Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-556/2025 06.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Siyəzən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(059)-619/2024 saylı icra sənədinə əsasən 3350 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və barəsində Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə etməklə, onun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırki vaxta kimi Şəxs aliment borcundan ötən ilin noyabr ayında 650 manat, cari ilin may və iyun aylarında müvafiq olaraq 200 və 150 manat olmaqla, cəmi 1000 manat məbləğində ödəniş etmişdir. Bununla yanaşı, tələbkarın, aliment borcunun vaxtlı-vaxtında ödənilməsi ilə bağlı şikayəti əsasında Şəxs yaşadığı evdə olmuş, lakin borcun yönələ biləcəyi, sonuncuya məxsus hər-hansı əşya aşkar edilməmişdir. Eyni zamanda, elektron sistem vasitəsi ilə sorğular da göndərilmiş, habelə Şəxs mülkiyyətində əmlak və ya bank hesabının olmaması müəyyən edilmişdir. Bundan başqa, Şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün çağırışlardan yayınmışdır. Odur ki, onun barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərdi ki, o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, əldə etdiyi qazanc hesabına aliment borcundan ödənişlər etmişdir. Belə ki, övladının doğum günündə sonuncuya 250 manat, digər vaxtda isə 100 manat məbləğində pul vermiş və hesab edir ki, aliment borcu protokolda qeyd olunan məbləğdən azdır. Bundan başqa hazırda əsəb pozğunluğu xəstəliyindən əziyyət çəkdiyi üçün müayinəsi və dərman preparatlarını almağa maddi imkanı yoxdur. Bununla belə, cari ilin noyabr ayından başlayaraq aliment borcundan hər ay 450 manat ödəyəcəyinə dair vəd verir. Bundan əlavə, övladı ilə ünsiyyətdə olması üçün sonuncuya mobil telefon hədiyyə etsə də, tələbkar onun uşağı ilə ünsiyyətdə olmasına maneçilik törədir. Bununla yanaşı, barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, təxminən 3-4 il olar atasıgildə yaşamaqla bərabər "xxxx" ASC-də işləyir. Eyni zamanda, Şəxs birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün ona hər ay olmaqla ayda 150 manat sabit pul məbləğində aliment ödəməli olsa da, birinci bu ödənişləri vaxtlı-vaxtında icra etmir. Bundan başqa, Şəxs spirtli içki qəbul etmədiyi ərəfələrdə övladı ilə daim ünsiyyətdə olmuşdur. Bundan əlavə, Şəxs cari ilin noyabr ayından başlayaraq hər ay 450 manat məbləğində aliment borcundan ödəniş edəcəyinə dair vədinə etiraz etməməklə yanaşı, birinci barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsinə deyil, aliment borcunun ödənilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(059)-619/2024 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə 29 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış və sonuncu həmin bildirişi 21 noyabr 2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 28 iyul 2015-ci il təvəllüdlü Rabiyyə adında bir azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halların mövcudluğunu, tələbkarın barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində tənbeh tədbiri tətbiq edilməsini deyil, alimentin ödənilməsini tələb etdiyini nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-556/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-556/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver