öldürmüşdür. Bundan sonra, iti götürüb dağın ətəyində yer atmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 3(059)-75/2023 saylı qərarının surətindən görünür ki, Şəxs izahatında özünə məxsus ov tüfəngini çarpayısının altında sökük vəziyyətdə saxladığını göstərmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs ümumi xəstəlikdən İİ qrup əlildir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İ və İİ hissələrinə əsasən xidməti və ya mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi, təyinatı üzrə istifadə olunması və məhv edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin İİİ hissəsinin İ və İİ bəndlərinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, eləcə də Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus olan silah və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10-cu və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 6.1.5-ci yarımbəndinə əsasən vətəndaşlar tərəfindən mülki silahdan təyinatı üzrə istifadə edilməsinə özünümüdafiə zamanı, idman yarışlarının və ya təlimməşq atəşlərinin keçirilməsi və ov edilməsi zamanı yol verilir. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs 03 fevral 2023-cü il tarixdə, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhərinin F. Əlməmmədov küçəsində yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerdə müəyyən edilmiş qaydanı pozmaqla, müvafiq icra hakimiyyəti orqanından ona görə xüsusi icazə aldığı ÇÖRÇİL modelli, ******* nömrəli, 12 çaplı, yivsiz ov tüfəngindən atəş açmış, həmçinin eyni vaxtda mülki silahın saxlanılması və daşınması qaydalarını pozmuş, bununla da onun İXM-nin 520-ci və 590.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsinə əsasən yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 520-ci və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirən halın olmasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 520-ci maddələrinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni ÇÖRÇİL modelli, ******* nömrəli, 12 kalibrli, yivsiz ov tüfəngi müsadirə edilməməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 520-ci maddələri ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni ÇÖRÇİL modelli, ******* nömrəli, 12 kalibrli, yivsiz ov tüfəngi müsadirə edilməməklə, 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-54/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-54/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver