Məhkəmə qərarları › İş №3(059)-544/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-544/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-544/2025 08.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin nümayəndəsi böyük məsləhətçi müfəttiş X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsi tərəfindən 29 sentyabr 2025-ci il tarixdə, saat 11:30 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən kafe təyinatlı ictimai iaşə obyektində fəaliyyət prosesində formalaşan məişət-çirkab tullantı sularının plastik boru vasitəsi ilə birbaşa həmin obyektin arxasında yerləşən çöllük əraziyə axıdılması müəyyən edilmiş və Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə 29 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin nümayəndəsi böyük məsləhətçi müfəttiş X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşməklə “pirin altı” adlanan ərazidə keçirilən nəzarət tədbirləri zamanı hazırki inzibati xəta hadisəsi aşkar edilmiş, habelə, obyekt sahiblərinə nöqsanlar izah edilmişdir. Sonuncular isə öz növbələrində verdiləri izahatlarında əməllərini etiraf edərək, aradan qaldıracaqlarını bildirmişlər. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin 29 sentyabr 2025-ci il tarixli, 002614 nömrəli aktının, Şəxs izahatının surətlərindən və fotoşəkillərdən görünür ki, 26-28 sentyabr 2025-ci il tarixlərdə Siyəzən rayonunun Zarat kəndində yerləşməklə, fəaliyyətdə olan kafe təyinatlı ictimai iaşə obyektində istismar fəaliyyəti prosesində formalaşan məişətçirkab tullantı sularının müvafiq forma və tələblərə uyğun olmadan birbaşa 80 mm-lik plastik boru vasitəsi ilə sözügedən kafenin arxa hissəsinə yerləşən çöllük əraziyə axıdılması, habelə yerində keçirilmiş baxış zamanı tullantı sularına vizual müşahidlər əsasında rəng, kəskin qoxu, bulanlıq baxmından məişət çirkab sularının xüsusiyyətlərinə uyğun gəlməsi müşahidə edilmişdir. Həmçinin, araşdırma zamanı sözügedən iaşə obyektinin Şəxs istifadəsində olması müəyyən edilmiş, habelə sonuncu izahatında sözügedən obyektin mülkiyyət hüquqi ilə ona məxsus olmasını bildirməklə yanaşı, kafenin fəaliyyəti nəticəsində formalaşan çirkab suların hər-hansı saxlama və ya təmizləyici qurğuya yönəlmədən bir-baş kafenin arxasına axıdılıdğını bildirmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuşdur, yəni sonuncu mülkiyyət hüququ ilə ona məxsus olmaqla, işlətdiyi Siyəzən rayonunun Zarat kəndində yerləşən kafe təyinatlı ictimai iaşə obyektində fəaliyyət prosesində formalaşan məişət-çirkab tullantı sularının axıdılması ilə əlaqədar qanunvericiliyin tələbləri pozularaq həmin tullantı sularının kənara təyinatsız axıdılması təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”inə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş şəxs barədə məlumatlardan görünür ki, Şəxs vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, X4 törətdiyi inzibati xətaya görə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 262.2.3-cü maddəsinin sanksiyasında qeyd olunan inzibati xətanın törədilməsinə görə yalnız cərimə növündə inzibati tənbehin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati cərimənin həddini müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, barəsində ağırlaşdırıcı və yüngülləşdirici halların olmadığını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin vəzifəli şəxslər üçün müəyyən edilmiş aşağı həddində, yəni 800 manat məbləğində inzibati cərimə edilməsini qanuni və əsaslı sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar