Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-58/2021 05.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci və 232-1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021ci il tarixdə saat 22:30 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs1 aid nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, həmin tarixdə, saat 23:00 radələrində mübahisənin baş verdiyi fərdi yaşayış evinin pəncərələrini sındıraraq Zərərçəkmiş şəxs1 200 manat, sonra isə Siyəzən rayonu, Xətai küçəsinə gedərək orada digər Zərərçəkmiş şəxs2 aid “Samsung A51” markalı telefonu yerə vurub sındırmaqla, sonuncuya 599 manat miqdarında ziyan vurmuşdur. Bu barədə Siyəzən rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən xx xxxx 2021-ci il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(059)-58/2021 saylı qərardadı ilə Şəxs barəsində məhkəməyə daxil olmuş 3(059)-58/2021 saylı və 3(059)- 59/2021 saylı materiallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilərək 3(059)-58/2021 nömrə altında baxışa təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon Polis Şöbəsinin polis sahə rəisi X5 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:30 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs1 aid nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirdiyini, bundan başqa, onun həmin tarixdə, saat 23:00 radələrində mübahisənin baş verdiyi fərdi yaşayış evinin pəncərələrini sındıraraq Zərərçəkmiş şəxs1 200 manat, sonra isə Siyəzən rayonu, Xətai küçəsinə gedərək orada digər Zərərçəkmiş şəxs2 aid “Samsung A51” markalı telefonu yerə vurub sındırmaqla, sonuncuya 599 manat miqdarında ziyan vurduğunu bildirdi. Eyni zamanda, xx xxxx 2021-ci il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrinə əsasən inzibati protokollar tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci və 232-1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, mobil telefonu olmadığı üçün xx xxxxxx 2021-ci il tarixdə “Redmi 7” markalı mobil telefonu işlətmək üçün Kəmalədən almış, xx xxxxxx 2021-ci il tarixdə isə şübhələndiyi üçün sonuncudan istifadə etdiyi telefonu istəyərək bir müddət onda qalmasını xahiş etdikdə, Kəmalə istifadə etdiyi "Samsung A51” markalı mobil telefonunu ona vermişdir. Bundan sonra, xx xxxxxx 2021-ci il tarixdə Kəmalə ona zəng edərək, mobil telefonları qaytarmasını istədikdə, o, telefonları qaytaracağına söz vermişdir. O, Kəmalənin Xəyal adlı şəxslə onu aldatdığını düşündüyü üçün xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində Kəmalənin anası Sədaqətlə birlikdə yaşadığı Siyəzən rayonu, A.Zahirov küçəsindəki nömrəsiz fərdi yaşayış evinə gəlib, evin qapısını döymüş, qapını Kəmalənin anası Sədaqət açmış, Xəyalın orada ola biləcəyini düşündüyündən evə daxil olaraq sonuncunu orada axtarmağa başlasa da, tapa bilməmişdir. Daha sonra, orada Kəmalənin kiminlə danışmasını öyrənmək üçün sonuncunun saçından tutaraq, anasına məxsus telefonu ona verməsini tələb etmiş, istəyinə nail olduqdan sonra həyətə çıxmış, Sədaqət isə evin qapısını bağlayıb, onu içəri buraxmadığından fərdi yaşayış evinin pəncərələrini sındıraraq çıxıb getmişdir. Baş vermiş hadisə zamanı X1 və X3 orada olmuş, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı Kəmalənin yaşadığı ünvanı yandırmaq istəməmiş, əlində hər hansı bir yandırıcı məhlul və ya digər əşya olmamışdır. O, “Redmi 7” markalı və “Samsung J5” markalı mobil telefonları Kəmaləyə qaytarsa da, sonuncuya məxsus “Samsung A51” markalı telefonu əsəbiləşərək xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Siyəzən rayonu, Xətai küçəsində yerə vurmaqla, sındırmışdır. O, zərərçəkmiş şəxslərə mobil telefonun və pəncərələrin sınmasına görə cəmi 799 manat ziyan vurduğunu etiraf edir, habelə bu zərəri qarşılayacağına vəd verir. Eyni zamanda, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyi üçün barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Azər qızı Kəmalənin tanışı olmaqla, onlar xx xxxxxx 2021-ci il tarixdə rəsmi nikaha daxil olacaqlardı. Lakin, baş vermiş hadisəyə görə bu mümkün olmamışdır. Belə ki, xx xxxxxx 2021-ci il tarixdə qızı Kəmalə özünə məxsus “Redmi 7” markalı mobil telefonu Azərin mobil telefonu olmadığına görə işlətməsi üçün sonuncuya vermişdir. Bundan əlavə, Azər qızı Kəmaləni qısqandığı və kiminlə yazışdığını öyrənmək üçün mobil telefonunu yoxlamaq məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə sonuncudan “Samsung A51” markalı mobil telefonunu da istəmişdir. Bu səbəbdən qızı Kəmalə “Samsung A51” markalı mobil telefonunu da, Azərin onun barəsində olan şübhələrin birdəfəlik silinməsi üçün ona versə də, xx xxxxxx 2021-ci il tarixdə mobil telefonların qaytarılmasını tələb etmiş və Azər Kəmaləyə mobil telefonları qaytaracağına söz vermişdir. xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində Şəxs qızı Kəmalə ilə birlikdə yaşadığı Siyəzən rayonu, A.Zahirov küçəsindəki nömrəsiz fərdi yaşayış evinə gəlib, evin qapısını döymüş, qapını özü açmış, bu zaman Azər Kəmalənin danışdığı Xəyal adlı şəxsin orada olduğunu bildirərək evi axtarmağa başlasa da, o, evdə özlərindən başqa kimsənin olmadığını bildirmiş, Azər isə qızının saçından dartaraq kiminlə danışdığını öyrənə bilməsi üçün ona aid mobil telefonu qızından tələb etmiş, Kəmalə isə “Samsung J5” markalı mobil telefonunu ona vermişdir. Bundan sonra, Azər evdən həyətə çıxmış, o, isə dərhal evin qapısını bağlayaraq, Azərin yenidən evə daxil olmasına mane olmuşdur. Bundan qəzəblənən Azər evin müxtəlif tərəflərindəki 4 ədəd pəncərənin şüşəsini sındırmışdır. Daha sonra, o, Azərin sakitləşmədiyini görüb, DİNin 102 xidmətinə bu barədə məlumat etmişdir. Hadisə zamanı Şəxs onu döyməmiş, heç bir xəsarət yetirməmişdir. Buna baxmayaraq, onun evinin pəncərələrinin sındırılması nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş mübahisə zamanı yanlarında iş yoldaşları X1 və X3 olmuş, hadisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı Azər onun yaşadığı ünvanı yandırmaq istəməmiş, sonuncunun əlində hər hansı bir yandırıcı məhlul və ya digər əşya olmamışdır. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində həbslə bağlı olmayan daha ciddi inzibati tənbeh tədbiri görülməsini istəyir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 digər zərərçəkmiş şəxs, anası Zərərçəkmiş şəxs1 izahatına uyğun, eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərdi ki, o, müxtəlif vaxtlarda “Samsung J5”, “Redmi 7” və “Samsung A51” markalı mobil telefonları Şəxs könüllü olaraq vermiş, habelə sonuncu digər telefonları qaytarsa da, onun Şabran rayonunda yerləşən mağazalardan birindən 599 manata aldığı “Samsung A51” markalı telefonu ona qaytarmamış, o cümlədən həmin mobil telefon xx xxxxxx 2021-ci il tarixdə Şəxs tərəfindən sındırılmışdır. Bundan əlavə, qeyd olunan tarixdə, saat 23:00 radələrində Şəxs onun anası ilə birlikdə yaşadığı fərdi yaşayış evinin pəncərələrini də sındırmaqla, anası Zərərçəkmiş şəxs1 ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda, o, Şəxs şikayətçi olmaqla, sonuncunun barəsində həbslə bağlı olmayan daha ciddi inzibati tənbeh tədbiri görülməsini istəyir. Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Rəhmin Zeynalov tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci və 232-1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx xxxxxx 2021-ci il tarixli, 19 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində üzün sol yarısının bir ədəd cızığı aşkar olunmuşdur. Həmin xəsarət itiuclu əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir günə qədər olub, müayinə olunanın göstərdiyi xx xxxxxx 2021-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Eyni zamanda, iş materiallarından görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22-23:00 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs1 aid nömrəsiz fərdi yaşayış evin pəncərələrini sındıraraq sonuncuya 200 manat, sonra isə Siyəzən rayonu, Xətai küçəsinə gedərək orada digər Zərərçəkmiş şəxs2 aid “Samsung A51” markalı telefonu yerə vurub sındırmaqla, sonuncuya 599 manat miqdarında ziyan vurmuşdur. İşdə olan zərərçəkmiş şəxslər tərəfindən xx xxxx 2021-ci il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, onlar Şəxs şikayətçi olmaqla, sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edirlər. Beləliklə, işdə olan sənədlərlə müəyyən olundu ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 22:30 radələrində aralarında yaranmış mübahisə zamanı Siyəzən rayonu, A.Zahirov küçəsində Zərərçəkmiş şəxs1 aid nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs2 qarşı zorakı hərəkət etməklə, sonuncuya qəsdən fiziki ağrı yetirmişdir. Bundan başqa, o, həmin tarixdə, saat 23:00 radələrində mübahisənin baş verdiyi fərdi yaşayış evinin pəncərələrini sındıraraq Zərərçəkmiş şəxs1 200 manat, sonra isə Siyəzən rayonu, Xətai küçəsinə gedərək orada digər Zərərçəkmiş şəxs2 aid “Samsung A51” markalı telefonu yerə vurub sındırmaqla, sonuncuya 599 manat miqdarında ziyan vurmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət yaranır. Yenə bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi etiraf etməklə, peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən öz əməlinə münasibətdə səmimilik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 157-ci və 232-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda qeyd edirəm ki, Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 00:45-dən inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4-1, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, İXM-nin 31.4-1ci maddəsi tətbiq edilməklə, ona 799 (yeddi yüz doxsan doqquz) manat inzibati cərimə tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Şəxs inzibati xətanı törətməsi nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №3(059)-58/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-58/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver