Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(059)-585/2025 12.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin nümayəndəsi böyük məsləhətçi müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 262.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsi tərəfindən 28 oktyabr 2025-ci il tarixdə, saat 10:00-da Siyəzən magistral su kəmərinin Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talandığı və kəsim sexinə icazəsiz götürüldüyü müəyyən edilmiş və Şəxs barəsində İXMnin 262.3-cü maddəsi ilə 28 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən vəzifəli şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin nümayəndəsi böyük məsləhətçi müfəttiş X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs məxsus kəsim sexində müvafiq müqavilə və sayğac olamdan sudan istifadə halı aşkar edilmiş, habelə X6 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aks əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 2024-cü ilin avqust ayında Siyəzən rayonunun Zarat kəndində yerləşən kəsim sexini almış, habelə bu sexdə müəyyən yenidən qurma işləri gördükdən sonra, vergi orqanında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışlar. Qeyd edir ki, sözügedən sexi alarkən, habelə fəaliyyətə başlayarkən orada su olsa da, sayğac olmamışdır. Lakin sexin yerləşdiyi kəndəki evlərin heç birində su sayğacı olmaması səbəbindən, fəaliyyətini bu formada yəni, sudan istifadə etməklə davam etdirmişdir. Bundan bir neçə müddət sonra, su idarəsinin əməkdaşları ona yaxınlaşaraq, sudan istifadəyə görə müqavilə bağlamalı olduğunu və sexə sayğac yerləşdirməli olduğunu şifahi olaraq bildirmişlər. Bundan sonra, Kiçik və X5 Agentliyinə müraciət etmiş, lakin kəsim sexinə məxsus texniki pasport köhnə olması səbəbindən yəni, “x”, “y” kodları olmaması səbəbindən müraciətinin həlli müsbət nəticə verməmişdir. Daha sonra, su idarəsinin müavinin qəbulunda olmuş, habelə sonuncu sexə köhnə kod əsasında sayğac quraşdıra biləcəklərini bildirmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxsin, barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 13 saylı Quba-Xaçmaz Regional bölməsinin 28 oktyabr 2025-ci il tarixli, 002626 nömrəli aktının və Şəxs izahatının surətlərindən və fotoşəkillərdən görünür ki, 28 oktyabr 2025-ci il tarixində X6 Sistemlərinin İstismarı İdarəsinin istismarında olan “Siyəzən magistral su kəmərinin” Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində su təchizatı şəbəkəsinə 25 mm-lik metal boru vasitəsi ilə qanunsuz qoşulmaqla suyun talandığı və kəsim sexinə icazəsiz su götürüldüyü faktı aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı sözügedən kəsim sexinin Şəxs məxsus olması müəyyən edilmiş, habelə sonuncu izahatında kəsim sexində su təchizatı sistemindən istifadə ilə bağlı hər hansı sənədinin olmamasını qeyd etməklə yanaşı, su təchizatı şəbəkəsinə qanunsuz qoşularaq istifadə etdiyini etiraf etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən 0,90 ha toraq sahəsinin ½ hissəsi xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Şəxs adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Siyəzən rayonunun Zarat kəndində yerləşən kəsim sexinin sahibi Şəxs sözügedən sexdə “Siyəzən magistral su kəmərinin” Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində su təchizatı şəbəkəsinə 25 mm-lik metal boru vasitəsi ilə qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsinə görə Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”inə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşdə olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs 01 matr 2007-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 262.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs törətdiyi inzibati xətaya görə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 262.3-cü maddəsinin sanksiyasında qeyd olunan inzibati xətanın törədilməsinə görə yalnız cərimə növündə inzibati tənbehin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati cərimənin həddini müəyyənləşdirərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, barəsində ağırlaşdırıcı və yüngülləşdirici halların olmadığını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin vəzifəli şəxslər üçün müəyyən edilmiş aşağı həddində, yəni 1000 manat məbləğində inzibati cərimə edilməsini qanuni və əsaslı sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 1000 (bir min) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(059)-585/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(059)-585/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver